Biologiya 2018-08-09

Kağız İstehsalı haqqında ümumi məlumat

Kağız İstehsalı haqqında ümumi məlumat

E-mail Üzvlüyü

Əhali tərəfindən geniş istehlak olunanlar içərisində kağız-karton malları özünə məxsus yerlərdən birini tutur. Kağız – karton mallarına ildən-ilə artan tələbat bu sahənin daha da inkişaf etdirilməsini tələb edir.

Tədqiqatlar göstərmişdir ki, kağız ilk dəfə bizim eranın II əsrində Çində - Çay Jun tərəfindən alınmışdır. İlk əvvəl kağız üçün xammal bazası kimi ipəkdən, tut ağacının qabığından və s. bitki liflərindən istifadə edirdilər. Kağızın kəşfi bir sıra sahələrin inkişafına öz təsirini göstərdi. Belə ki, hal-hazırkı elm və texnikanı, məişətimizi və s. sahələri kağızsız təsəvvür etmək mümkün deyildir. Elm, texnika, insan şüuru inkişaf etdikcə kağızın alınmasıda müasirləşir və inkişaf edir. Hələ IX – XII əsrlərdə kağız bəzi Avropa dövlətlərində ancaq kilsə kitabları yazmaq üçün istifadə olunduğundan o, çox bahalı hesab olunurdu. Lakin zaman keçdikcə kağız – karton mallarının tətbiqi sahəsi genişlənmişdir. Nəticədə müxtəlif tərkibli, təyinatlı, ölçülü, rəngli, formatlı kağız və kartonlara rast gəlinir. Təyinat etibarı ilə dəftərxana ləvazımatları üçün, qiymətli əskinazların istehsalı üçün, inşaatda binaların daxili üçün istifadə olunan kağız mallarını bir birindən fərqləndirmək lazımdır. Buna görə də kağız və karton malları bir – birindən tərkibinə görə fərqlənməlidir, onların istehsal üsullarında da bu nəzərə çarpılmalıdır. Sonda bu avtomatik olaraq onların istehlak xassələrinə təsir edəcəkdir. Misal üçün, ilk dəfə tara üçün nəzərdə tutulmuş kağız və kartonlar bir-birindən ərzaq və sənaye malları üçün olan taralara görədə fərqlənirdilər. Çünki ərzaqla təmasda olan kağız malları ekoloji cəhətdən daha təmiz və gigiyenik olmalıdır.

Kağız 1m2-nin kütləsi 250 qr-a bərabər olan materialdır. O, əsasən səthi ilişmə qüvvələri ilə bağlı olan bitki liflərindən istehsal olunmuşdur. Əsas təyinatına görə 10 sinfə bölünür. Karton da vərəqə materialı olub kağızdan daha çox qalın və ağır olması ilə fərqlənir. Təyinatına görə 6 sinfə bölünür.

Respublikamıza daxil olan kağız və karton mallarının keyfiyyəti ilk öncə gömrük komitələrinin ixtisaslaşdırılmış laboratoriyalarında yoxlanır, sonra onların respublikanın satış məntəqələrinə buraxılmasına icazə verilir. Yazı kağızlarının, dəftər vərəqələrinin keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Çünki, keyfiyyətli kağızlarda yazılmış yazıları, məlumatları, rəsm albomlarında çəkilmiş rəsmləri daha uzun müddətdə saxlamaq mumkündür. Bunun üçünsə istehsal olunmuş hər bir kağız növünün standart və texniki şərtlərə uyğun olması, əhalinin yüksək səviyyədə tələbinin ödənilməsi üçün vacib məsələdir.

Son zamanlar kağız – karton mallarının istehsalı üçün lazım olan xammalı əldə etmək üçün meşələr çox qırılır. Bunun qarşıını almaq üçün kağız istehsalında sintetik liflərdənə istifadə olunmağa başlanmışdır. Bu, çox sərfəli qiymətə kağız almağa imkan verir. 

Kağız əsasən 1m2 kütləsi 250 qr-dək olan sellüloz liflərindən (ağac sellülozası,ağac kütləsi,pambıq, kətan lifləri,maklatura kütləsi) ibarət vərəqlər və yaxud lentlərdir.1m2 kartonun kütləsi 250 qramdan artıqdır. Kağız bir yaxud iki qatlıı, karton isə çox qatlıdır. Kağızın qalınlığı ≈35-300 mkm, kartonun qalınlığı 0,5 – 3.0 mkm –dir.

Kağız və karton tərkibcə bitki liflərindən ibarət olmaqla müəyyən e’mal proseslərindən keçirilir. Bəzi növ kağız və kartonların tərkibi mineral, süni və sintetik liflərdən ibarət ola bilər. Kağız və kartonun hazırlanmasında daha çox tətbiq olunan lifli materiallardan iynəyarpaqlı və enliyarpaqlı ağac növlərini misal göstərmək olar. Qeyri - ağac lifli materiallara isə samanı, yabanı bitən qamışları, köhnə kağız tör-töküntülərini və s. misal göstərmək olar.

Sellüloza - oduncağın əsas tərkibi sellülozadan ibarətdir.Sellüloza kimyəvi tərkib və quruluşca yüksəkmolekulalı birləşmələrdən ibarət olub, oduncağa davamlılıq və elastik xassə verir. Sellüloza polisaxaridlər sinifinə daxil olduğundan onun molekulları uzun zəncirvari quruluşa malikdir.Onun makromolekulları arasında müəyyən əlaqə olduğundan kağız və karton vərəqləri hazırlanarkən materiallara bir növ parçaya oxşar toxunuş quruluşu verə bilir.Sellülozanın özünəməzsus quruluş xüsusiyyətləri vardır: sellüloza lifləri cırılmaya davamlı olmaqla asanlıqla xırdalana bilir. Bitkinin növlərindən asılı olaraq tərkibində sellülözanın miqdarı müxtəlifdir. Məsələn,quru pambıq lifinin tərkibində 96%,qamış,arpa,darı samanında isə 42-52% olur.

Liqlin - ağacın tərkibində olan əsas maddələrdən biri sayılır. Buna görə də ağac davamlı, möhkəm xassələrə malik olur. Liqlin turşu sulfidlərinə,qələvi qarışıqlarına qarşı davamsızdır.Ona görə də kağız və kartonun istehsalı zamanı liqlin maddəsindən sellülozanın tərkibi təmizlənir. Bu maddə işığın təsirindən öz rəngini dəyişərək solğunlaşır kağıza sarıya çalan görünüş verir. Liqlinin miqdarı iynəyarpaqlılarda 30%-ə qədər, enliyarpaqlılarda bir qədər az, samanın tərkibində isə 20-25%-ə çata bilər.

Hemisellüloza – ağac liflərinə şişmə xassəsi verir,sellülozanın xırdalanma prosesini yüksəldir, yapışqanlıq xassəsini yaxsılaşdırır,kağızın davamlılığını çoxaldır.

Lifli yarımfabrikatlar — ağac kütləsinin mexaniki yolla, ağac oduncağını xırdalamaqla əldə edilir. Bu məqsədlə iynəyarpaq ağac növlərindən istifadə edilir.Ağac kütləsi kağız və karton istehsalında çox az istifadə olunur.Çünki, bu materillar mexaniki cəhətdən davamsızdır və işiğın tə`sirindən özünün müsbət xassələrini itirir. Buna baxmayaraq ağac kütləsinin çatışmamazlıqlarını aradan qaldırmaq üçün onu kalsium və yaxud natrium bisulfid, sinkhidrosulfid məhlulları ilə emal edirlər.

Ağac sellülozası - lifli yarımfabrikat olub ,oduncağın kimyəvi maddələrlə emalından alınır.Qələvi vasitə ilə emal olunmuş xammateriala sulfat sellülozası deyilir,turşu vasitəsi ilə emal olunana isə sulfit sellülozası deyilir. Nəticədə ağac sellülozası yüksək mexaniki davamlılığa və yaxşı toxunuş quruluşu yaratmaga imkan verir. Sulfit sellülozadan hazırlanmış kağızlar yüksək mexaniki davamlığa, cırılmaya, sınmaya qarşı davamlı olur. Ağac sellülozası yumşaq,elastiki, ağ, hamar, davamlı xassələrə malik olduğundan ondan keyfiiyyətli yazı kağızları istehsal olunur.

 

Bax: Kağızın Keyfiyyət Təhlili


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
2

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti