İlanın təkamülü - I hissə

İlanın təkamülü - I hissə

İlan qorxusu ibtidai və təxminlərə görə doğuşdan etibarən insanda var olan güclü bir duyğudur. Belə ki bu vəziyyət psixoloqların və bioloqların uzun zamandır diqqətindədir. Ancaq ilanlar hələ də bir xəstəlik törədicisi kimi çox da ciddiyə alınmır.

Bir əsrdən çoxdur ki, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, ilan zəhəri farmokoloji olaraq aktiv peptid və proteinlə zəngindir. Bu səbəbdən ilan hücumuna məruz qalmış insanlar araşdırmalar üçün təcrübə halına gəlmişdir. Bu təcrübələr sayəsində ilan zəhərinə qarşı panzəhərlər hazırlanmışdır.

İlan dişləməsi toksikologiyasının düzgün öyrənilməsi ilan zoologiyasını başa düşməyi tələb edir. Zəhərli ilanlar demək olar ki, hər bir ölkədə geniş yayılmışdır. Dəniz ilanlarına Hind okeanında və Sakit Okeanda rast gəlinir. Quruda, zəhərli ilanlara Amerika və Himalay dağlarında dəniz səviyyəsindən 4000 m yüksəkliyə qədər rast gəlinir, dəniz ilanlarına isə isə okeanların 100 m-dən çox dərinliyində rast gəlmək olar.

Yılan taksonomisi

 

İlanların təkamülünü araşdırmaq paleontologiya mövqeyindən çox çətindir, çünki ilan sümükləri olduqca çox qırılqa və xırdadır, bu da fosilləşməni çətinləşdirir.

Ən qədim ilan fosili Təbaşir Dövrünə gedib çıxır. Aşkar edilmiş ən qədim 2 ilan cinsi Yutadan tapılan Coniophis və Əlcəzairdən tapılan Lapparentofis cinsinə aiddir. Hər iki fosil sahəsi 112-94 milyon il əvvələ aiddir.

Serpentes alt dəstəsindəki ən erkən ilan qrupları olan ilanlar boa ilanları və pitonlardır. Bunların təkamül prosesində digərlərindən ən tez ayrılan qruplar olduğu düşünülür. Bunu 22 milyon il əvvəl təkamül etməyə başlayan insanabənzər meymunlardan ilk ayrılan gibbonlarla müqayisə edə bilərik. Gibbonlar da insanabənzər meymunlardır, lakin onlar bizim ən uzaq qohumlarımızdır. Eynilə, boa və pitonlar sürünənlərdən ilanların təkamülündə ayrılan ilk iki ilan qrupdur. Əslində, bu canlıların bəzilərində kövrək ayaq qalıqlarını görmək mümkündür. 

Çünki bütün ilanların ortaq əcdadı təkamül prosesində ayaqları tədricən atrofiyaya uğramış,səssiz və gizli şəkildə sürünmək və hərəkət etməkdə mahirləşmiş sürünənlər növü olmuşdur. İlanların qalıq üzvlərinin tam yoxa çıxmamasının səbəbi, bu çıxıntıların hələ də cütləşmə zamanı müəyyən dərəcədə istifadə oluna bilməsidir. 

İlanların sürünənlərdən təkamül etdiyini göstərən başqa bir aydın göstərici, iplik ilanları olaraq da bilinən Leptotyphlopidae və kor ilan kimi tanınan Typhlopidae ailələrində olan kövrək çanaq sümükləridir. Bu sümüklər əvvəllər ayaqların bağlandığı əsas sümüklərdir və sürünənlərdə (həmçinin məməlilərdə və quşlarda) olur. Ancaq ilanlarda atrofiyaya uğradı və bir çoxlarında tamamilə yox oldu.Körelmiş bir yılan bacağı (anal mahmuz)

Demək olar ki, bütün ilanlarda ön ayaqlar da tamamilə atrofiyaya uğramış və yox olmuşdur. Genetik tədqiqatlar təkamül biologiyasının proqnozlarını təsdiqləyir və bu ön ayaqların məhvinə səbəb olan HOX genlərindəki mutasiyaları aşkar edə bilir. Bu atrofiyanın təkamül təhlili də ətraflı şəkildə araşdırılmışdır. İlanların ümumi əcdadlarına boyun, döş, bel (aşağı arxa), omba və quyruq fəqərələri daxil idi. Bu strukturlar bütün dörd əzanın təkamülü üçün ümumidir, buna görə də ilanların sürünən əcdadlarında da mövcud olmuşdur. 

İlan təkamülünün ilkin mərhələlərində HOX genlərində baş verən bəzi mutasiyalar torakal fəqərələrdə üstünlük təşkil etməyə başladı. Bu, arxa ayaqları meydana gətirən strukturların hələ mövcud olduqları zaman sinədəki sümüklərə bənzər bir quruluşda meydana gəlməsinə səbəb oldu. Bu, təkamül prosesində seçilmiş və nəsillər boyunca ilan onurğası böyüyən "torakal onurğa" oldu. Deməli, ilanın onurğasının çox hissəsi əslində çox böyük torakal onurğaya bənzəyir.

Yılan İskeleti

Yuxarıdakı skeletə baxsanız, nə demək istədiyimiz aydın olar. Normalda qabırğalar yalnız onurğanın torakal hissəsində olur. Ancaq ilanda bu quruluş daha uzun və daha böyükdür. Bunun səbəbi, HOX genlərindəki mutasiyaların bədən planını dəyişdirməsidir. Bu prosesdə boyun, bel və omba sümükləri çox sıxılır və büzülür. Bu fəqərələrin cəmi indiki ilanlarda yalnız 2 ilə 10 arasındadır.
Təkamül tarixində ilanlar, xüsusən də təxminən 60 milyon il əvvəl sürətli bir növləşmə və təkamül prosesinə girdilər. Bu, məməlilərin artması ilə üst-üstə düşür. Həm məməlilərin, həm də ilanların növləşmə sürətinin artması dövrün mütləq dominant növü olan dinozavrların nəsli kəsilməsi ilə əlaqələndirilir. Bu prosesdə gəmiricilərlə ilanların qarşılıqlı təkamülü də prosesi sürətləndirmişdir.
Əslində, ilanların mənşəyi ilə bağlı mübahisələr hələ də davam edir və onların təkamülünə iki əsas yanaşma var. Bunlardan birincisi çuxurlu sürünən hipotezi kimi tanınır. Bu fikri dəstəkləyən bir çox növ kəşf edilmişdir. Məsələn, fosili aşağıda görülən Najash rionegrina növü, 2 qolu, digər ikisi isə kövrək bir keçid növüdür.
 

İki kollu yılan atası...
Bu növün sırf yerüstü olduğu düşünülür, ona görə də ikinci fərziyyəyə, su mezozavr hipotezinə qarşı istifadə olunur. Lakin buna keçməzdən əvvəl birinci fərziyyənin iddialarına qısaca nəzər salmaqda fayda var: bu fərziyyəyə görə, belə bir əcdaddan yaranan ilanlar get-gedə qazma işində ixtisaslaşıblar. Bu prosesdə bütün gözü əhatə edən, bril adlanan daşınmaz qoruyucu təbəqə təkamül keçirmiş və bu ilanlar xarici qulaqlarını tamamilə itirmişdir. Bütün bunlar ilanların yeraltı yaşamağa uyğunlaşması kimi qiymətləndirilir.
 

Yılanlarda görülen bril yapısı: gözü kaplayan koruyucu ve hareketsiz kılıf

Bu cür təkamülü dəstəkləmək üçün bir çox ara növlər aşkar edilmişdir ki, bu da ilanların tədricən üzvlərini itirdiyini göstərir. Bu ara növlərdə net bir şəkildə kövrək olsa da arxa ayaqların olması müşahidə edilir. Bu keçid növlərindən üçü aşağıda göstərilmişdir:

 

Haasiophis terrasanctus

Haasiophis terrasanctus

Digər fərziyyə, su mozaikçi hipotezi, ilanların dəniz sürünənlərindən təkamül etdiyini iddia edir. Bu canlılar Təbaşir Dövründə dənizlərdə hökmranlıq edən və sonra yoxa çıxan sürünənlərdir. Bu canlıların, həmçinin varanoidlərdən və onların yaxın qohumlarından (varanidlər) təkamül keçirdikləri güman edilir. Bu hipotezin hazırkı nümayəndələrindən biri olan aşağıda gördüyünüzdür: