Kağızın Keyfiyyət Təhlili

Kağızın Keyfiyyət Təhlili

Digər mal qruplarında olduğu kimi kağız – karton mallarına da keyfiyyət tələbləri verilir. Kağız – karton mallarının keyfiyyəti onların tərkib materiallarının növündən, istehsal texnalogiyası və arayışlandırılmasının keyfiyyətindən çox asılıdır.Bütün kağız və karton növləri lif tərkibi və digər əlamətlərdən asılı olaraq müvafiq standartların tələblərinə cavab verməlidir. Bununla yanaşı bəzi növ kağız və kartonlara ayrıca olaraq spesifik tələblərdə verilir. Bu baxımdan da kağız və kartonların keyfiyyətinə verilən tələbləri ümumi və spesifik tələblərə ayırmaq olar. Kağız və kartonların keyfiyyəti kağız vərəqlərinin xarici səthinin hamarlılığından, kənarların düzgün doğranmasından, vərəqlərdə qırışların, qatlanma hallarının,deşiklərin, yağ və çirk izlərinin, ləkələrin olmaması kimi göstəricilərdən çox asılıdır.Bununla bərəbər istər vərəqlər, istərsə də rulon halında olan kağız və kartonlar eyni rəngdə və eyni göstəriciyə malik olmalıdır.

Kağız və kartonların keyfiyyətinə verilən spesifik tələblər qüvvədə olan standartlarla müəyyənləşdirilir. Yazı kağızları yaxşı yapışqanlanma dərəcəsinə, hamarlığa və düz səthə malik olmalı, üzərində mürəkkəblə yazdıqda mürəkkəb yayılmamalı,xəttlər düzgün salınmalı, paralel olmalıdır.

Çertyoj kağızları digərlərdən fərqli olaraq yüksək ağlığa və yapışdırılma qabiliyyətinə malik olması ilı fərqlənir. Bunun üzərində tuş və yaxud karandaşla yazı işləri aparıldıqdan sonra pozanla silinmədə xarab olmamalı, akvarel və sulu boyaqla işlədikdə kağızda az hiss edilən deformasiya baş verməməlidir. Köçürtmə və şəffaf rəngli çertyoj kağızları bərabər rəngdə, yüksək şəffaflığa malik olmalı və xarici səthində qırışlara, deşilmə hallarına rast gəlinməməlidir. Bununla bərabər çertyoj kağızları sınmaya, əzilməyə qarşı dözümlü olmalıdır.

Rəsmxət kağızları boyağı və tuşu yaxşı qəbul etməli,qurutduqdan sonra hiss olunan dərəcədə deformasiya verməməli, yumşaq qələmlə çəkilmiş cizgilər pozanla yaxşı silinməlidir. İşığa həssas diapozitiv kağızların keyfiyyətinə qarşı qoyulan tələblərdən biri odur ki, onun üzərinə çəkilmiş emulsiya qatı bərabər səviyyədə yayılmalı və kağızın üzərindən emulsiya axmamalıdır. Kağızlarda olduğu kimi karton da hamar və düz səthə malik olmalı, onun üzərində qırışların və qatlanma yerlərinin, kənar qarışıqların olmasına yol verilməməlidir.

Istehsalın ayrı-ayrı mərhələlərində kağız və karton mallarının bəzi istehlak xassələri formalaşır. Bu da keyfiyyətin qiymətləndirilməsi zamanı nəzərə alınır. Kağız və karton mallarının iztehlak xassələri aşagıdakı kimi qruplaşdırılır.

1. Quruluş – ölçü göstəriciləridir. Bura onların formatı,1m2 -nin çəkisi,qalınlığı,həcm çəkisi,hamarliliğı,məsaməliliyi.

2. Kompozisiya – lif tərkibi,külünün miqdarı,digər qarışıqların miqdarı.

3. Mexaniki və elastiki – plastik xassələr – materialların cırılma uzunluğu,sınmaya qarşı davamlılığı,cırılması,yumşaqlığı.

4. Optiki xassələr – rəngi,ağlığı,şəffaflığı,parlaqlılığı.

5. Hidrofob və ya hidrofil xassələr yapışqanlanma dərəcəsi,hopdurma qabiliyyəti,su götürməsi,su çəkmə dərəcəsi,hiqrroskopikliyi.

6. Kimyəvi təmizliyi – turşuluğu,qələvi xassəsi,mineral maddələrin səpilmə dərəcəsi,kationların(Fe,Cu),anionların(Cl,SO4) olması.

7. Xüsusi xassələr – yağ,su,hava və buxar keçirməməzliyi,rütubətə və istiyə davamlılığı,uzun ömürlülüyü,süzmə qabiliyyəti,dielektrik xassələri,toz götürməməsi və s.kimim xassələr aiddir.

Kağızın ağlığı : Kağız və kartonların optik xassələrini təyin edən əsas amildir. Çap kağızının yüksək dərəcədə ağ olması çox yaxşı haldır. Çünki nəşrin aydın çıxması,rahat oxunması,ottisklərin çap olunmuş və boş buraxılmış sahələrinin kontrslığından asılıdır. Kağızın ağlıq dərəcəsi onun səpələnən ağ gündüz işığının bütün spektriüzrə müxtəlif uzunluqda şüaları mümkün qədər tam və bir bərabərdə əks etdirməsindən asılıdır. Ağ kağızlar müəyyən rəng tonu altında rəngləndikdə çox az nəzərə çarpan maviyə çalan görünüş alır. 

Kağızın hamarlılığı : kağızın ən mühüm çap xassəsi onun səthinin mikrohəndəsi quruluşundan,yəni bitki lifləri və doldurucunun hissəcikləri arasındakı çıxıntı və batıqların əmələ gətirdiyi relyeflərdən asılıdır.Kağızın mikrohəndəsi qruluşuna kağız səthinin profiloqramını çkən müxtəlif sistemli profiloqramlarla,mikrointerferometrlərlə nəzarət edirlər. Kağız səthi makro və mikrorelyefli olur.yaxşı şirələnmiş təbaşirirli kağızın səthinin mikrohamarlılığı əsasən 0,1-0,5mkm, superşirələnmiş çox hamar kağızınkı isə 0,03-0,05 mkm-dir. Çox hamar kağızlar parlaq,nahamar,kağızlar işə tutqun olur.Kağızın
hamarlılığı Bekkin cihazının köməyi ilə təyin olunur.Kağızın effektiv hamarlılığı onun mikrorelyefindən asılıdır,çünki mikrohamarlılıqlar çap prosesində dərhal basılır.
Kağızın hopduruculuq qabiliyyəti: boyanın vaxtında və tamam bərkiməsi üçün vacib şərtdir.Kağız boyanı özünün məsaməli kapilyar qurluşlu olmasına görə hopdurur,məsamələr makro və mikro olur. Təbaşirlənməyən, çox da sıx olmayan bütün kağızlar, məsələn qəzet kağızı makroməsaməlidir.Təbaşirli kağız isə əksinə,mikroməsaməlidir. Kağız böyük makroməsaməliliyi nəticəsində həddindən artıq hopduruculuq qabiliyyəti illüstrasiya çapı üçün arzuedilməzdir.Çünki,bu boyanın dolğunluğunun və parlaqlığının itirilməsinə səbəb olur.Kütlədə yapışqanın olması kağızın rütubətə davamlılığını artırır və onun nəm çəkməsini məhdudlaşdırır. Kağızın səthinin sürtülməyə və boyalar tərəfindən didilməyə qarşı möhkəm olması illüstrasiya çapı zamanı çox böyük əhəmiyyətə malikdir.Yaxşı işlənmiş uzun lifli kağız kütləsindən istifadə olunduqda kağız karbomid qatranı və nişasta ilə yapışqanlanada onu səthinin möhkəmliyi artır. Ofset kağızının üzdən yapışqanlanması onu keyfiyyətinə xüsusilə müsbət təsir göstərir.
Şəffaflıq: Kağız və kartonların astar tərəfinə çəkilmiş işarə və şəkillərin görünməsi dərəcəsini xarakterizə dir. Kağız nə qədər nazik və şəffaf olarsa, o xətt, işarə və s. kimi çertyoj işarələrini yaxşı keçirə bilər. Bu əlamət kalka kağızlarına daha çox xasdır. Şəffaflığı obyektiv olaraq, fotoelektrik cihazların iştirakı ilə təyin edirlər.
Kağızın elastikliyi və plastikliyi : elastiklik materialın gərginliyin təsiri altında öz forma və ölçülərini müəyyən vaxt ərzində dəyişməsi və gərginlik kəsildikdən sonra əvvəlki forma və ölçüləri tədricən bərpa etmək xassəsidir. Materialların aldığı deformasiyanı onu törədən mexaniki gərginlik götürüldükdən sonra da saxlanması xassəsinə plastiklik deyilir.

Kağız və kartonların məsaməliliyi və kapilyarlılığı : Onlara keçiricilik, islanma və qurumadan sonra ölçülərinin dəyişməsinə, quruldulmadan sonra xassələrinin dəyişməsi və s kimi xassələrinə təsir göstərir.
Liflər arasındakı əlaqə qüvvəsi onların mexaniki xassələrinin təyin edilməsinə imkan verir. Kağız vı kartonun nöqsan cəhəti ondadır ki, onların hər iki üzlərində yapışdırıcı və doldurucu materiallar eyni səviyyədə paylana bilmir. Bunlar əsasən kalandırların köməyi ilə aradan qaldırılsa da, tamamilə yox edilə bilimir. Tora bitişik tərəf az hamarlılığa və çox məsaməliliyə malik olduğundan kağızın üz və astar tərəfində yazmz və cap etmə xassələri eyni olmur.

Bax: Kağız İstehsalı Haqqında Ümumi Məlumat

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə