Sevginin Təkamülü

Onu gördükdə,gözlərinə baxdığınızda qoxusunu duyduqda, teninə toxunduqda içinizdə qəribə hiss yaranar. Ürək döyüntüləriniz artar,üzünüz qızarar, qarnınızda qəribə burulma,sinənizdə ağırlıq hiss edərsiniz. Təkcə bununla bitməz tərləmələr artar, danışa bilməzsiniz,göz bəbəkləriniz böyüyər,qoltuqaltından və cinsiyyət orqanınızdan ətrafa tər qoxusu ilə qarışacaq şəkildə kiçik miqdarda qoxu hormonları - feromonlar yayılmağa başlayar. Bunların miqdarı xoşunuza gələn şəxsin ətrafında olduğunuz müddətcə artar. Bu zaman iştahanız küsər, mədənizlə bağırsaqlarınız daha yavaş fəaliyyət göstərər, ağzınızda quruluq yaranar. Çünki vücud həyatda qalma funksiyalarından çoxalma funksiyalarına yönələr.
Bütün bu göstəricilər bir şeyi göstərir: Siz aşiqsiniz!
"Eşq"in nə olduğunu izah etmək baxımdan ədəbiyyatçılar və filosoflar qədər bacarıqlı deyilik. Təəssüf ki xəyallarda canlanan "eşq"- i izah edə bilməsəkdə eşqin elmdəki gerçəkliklərini ortaya qoya bilərik. Məqalədə "Sevginin Təkamülü" haqqında məlumat verməyə çalışacam.
Bildiyimiz kimi eşq haqqında min illərdi hekayələr rəvayətlər dastanlar yazılır, şeirlər deyilir mahnılar bəstələnir. Bəs gerçəkdə eşq nədir?
Sevgi haqqında elmin fikrini öyrənmək istəyən hər kəs bilməlidir ki, Sevgi(eşq) digər bütün hisslər kimi tamamilə biokimyəvi hadisədən ibarətdir və heç bir metafizik anlam daşımamaqdadır.
Başa düşürəm, bunu qəbul etmək çətin olmalıdır. Çox vaxt insanlar bunu qəbul etməkdə çətinlik çəkir, ehtimal ki bunları oxuduqda inadla rədd edəcəksiniz( hətta qəzəblənəcəksiniz). Çünki çox insan hisslər mövzusunda ədəbi və fəlsəfi düşüncələr içində itirlər və gerçəkliklə olan bağlarını qoparırlar. Düşünürəm ki, məqalə nəticəsində gerçəkliklə yaxından tanış olacaqsınız.
Öncəliklə onu demək istəyirəm ki, eşq digər hisslər kimi ürəklə əlaqəli bir hiss deyil, eşq də digər hisslər kimi beyində yaranan bir hissdir (duyğudur). Bütün hisslər beyində yaranır beyində anlaşılır və beyində sonlanır. Bu proseslər zamanı digər orqanlar prosesdə iştirak edə bilər( və ya təsirlənə bilər), ancaq həmin orqanlarla heç bir əlaqəsi yoxdur. Məsələn yuxarıda dediyimiz kimi ürəyinizin tez-tez döyünməsi bu qəbildən olan proseslərdəndir.
Sevginin təkamül səbəblərini dəqiq bilmək mümkün deyil. Çünki hislər arxasında fosillər qoymur. Fərddən fərdə, zamandan-zamana, yerdən-yerə dəyişə bilər və ətraf mühitlə, keçmişlə və başqa ünsürlərlə əlaqəlidir.
İlk baxışdan eşqin yaranma səbəbinin seks olduğunu görmək mümkündür. Çünki artıq məlumdur ki, bütün canlılar həyatda qalmaq və çoxalmaq üzərində qurulmuş genetikaya sahibdirlər. Bu həyatın var olabilməsinin ən təməl qaydasıdır. Bu yolda həyatda qalma və ya çoxalma bacarığını artıra biləcək bütün ünsürlər canlı üçün avantaja çevrilir və təbii proseslər zamanı bu avantaj seçiləcəkdir. Eşq də çoxalmanı qarantiya altına almaq baxımdan önəmli ünsür halına gəlmişdir. Çünki eşq fərdlərin bir-birini anlaya bilməsi və bir-birinə bağlana bilməsi üçün çox güclü hormonal ünsürdür.
Belə bir məsələ quraq:
Bir yerdə A qrupu və B qrupu vardır. Hər qrupda 200 nəfər - 100 kişi 100 qadın var və hər kəs heteroseksualdır. A qrupunda bir-biri ilə əlaqə qurma ünsiyyət sevgi olsun, B qrupunda isə bunların heç biri olmadığını düşünək. Bu halda hər iki qrup sərbəst buraxıldıqda çoxalma intensivliyi sevginin nəyə görə təkamül etdiyi fikirlərini yaradacaqdır. A qrupunun intensivliyi B qrupuna nisbətdə daha çox olar. B qrupundaki təsadüfi cütləşmə prosesi yeni nəslin gələcyini təhlükə altında qoyur.
Seçim
Birinə aşiq olduğunuz zaman heç düşünürsünüzmü ki, - "burnu böyükdür (ya kiçikdir), gözləri arasındakı məsafə bir birinə yaxındır (və ya uzaqdır), gözü zəifdir,əlləri böyükdür( və s) .Bu qız(oğlan) mənə görədir. "
Əlbəttə aşiq olduğumuz zaman bunları düşünmürük. Tək baxışla beynimiz həmin şəxsə bağlana bilir. Bu insan beyninin yaratdığı təsadüfi seçimdir(random selection). Sizin kimə aşiq olacağınızı hansı kriteriyalara cavab verəcəyini beynimizdə arxa planda işləyən bu funksiya müəyyən edir.
İlk baxışdan sizə gözəl(yaraşıqlı) görünən biri ilə danışdıqdan, sosial vəziyyətini bildikdən sonra həmin insana qarşı ilk baxışda hiss etdiyiniz hislər soyuya bilər, və ya xoşunuza gəlməyən biri danışdıqdan sonra xoşunuza gələ və aşiq ola bilərsiniz. Bu məsələlərdən də aydın görünür ki, beyniniz bu proseslər baş verərkən sizin sosiobiolojik vəziyyətiniz ilə qarşı tərəfin sosiobiolojik vəziyyəti arasındakı uyğunluğa bağlı olaraq eşq duyğunusu sizin idarənizdən asılı olmayaraq gerçəkləşdirir.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

İnsan Fiziologiyası
Bal arıları haqqında 8 məlumat

İnsan Xromosomları
