Təkamül Nəzəriyyəsi haqqında ümumi anlayış

Təkamül Nəzəriyyəsi haqqında ümumi anlayış

Təkamül nəzəriyyəsi təkamülün bir nəticəsi olaraq növlərin dəyişməsini və yeni növlərin meydana gəlməsini, təkamülə təsir edən faktorları və mexanizmləri ilə açıqlayan nəzəriyyədir. Nəzəriyyənin şübhə doğurması onun din sistemi ilə toqquşmasına görədir. İlk öncə təkamül mexanizmlərindən başlasaq daha yaxşıdır.

Bu mexanizmlərə aşağıdakılar aiddir:

1)Təbii seçmə; 

2)Süni seçmə;

3)Cinsi seçmə;

4)Təbiətdə nepotizm;

5)Gen köçü;

6)Genetik seçmə;

7)Mutasiyalar;

8)Xromosomal gen dəyişimi;

9)Plazmidlər;

10)Transpozonlar

Canlılar bir-birindən müxtəlifdir. Belə ki,canlılar həm öz valideynlərindən, bacı-qardaşlarından və eyni növə məxsus olan fərdlərdən, həm də başqa növlərdən fərqlənirlər. Amma oxşarlıqlar içində fərqliliyi, fərqliliklər arasında isə oxşarlıqları aşkar etmək Darvindən sonra başladı, ondan öncə Lamark fərqli canlılar arasındakı oxşarlıqları görürdü , amma mexanizmini doğru izah edə bilmirdi. Onun fikrincə bütün bunlar canlıların daxilindəki inkişaf arzusundan irəli gəlir,yəni təbiətdəki istənilən cütdırnaqlı gövşəyən hündür ağacların yarpaqlarınını yemək istəsəydi,boyunları zürafə qədər uzun olardı və ya zürafə olardılar. Genetika elmi kəşf olunmadığından Darvin oxşarlıqlar arasındakı fərqi, yəni valideyn – övlad fərqinin səbəbini açıqlaya bilmədi. Əvəzində Darvin fərqliliklər arasındakı oxşarlıqları gördü və növlərin ümumi əcdaddan gəldiyini dedi.

Darvin 5 illik gəmi səyahəti zamanı canlı qalıqlarını toplayıb müqayisə etdi. Dəniz vasitəsilə əldə etdiyi dəniz onurğasızları kimi səthi dəniz canlıları və əsasən səyahət etdiyi ərazilərdən (xüsusilə adalardan) topladığı canlı nümunələri idi. Bu canlı nümunələrindən Qalapaqos adasında topladığı nümunələr ən önəmli rolu  oynayır. Çünki Qalapaqos adaları 18 böyük , 3 kiçik  və bir çox  adacıqdan təşkil olunub, yəni oxşarlıqlar arasında fərqi öyrənmək üçün çox əlverişlidir. Qalapaqos adasında ən çox rast gəlinən canlılardan biri tısbağalardır. Darvin bu tısbağalar arasındakı fərqlərin adaların şəraiti ilə bağlı olduğunu gördü. Məsələn,otlarla bol olan böyük adalardakı tısbağalar böyük , ağır və günbəz formalı çanaqlara malik olarkən,daha isti olan kiçik adalarda bu tısbağalar qidanı kaktus kimi bitkilərin yarpaqlarından yeməli olurdular. Buna görə onların yəhərəbənzər çanaqları və digər tısbağalardan çox uzun boyunları var idi. Darvin bu tısbağaları Afrikada yaşayan tısbağa növləri ilə müqayisə etdikdən sonra ciddi fərqlər olduğunu aşkarladı. Beləliklə Darvin Təbii Seçmə anlayışını yaratdı.

Bax: Təkamül Nəzəriyyəsi - Təbii Seçmə

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə