Ateroskleroz xəstəliyinə qısa baxış

Ateroskleroz qan damarlarının xroniki xəstəliyidir.
Damar divarlarında əsasən xolestrinin yığılması ən geniş yayılmış patologiyanın – ateroskleroz xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Birləşdirici toxumalarının ətrafında xüsusi lipid lövhələri yaranır. Bunun da nəticəsində damarda zədələnmə baş verir. Damarlar elastikliyini itirir, bərkiyir və toxumalarda qanın təchizı pozulur. Lövhə olan yerdə tromb əmələ gəlir.
Hiperlipoproteinlərin nəticəsində ateroskleroz inkişaf edir. Damarların divarına xilomikronlardan başqa bütün lipoproteidlər daxil olur. Lakin zülal və fosfolipidlər ilə zəngin olan α-lipoproteinlər damar divarlarında parçalanır və ya kiçik ölçüdə olduqlarına görə oraya yığılmırlar. β-Lipoproteinlərin hamısı, pre-β-lipoproteidlərin bir hissəsi xolestrinlə daha zəngindir. Bu sinif lipoproteinlərin qanda miqdarının artması damarların divarının keçiriciliyini artırır və orada aterogen lipoproteinlərin toplanması baş verir. Nəticədə ateroskleroz xəstəliyinin yaranmasına səbəb olur.
Hiperlipoproteinemiya ümumi bir xəstəlikdir. Vücudunuzdakı lipidləri və ya yağları, xüsusən də xolesterol və trigliseridləri parçalaya bilməməyin nəticəsidir.
Xolesterin mübadiləsinin pozulması ateroskleroz, öd daşı, ksantomatoz və s. xəstəliklərin əsasını təşkil edir. Ateroskleroz xəstəliyi qanda xolesterinin artması ilə müşahidə olunur. Öd daşlarının ümumi kütləsinin 90%-i xolesterin təşkil edir. Xolesterin normal halda ödün tərkibində məhlul halında olur. Xolesterin kristallaşaraq çöküntüyə keçməsi nəticəsində öd daşları əmələ gəlir.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

İnsan Fiziologiyası
Bal arıları haqqında 8 məlumat

İnsan Xromosomları
