Zərərvericilərə qarşı mübarizə - I hissə

Zərərvericilərə qarşı mübarizə üçün Trichogrammatidae üsulundan istifadə olunur. Bundan əvvəlki məqalədə bu haqda məlumat verilmişdi.
Arpa və buğda biti ambarlara zərər vuran zərərvericidir və onu hər zaman anbarlarda tapmaq olur. Seçdiyimiz arpa dənləri iri olmalıdır və nəzərə almağ lazımdır ki, dənlərin içərsində mümkün qədər alağ toxumları olmasın. Arpa dənində olan digər xəstəliyi və zərərvericinin qabağın almaq üçün 70-75 selsi istilik verərək 24 saat müddətində ordan çıxardıb təmiz yumaq lazımdır və çürükləri üzə çıxan dənələri xaric etmək lazımdır. Yaş hala gələn mövtəviyatı ələk naylonların içinə tökərək və 25-35 0C rütubət vermək lazımdır.
Ələkləri xüsusi otağa aparıb,xüsusi şəraitdə bitdən zənginləşdirmək lazımdır. Hər 3 kiloqram səbətə 5 qram bit əlavə edirik. 5 qram bit əlavə etdikdən sonra üzərinə kağız qoyuruq. Otaq temperaturu 23-25 selsi və rütubəti 80-90 % olmalıdır. Həmin səbətlər dəmirdən yer səthindən yuxarı xüsusi mərtəbələrə qoyulur. Proses başlandığı anın tarixi həmin səbəbin üzərinə yazılır. Həmin tarixdən 10 gün sonra baxmaq və havalandırmaq lazımdır. Və yenidən 10 saxlanılır. 3-4 həftə otaqda saxlayıb o zaman ki bitlər kamil nəsil olsunlar.
3-4 həftədən sonra bitlər kəpənəyə dönürlər. Torların üzərinə arpalar tökülür və çırpılır və torlarda kəpənəklər qalır. Torların ölçüsü 96-67 sm-də və 2 mm torun məsafəsi olur. Hər tora 10 kq buğda tökülür. Hər 10 qab bir alüminium qaba yığılır. Hər qablar 2sm hündürlükdə qaba yığılır. Alüminium qabın aşağısı qıf formasında olur və ordan kəpənəklər qabın içərisinə tökülür. Həmin kəpənəklər sübh və axşam külək vintilyatorunda tutulur.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

İnsan Fiziologiyası
Bal arıları haqqında 8 məlumat

İnsan Xromosomları
