OSİ Baza Modeli

OSİ Baza Modeli

Telefon və teleqraf rabitə şəbəkələrinin inkişafı prosesində, onların arxitekturası da çoxsəviyyəli iyerarxik struktur şəklində təkmilləşmişdir. Bu cür strukturda kommunikasiya sistemləri vertikal səviyyələr yığımı kimi təsvir edilir ki, buradakı səviyyələr müəyyən qaydada bir-birilə əlaqəli olan və digər sistemlə rabitə yaratmaq üşün tələb olunan müxtəlif funksiyaları yerinə yetirirlər. Səviyyə hüdudundakı funksiyalar qruplara - obyektlərə yığılmışdır. Müxtəlif sistemlərdəki eyni bir səviyyənin obyektləri bir-birilə bir və ya bir neçə protokol istifadə etməklə əlaqələnirlər. Bu protokollar informasiyanın və ya komandaların ötürülməsi üçün qaydalar toplusundan ibarət olur. Bu cür çoxtəbəqəli arxitekturanı çox zaman protokollar steki də adlandırırlar. Belə arxitekturanın istənilən konkret səviyyəsi - aşağıda duran və daha sadə funksiyaları yerinə yetirən səviyyədən asılı olur. Səviyyələr arasındakı interfeyslər -xidmətlərə daxilolma nöqtələri - SAP (Service Access Points) adlandırılır.

Verilmiş səviyyədə əlaqələndirilən obyektlər məlumatlar mübadiləsi edirlər ki, bunlar verilənlərin protokol blokları - PDU (Protocol Data Units) adlandırılır. Protokolun sintaksisi məlumatların formatını, onun semantikası isə məlumatın qiymətini müəyyən edir. Hər bir səviyyənin PDU - bloku - bu səviyyənin protokol informasiyasından ibarət olur, faydalı yük kimi isə - yuxarıdakı növbəti səviyyənin PDU - blokları istifadə olunur.

Birsəviyyəli protokollar müvafiq obyektlər tərəfindən müəyyən xidməti həyata keçirmək məqsədilə, bir-birilə rabitə yaratmaq üçün istifadə edilir. İstifadə olunan protokolu bir şərtlə dəyişdirmək olar ki, istifadəçi nöqteyi-nəzərindən xidmətin özü dəyişilmir. Beləliklə, xidmət və protokol həmişə ayrılırlar.

Sistemin uğurla işləməsi üçün, protokol - rabitə yaradan obyektlərlə razılaşdırılmalıdır. Bu obyektlər, hətta müxtəlif ölkələrdə yerləşə bildiklərindən, razılaşdırılmış beynəlxalq standartlara da tələbat yaranır. Uğurlu tədqiqatlar nəticəsində yaranan de-fakto (faktiki mövcud olan, lakin hüquqi təminatı olmayan normalar) standartlar - məsələn, UNIX əməliyyat sistemi və yaxud IBM PC üçün standartlar toplusu və standartlaşdırma üzrə səlahiyyətli təşkilatlar tərəfindən qəbul olunmuş de-yure (faktiki mövcud olan və hüquqi təminatı olan normalar) standartlar da mövcuddur. Belə təşkilatlar həm Milli (məsələn, Amerika Milli Standartlar İnstitutu olan ANSİ - American National Standards institute; Britaniya Standatlaşdırma İnstitutu BSİ - British Standards institution) - həm də Beynəlxalq (məsələn, Beynəlxalq Telekommunikasiya İttifaqı İTU - international Telecommıınikations Union) ola bilər. Beləliklə, aydın olur ki, standartlar müxtəlif təşkilatlar - dövlət, dövlətlərarası, peşəkar, həmçinin sənaye qrupları tərəfindən yaradıla bilər.

Standartlaşdırma üzrə Beynəlxalq təşkilat olan İSO (international Standards Organization) - könüllü (qeyri - kommersiya) təşkilatıdır və texnikanın müxtəlif istiqamətləri üzrə çoxlu sayda standartlar hazırlayır. Onun tərkibinə 90-a yaxın nümayəndə, o cümlədən ANSI, BSİ, AFNOR (Association Francaise de Normalisasion- Fransız standartlar təşkilatı), DİN (Deutsche Industrie Normen - Alman sənaye standartları) daxildir və 200-ə yaxın texniki komitədən (TC - Technical Committe) ibarətdir. Hər bir TC nömrələnmişdir (TCI, TC2 və s.), altkomitələrdən (SC - Subcommittee) ibarətdir və işçi qruplara (WG - Working Groops) ayrılmışdır. Standartların uyğunlaşdırılınası (birgələşdirilməsi) üçün ISO, İTO ilə əməkdaşlıq edir. İTU ilk olaraq, CCİTT (Consultative Committee on international Telegraph and Telephone) — Teleqrafiya və Telefoniya üzrə Beynəlxalq Məsləhətləşmə Komitəsi kimi adlandırılırdı. Bu komitə Radiorabitə (İTU-R) və Telekommunikasiya (İTUI) standartları sektorlarından ibarətdir. Burada katiblik və tədqiqatlar sektoru da vardır. ABŞ-da və Avropada standartlaşdırma probleminə yanaşmalarda kifayət qədər fərqli mövqelər mövcuddur. Avropa Telekommunikasiya Standartları institutu ETSİ (European Telecommunications Standards institute) Avropa Birliyi ölkələrində satış üçün telekommunikasiya avadanlıqlarının mövcud standartlara cavab verməsi aktiv proqramının tərəfdarıdır. ABŞ-da isə yanaşma daha sərbəstdir və bazar münasibətlərinə arxalanır. Orada standart hazırlanması ilə məşğul olan əsas qurum - Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutu (İEEE - institute o f Electrical and Electronic Engineers) hesab olunur. Bu qurum dövlət müəssisəsi deyildir və peşəkar təşkilatdır.

Hal-hazırda telekommunikasiya sistemlərinin ən tanınmış etalon modelləri ARPANET əsasında yaradılmış olan beşsəviyyəli İnternet və açıq sistemlərin qarşılıqlı təsiri modeli - OSİ (Open Systems interconnection) hesab olunur. OSİ 1983-cü ildə ISO tərəfindən işlənib hazırlanmışdır. OSİ hazırlanarkən - ondan təxminən 10 il əvvəl ABŞ Müdafiə Nazirliyinin göstərişi ilə hazırlanmış olan ARPANET şəbəkəsinin istismarının təcrübəsindən istifadə edilmişdir və daha təkmil model sayılır. Qeyd edək ki, hazırda dünyada 130 milyondan çox kompüter vardır və onların 80% - dən çoxu ofislərdəki kiçik lokal şəbəkələrdən tutmuş, İnternet tipli qlobal şəbəkələrə qədər müxtəlif hesablama şəbəkələrində birləşdirilmişdir. Kompüterlərin birləşdirilməsindəki beynəlxalq ənənə bir sıra vacib səbəblərlə bağlıdır ki, bunlara informasiya məlumatlarının ötürülmə sürətinin artması, istifadəçilər arasında informasiya mübadiləsinin tezləşdirilməsi, iş yerindən aralanmadan məlumatların (faks, EMail məktublar və s.) alınması və ötürülməsi, dünyanın istənilən nöqtəsindən müəyyən informasiyam ani olaraq ala bilmək imkanı, həmçinin müxtəlif proqram təminatı ilə işləyən müxtəlif firmaların kompüterləri arasında informasiya mübadiləsini aid etmək olar. Bütün lokal hesablama şəbəkələri də, kompüter şəbəkələri üçün qəbul olunmuş OSİ standartında işləyirlər.

Qarşılıqlı ünsiyyətdə olmaq üçün insanlar ümumi bir dildən istifadə edirlər. Əgər onlar bir-birilə birbaşa danışa bilmirlərsə, onda məlumatı ötürmək üçün müvafiq yardımçı vasitələr tətbiq edirlər. Verilənlərin ötürülməsi prosesini hərəkətə gətirmək üçün - verilənlərin eyni cür kodlanması olan və bir-birilə əlaqəli olan maşınlar istifadə edirdilər. İnformasiyanın ötürüldüyü rabitə xətlərində verilənləri vahid formada təsvir etmək üçün nəzərdə tutulan OSİ modeli qarşılıqlı təsirin yeddi səviyyəsinə malikdir:

1- ci səviyyə: fiziki səviyyə adlandırılır - informasiya ötürülməsinin bit protokollarıdır;

2- ci səviyyə: kanal səviyyəsi - kadrların formalaşdırılması, mühitə daxilolmanın idarə olunması;

3- cü səviyyə: şəbəkə səviyyəsi - marşrutlaşdırma, verilənlər axınının idarə olunması;

4- cü səviyyə: nəqliyyat səviyyəsi - bir-birindən uzaqda yerləşən proseslərin qarşılıqlı təsirinin təmini;

5- ci səviyyə: seans səviyyəsi - bir-birindən uzaqda yerləşən proseslər arasında dialoqun təmini;

6- cı səviyyə: - verilənlərin təqdimatı səviyyəsi - ötürülən verilənlərin aydınlaşdırılması (intrpretasiyası);

7- ci səviyyə: - tətbiqi səviyyə - verilənlərin istifadəçilər tərəfindən idarə olunması.

Bu modelin əsas ideyası ondan ibarətdir ki, hər bir səviyyəyə, o cümlədən, nəqliyyat mühitində də konkret rol ayrılır. Bunun sayəsində verilənlərin ötürülməsinin ümumi məsələsi - ayrı-ayrı asan şərh oluna bilən məsələlərə ayrılır. Bir səviyyənin özündən yuxarıdakı və yaxud da aşağıda yerləşən səviyyə ilə rabitəsi üçün lazım gələn razılaşdırmalar əvvəldə qeyd olunduğu kimi, protokol adlandırılır.

Baza modelinin ayrı-ayrı səviyyələri verilənlər mənbəyindən aşağıya istiqamətdə (7-ci səviyyədən 1-ciyə) və verilənlər qəbuledicisindən yuxarıya tərəf istiqamətdə (1-ci səviyyədən 7-ciyə) keçirlər. İstifadəçi verilənləri, aşağıda yerləşən səviyyəyə, səviyyə üçün spesifik olan başlıqla (sərlövhə ilə) o vaxta qədər ötürülür ki, sonuncu səviyyəyə çatmaq mümkün olsun. Qəbul tərəfdə daxil olmuş verilənlər analiz edilir və lazım gələrsə, yuxarıda yerləşən səviyyəyə o vaxta qədər ötürülür ki, informasiya istifadəçilərin tətbiqi səviyyəsinə çatmış olsun. Hər bir səviyyə üçün xarakterik xüsusiyyətlər mövcuddur:

1- ci səviyyə - fiziki səviyyə. Bu səviyyədə sistemdəki fiziki rabitə üçün elektriki, mexaniki, funksional və prosedur parametrləri təyin olunur. Fiziki rabitə və onunla sıx bağlı olan istismar hazırlığı 1-ci səviyyənin əsas funksiyası hesab olunur. Fiziki səviyyənin standartlarına V.24 MKKTT (CCİTT), EİA RS232 və X.21 tövsiyələri (təklifləri) aiddir. Gələcəkdə ISDN (İnteqrated Services D igital Network - Funksiyaların inteqrasiyasına malik olan rəqəm şəbəkələri) standartı, verilənlərin ötürülməsi funksiyası üçün həlledici rol oynayacaqdır. Verilənlərin ötürülməsi mühiti kimi - üçdamarlı mis məftil (ekrana malik hörülmüş cütlər), koaksial kabel, optik lifli keçirici və radiorele xətti istifadə edilir.

2-ci səviyyə - kanal (Data Link) səviyyəsi. Bu səviyyə şəbəkənin, əksər hallarda öz aralarında bir ümumi fiziki kanalla əlaqələndirilmiş olan qarışıq qovşaqları arasında kanal protokoluna uyğun olaraq məlumatlar paketinin ötürülməsini təmin edir. Məsələn, əgər ev kompüteri, işdəki kompüterlə qarşılıqlı təsirdə olmaq üçün istifadə edilərsə, onda ola bilər ki, bu SLİP (Serial Line İnternet Protocol - informasiyanın ardıcıl ötürülməsi ilə “nöqtə-nöqtə” tipli birləşmə) və ya PPP (Point-toPoint Protocol - birbaşa birləşməli rabitə kanalı protokolu, təkmilləşdirilmiş SLIP) protokollarıdır. Bu protokollar, ev və ofis kompüteri modemləri arasında paketlərin daşınılmasını təmin edirlər. Nəqletmənin digər misalı kimi - bir Ethernet şəbəkəsinin kompüterləri arasında paketlər mübadiləsi göstərilə bilər. Şəbəkə bir neçə paketlərin çatdırılması zamanı bir sıra fiziki kanaldan təşkil olunduqda, vəziyyət xeyli mürəkkəbləşir. Məsələn, internet - şəbəkə zamanı öz aralarında ATM (Asynchronous Transfer Mode - informasiyanın ötürülməsinin asinxron rejimi) kanalı ilə birləşmiş olan İP-marşrutlaşdırıcılan qrupunu, bir neçə kanalın reallaşdırılması kimi hesab etmək olar, çünki ATM kanalı, ATM kommutatorlanm öz aralarında əlaqələndirən bir neçə fiziki kanaldan ibarət ola bilər ki, bunlar selin idarə olunması və marşrutlaşdırılması funksiyasım yerinə yetirirlər. Buna baxmayaraq, İP - internet protokolu səviyyəsi, bütün bu kanallar toplusuna sadə kanal kimi baxır. Bu zaman rabitə xəttinin əsas xarakteristikaları - blokun maksimal uzunluğu və ya paketin maksimal ölçüsü, bir paketə düşən səhvlər əmsalı və ötürülmə sürəti hesab olunur. Məsələn, Ethernet şəbəkəsinin blokunun maksimal uzunluğu 1500 bayt, SLİP-inki isə 512 bayt təşkil edir. Ötürmə sürəti ənənəvi olaraq 9600 bit/san - dən (aşağı sürətli modern), 622 Mbit/san-yə qədər (yüksəksürətli ATM) və qiqabitli Ethernet üçün 1 Qbit/san ola bilər. Bu səviyyə, 1 -ci səviyyənin ötürdüyü verilənlərdən kadrlar ardıcıllığının “kadrlarını” formalaşdırır. Bu səviyyədə bir neçə EHM - in istifadə etdiyi ötürücü mühitə daxilolmanın idarə olunması prosesi, sinxronlaşdırma, səhvlərin aşkarlanması və düzəldilməsi həyata keçirilir.

3-cü səviyyə - şəbəkə səviyyəsi. Bu səviyyə şəbəkənin istənilən iki qovşağı arasında və ya müxtəlif birləşmiş lokal şəbəkələrə daxil olan qovşaqlar arasında paketlərin ötürülməsi marşrutunu müəyyənləşdirir; bu səviyyədəki idarəetmə - şəbəkə protokoluna əsasən həyata keçirilir. Məsələn, şəbəkə səviyyəsində İnternet İP - protokolu 64 kbayt ölçüsünə malik olan paketlərin, qovşaqların ünvanlaşmasınm nəzarəti və paketlərin marşrutlandınlması ilə birbaşa ötürülməsini təmin edir. İnternet - şəbəkənin qovşaqları, məlumatların çatdırılmasına nəzarət üçün İCM P (İnternet Control Message Protocol - idarəedici məlumatların internet - protokolu) - protokolunu istifadə edir. Hər bir paket, göndərənin və alıcının tam ünvanına malik olur. Marşrutlaşdırıcılar, təyinat ünvanına əsaslanaraq, növbəti rabitə xəttini axtarmaq üçün öz cədvəllərini nəzərdən keçirirlər. Marşrutlaşdırmanm bu üsulu - deytaqramlarm marşrutlaşdmlması adlanır. Əgər İP - paket, rabitə xətti blokunun maksimal uzunluğundan çoxdursa, onda İP, paketləri hissələrə bölür və onları ardıcıl olaraq ötürür. Alıcının xostu (şəbəkənin, ya da onun müəyyən altşəbəkəsinin əsas kompüteri) alınmış hissələrdən paketi yığır. Marşrutlaşdırıcılar mümkün qədər az informasiya həcmi yadda saxlamalıdırlar, çünki imtina zamanı o, növbəti paketin ötürülməsinə təsir etməyərək (çünki hər paketdə alıcının ünvanı olur) itir. Bu səviyyə hesablama şəbəkəsində iki abonent arasında rabitə yaradır. Birləşmə (qoşulma) prosesi, qeyd olunduğu kimi, paketdə şəbəkə ünvanının olmasını tələb edən marşrutlaşdırma funksiyaları hesabına baş verir. Şəbəkə səviyyəsi səhvlərin işlənilməsini, multipleksləməni, verilənlər axınının idarə olunmasım da təmin etməlidir. Bu səviyyəyə aid olan ən məşhur standart MKKTT-nin - paketlərin kommutasiyasına malik olan ümumi istifadəli şəbəkələr üçün - X.25 təklifidir.

4-cü səviyyə - nəqliyyat səviyyəsi. Bu səviyyə kanalın seçilməsini, verilənlərin ötürülməsini və ötürülmə prosesi sona yetdikdən sonra, kanalın azad edilməsini təmin edir. Onun funksiyasına, həmçinin ötürülmə zamanı səhvlərin izlənilməsi, hər bir paketin ötürülməsi müddətinə nəzarət edilməsi, nəqliyyat protokoluna uyğun olaraq, paketlər toplusu içərisindən məlumatın bərpası da daxildir. Məsələn, İnternetdə nəqliyyat səviyyəli iki protokol istifadə edilir: TCP (Transmission Control Prottocol) - verilənlərin ötürülməsinin idarə olunması protokolu və UDP (User Datagram Protocol) — istifadəçilər deytaqranu protokolu. UDP, paketləri göndərəndən - çatdırılmanın doğruluğunu yoxlamaq şərtilə və zədələnmiş paketin ləğv edilməsi imkanı ilə alıcıya çatdırır. TCP - protokolu isə səhvlərə nəzarəti və zədələnmiş paketlərin təkrarən göndərilməsinə sorğunu həyata keçirir, həmçinin şəbəkədə çoxyüklənmələr aşkar edilərkən ötürülmə sürətini azaltmaq hüququ ilə paketlər selinin idarə edilməsini də həyata keçirir. Beləliklə, TCP-yə uyğun olaraq son (çıxış) sistemləri, səhvlərin yoxlanılması və selin idarə olunması kimi vacib məsələləri yerinə yetirir. Belə seçim, şəbəkənin sadələşdirilməsi və etibarlılığının artırılması prinsiplərinə cavab verir. Şəbəkəyə yeni son (çıxış) sistemləri qoşularkən, onun daxili elementləri əlavə birləşmələrə xidmət göstərəcəklər. Bu səviyyə bir-birilə qarşılıqlı təsirdə olan istifadəçi prosesləri arasında verilənlərin fasiləsiz olaraq ötürülməsini təmin edir. Nəqletmənin keyfiyyəti, ötürülmə prosesinin səhvsizliyi, hesablama şəbəkələrinin sərbəstliyi (yəni asılı olmaması), sondan - sona nəqletmənin servisi, sərfiyyatın minimallaşdırıİması və rabitənin ünvanlaşdmlması, verilənlərin səhvsiz olaraq fasiləsiz ötürülməsinə zəmanət verir.

5-ci səviyyə - seans (Session) səviyyəsi. Bu səviyyə təqdimat səviyyəsində müxtəlif xidmətlər tərəfindən formalaşdırılan verilənlər selini - bir neçə əsas selə - rabitə seanslarına ayırır və bunlar sistem vasitəsilə göndərilir və bir-birilə əlaqədə olan tətbiqi proseslər cütünün qarşılıqlı təsirini idarə edir. Seanslar qısa və uzun ola bilər - bir və ya bir neçə qarşılıqlı təsiri daxil edə bilər. Təqdimat səviyyəsinə təklif olunan xidmətlər sırasına seansın təşkili/sona yetirilməsi, identifikasiya/qeydolunma, verilənlər ötürülməsinin sinxronlaşdınlması və müstəsna hallar barədə məlumat aid edilə bilər. Bu səviyyə bir rabitə seansının qəbulunu, ötürülməsini və verilməsini koordinasiya edir. Koordinasiya üçün işçi parametrlərinə nəzarət, aralıq toplayıcıların (yığıcıların) verilənlər axınının idarə olunması və dialoq nəzarəti lazımdır. Bunlardan başqa, seans səviyyəsi - parolların idarə olunması, şəbəkə ehtiyatlarından istifadə üçün ödəmələrin hesabatı, dialoqun, sinxronlaşmamn idarə olunması və aşağı səviyyələrdəki səhvlər nəticəsində veriliş seansında kəsilmələr zamanı rabitənin ləğv edilməsi kimi əlavə funksiyalara da malikdir.

6-cı səviyyə - verilənlərin təqdimatı (Presentation) səviyyəsi. Bu səviyyə verilənlərin aydınlaşdırılması, həmçinin istifadəçilərin tətbiqi səviyyəsi üçün verilənlərin hazırlanması məqsədilə nəzərdə tutulmuşdur. Bu səviyyədə, verilənləri ötürmək üçün istifadə olunan kadrdakı verilənlərin ekran formatına və ya son sistemin çapedici qurğularının formatına çevrilməsi baş verir. Bu səviyyə, şəbəkəyə qoşulmuş və TCP/İP internet protokolları istifadə edən istənilən qurğuya (xost- qurğusu) öz aralarında əlaqə yaratmağa imkan verir. Məsələn, müxtəlif Web-brauzerləri (baxış proqramları) müxtəlif istifadəçilər interfeysləri təmin edirlər, lakin onların hamısı HTML - səhifənin formatını, təsvirlərin formatım və s. “başa düşürlər”. Bu fayl formatları təqdimat səviyyəsi protokollarının əyani nümunələridir, brauzerlərin özü isə həmişə tətbiqi səviyyədə yerləşirlər. Ona görə də təqdimat səviyyəsini dəstəkləyən xidmətlər - fayllarm ötürülməsi, virtual terminal protokolları, sıxlaşdırma, kodların çevrilməsi və şifrləmə kimi əməliyyatlarını təmin edirlər.

7-ci səviyyə - tətbiqi (Application) səviyyə. Bu səviyyədə, işlənilmiş olan informasiyanı istifadəçilərin sərəncamına vermək lazımdır. Bunu - sistem və istifadəçi tətbiqi proqram təminatı yerinə yetirə bilər. İnformasiyanın kommunikasiya xətləri ilə ötürülməsi üçün verilənlər - bir-birinin ardınca gələn bitlər ardıcıllığına çevrilir (“0” və “1” - in köməyilə ikilik kodlama). Ötürülən hərf - rəqəm işarələri bit kombinasiyaları şəklində təsvir olunurlar. Bit kombinasiyalarını, 4-, 5-, 6-, 7- və ya 8- bitli kodlara malik olan müəyyən kod cədvəllərində yerləşdirirlər. İşarələrin sayı, kodda istifadə olunan bitlərin miqdarından asılıdır: - 4 bitdən ibarət kod , maksimum 16 qiymət təsvir edə bilər; - 5 bitli kod 32 qiymət; 6 bitli kod 64 qiymət; 7 bitli kod 128 qiymət; 8 bitli kod isə, 256 hərf - rəqəm işarələrini təsvir edə bilər. Eyni hesablama sistemi arasında və fərqli növə malik kompüterlər arasında informasiya ötürülərkən, aşağıdakı kodları tətbiq edirlər:

Beynəlxalq səviyyədə informasiya işarələrin ötürülməsi 7-bitli kodlamanın köməyilə həyata keçirilir, bu üsul ingilis əlifbasının bütün böyük və kiçik hərflərini, həmçinin bəzi xüsusi işarələri kodlamağa imkan verir.

Milli və xüsusi işarələri 7-bitli kodla təsvir etmək olmaz. Milli işarələri təsvir etmək üçün 8-bitli koddan istifadə edilir. Verilənlərin düzgün, tam və səhvsiz olaraq ötürülməsi üçün, razılaşdırılmış və müəyyən edilmiş qaydalara riayət olunmalıdır. Bütün bunlar, verilənlərin ötürülməsi protokolunda qeyd edilmişdir.

Verilənlərin ötürülməsi protokolu aşağıdakı informasiyanı tələb edir:

Sinxronlaşdırma. Sinxronlaşdırma dedikdə, verilənlər blokunun başlanğıcı və sonunun aşkar edilməsi başa düşülür.

İnisiallaşdırma. İnisiallaşdırma dedikdə, qarşılıqlı təsirdə olan tərəflər arasında birləşmə yaradılması başa düşülür.

Bloklama. Bloklama dedikdə, ötürülən informasiyanın, sərt müəyyən olunmuş uzunluqlu (blokun başlanğıcını və sonunu bildirən tanıtma işarələri də daxil olmaqla) bloklara ayrılması başa düşülür.

Ünvanlama. Ünvanlama, bir-birilə qarşılıqlı təsir zamanı informasiya mübadiləsi edən müxtəlif verilənlər avadanlığının identifikasiyasını təmin edir.

Səhvlərin aşkarlanması. Səhvlərin aşkarlanması dedikdə, cütlülük bitinin qoyulması, bununla da nəzarət bitlərinin hesablanması başa düşülür.

Blokların nömrələnməsi. Blokların cari nömrələnməsi, səhvən ötürülən və yaxud itmiş informasiyanı müəyyən etməyə imkan verir.

Verilənlər axınının idarə olunması. Verilənlər axınının idarə olunması informasiya axınlarının paylanılmasına və sinxronlaşdırılmasma xidmət edir. Məsələn, əgər verilənlər qurğusunun buferində yer çatmırsa və ya verilənlər periferiya qurğularında kifayət qədər tez emal olunmursa (məsələn, printerdə), onda məlumat və/və ya sorğular yığılıb qalır.

Bərpaetmə metodları. Verilənlərin ötürülməsi prosesi kəsiləndən sonra, bərpaetmə metodları istifadə edilir ki, informasiyanı təkrar ötürmək üçün müəyyən vəziyyətə qayıtmaq mümkün olsun.

Daxilolmaya icazə. Verilənlərə daxilolmanın məhdudlaşdınlmasımn paylanılması, nəzarəti və idarə olunması prosesi, daxilolmaya icazə bəndi ilə əvəzlənilir (məsələn, “yalnız ötürülmə”, “yalnız qəbul”).

Qeyd edək ki, tətbiqi səviyyə istifadəçinin telekommunikasiya sistemi ilə interfeysini təmin edir; o istifadəçinin şəbəkə xidmətlərinə (servis) dair tətbiqi proqramları sorğularını həyata keçirir və geniş müxtəlifliyi ilə fərqlənir. Məsələn, İnternet halında bu səviyyə protokollarına aşağıdakılar aiddir:

- FTP (File Transfer Protocol) - fayllarm ötürülməsi protokolu. Onun köməyi ilə fayllar bir kompüterdən digərinə, həmçinin bir uzaqda yerləşən sistemdən digərinə ötürülür. FTP - nin adi iş rejimi - interaktivdir. O, uzaqda yerləşən kataloqun məzmununa baxmağa, yaradılmasına və dəyişdirilməsinə, uzaqda yerləşən faylın çıxarılması və bərpa olunmasına, fayllarm ötürülməsi rejiminin (selvari, blok və ya sıxlaşdırma ilə) seçilməsi və göndərilməsinə imkan verir. Selvari ötürülmə rejimi üstündən keçməklə (rusca - по умолчанию) istifadə olunur. Bu halda fayl dəyişdirilmədən ötürülür. Blok rejimi ötürülən faylı bloklara bölür ki, bunun sayəsində verilişdə səhvlərin olması zamanı, verilənlərin bərpası sadələşdirilir. Sıxlaşdırma ilə olan rejim (Lempel-Ziva alqoritminin tətbiqi ilə), təkrarlanan simvolların (məsələn, “пробел” - boş yerlərin) uzun ardıcıllıqları şəklində olan göndərilən paketlərin sayının azaldılması üçün istifadə edilir.

- FTP, iki TCP - birləşməsini istifadə edir: birini - idarəetmə üçün (komandalar, cavablar), digərini isə verilənləri ötürmək və təsdiqləmələr üçün. Bu zaman xostda (əsas kompüterdə) daimi olaraq komandaları almaq üçün, hazır vəziyyətdə olan FTP prosesi yerinə yetirilməlidir. Bu komandalar xosta, portun xüsusi nömrəsini (21) istifadə edən TCP - birləşmələrinin köməyilə çatırlar. Digər sistemdən olan FTP sorğusu, parolun köməyilə istifadəçinin autentifikasiyasını tələb edə bilər.

- SMTP (Simple Mail Transfer Protocol) - poçtun ötürülməsi protokolu; xostlar arasında elektron məlumatların ötürülməsi üçün istifadə olunur. SMTP istifadəçidən məlumatı ünvan sahiblərinin siyahısı ilə birlikdə alır. Bundan sonra hər bir ünvan sahibinə, bir xostda bir neçə istifadəçi olan hal istisna olmaqla, surəti göndərilir. Bir xostda bir neçə istifadəçi olan halda isə məlumat bir dəfə, lakin bu xostdakı alıcıların siyahısı ilə birlikdə göndərilir. Əgər məlumatın çatdırılması həyata keçirilməzsə, onda SMTP onu bir neçə təkrar cəhdlə çatdırmağa çalışır, alınmadıqda isə istifadəçiyə bu barədə xəbər bildirir;

- TELNET - virtual terminal protokoludur; istifadəçilərə terminalın birbaşa uzaqlaşdırılmış xostla birləşməsini təqlid (imitasiya) etməyə imkan verir. Bu funksiyanı həyata keçirmək üçün, şəbəkədəki işarələrin kodlama standartını təyin etmək lazımdır. TELNET - də belə standart kimi ASCII (American Standard Code for Information interchange) - informasiya mübadiləsi üçün Amerika standart kodu istifadə olunur. Bu kodun tərkibində adi əlifba - rəqəm işarələri və idarəedici kodlar yığımı olur. Bu standart virtual terminala uyğun gəlir ki, onunla istənilən xost qarşılıqlı təsirdə ola bilər. Belə qarşılıqlı təsirə o zaman ehtiyac duyulur ki, şəbəkə standartına uyğun olaraq mövcud olan terminalla göndərilən işarələri çevirmək lazım gəlsin. Ötürülmə, TCP protokolundan istifadə etməklə həyata keçirilir. Ötürülən verilənlərlə eyni vaxtda xüsusi komandalar da göndərilə bilər, məsələn, faylların uzaqlaşdırılmış surətinin çıxarılması (rcp - remote copy), sistemə uzaqlaşdırılmış giriş (riogin - remote log in) və s.

- TFTP (Trivial File Transfer Protocol) - UDP (User Datagram Protokol - istifadəçilər deytaqramı protokolu) protokolunun istifadə edilməsi ilə fayllann ötürülməsinin sadə protokolu. Bu halda ötürülən fayl - hər birində 512 bit olmaqla bloklara bölünür. Bloklar UDP - paketləri kimi, blokun nömrəsi ilə göndərilir ki, qəbuledici tərəf fayllan yenidən yığa bilsin. Əgər müəyyən müddət ərzində təsdiq cavabı gəlməsə, onda, göndərən tərəf blokun ötürülməsini təkrar edir;

- HTML (HyperText M arking Language) - hipermətnin nişanlanması dilidir;

- HTTP (HyperText Transfer Protokol) - serverdən sənədləri almaq üçün, TCP - dən istifadə edilməklə hipermətnin ötürülməsi protokoludur. Sitatı (istinadı) seçərkən HTTP serverlə birləşməni açır (birləşmənin üç addımlı yaradılması əməliyyatı ilə), bundan sonra server daxilolma hüququnu yoxlayır, lazım gələrsə, parolu soruşur və tələb olunan sənədi göndərərək, sonradan birləşməni kəsir;

- RTP (Real-Time Transfer Protokol) - minimal ləngitmə ilə sıxılmış video - və audiosiqnallarm real zaman miqyasında ötürülməsi protokolu.

 

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə