Hansı ixtisası seçməliyəm?

Hansı ixtisası seçməliyəm?

Salam hər birimizin həyatında çətin zamanlar, çətin anlar olur. Xüsusəndə işsiz və pulsuz qalarkən. Bu zaman müxtəlif məsələlər haqqında düşünürük.  Görəsən harda səhv etmişəm  və ya niyə şansım yoxdur, bir şans verilsə əminəm ki, mənnən yaxşısı olmaz vəs . Unutmayaq ki keçmişdə verdiyimiz qərarlar,  etdiyimiz seçimlər bizim gələcəyimizə birbaşa təsir edir. Təbii ki həyatdə hər şey seçimdir . Hansı marka maşın yoxsa hansı marka geyim  iphone yoxsa Samsung bunlar da bir seçimdir, lakin bir seçim var ki bütün gələcəyimizi və hətta gələcəkdəki düşüncə tərzimizi dəyişdirir. Bu ali təhsil alacağımız təhsil ocağı və orada aldığımız ixtisasdır . Bir ölkənin gələcəyi orada yaşayan gənclərin savadından və təhsil dərəcəsindən asılıdır . Çünki gəncləri savadsız olan bir cəmiyyətin gələcəyi naməlumdur.  Bu qədər qoca baba nəsihəti vermək bəsdirsə keçək əsas məsələyə. İxtisas  və universitet seçimində nələrə diqqət etməliyəm?

Bildirmək istəyirəmki burada sizlərlə Amerikadan və ya başqa bir ölkədən yox öz ölkəmizin reallıqlarından danışacam.

1. Hər şeydən əvvəl bilin ki, həyat sizindir və bunu sizin yerinizə kimsə yaşamayacaq . Buna görə öz fikriniz daha önəmlidir. Valideynlərinizin fikri təbii ki dəyərlidir . Həyat təcrübələri sizdən çoxdur , onların sözlərini də diqqətə alın, lakin onlar məsləhət gördü deyə sevmədiyiniz, marağınızın olmadığı ixtisasa yönəlmək sizi sadəcə peşmanlığa aparar. Çünki ömrünüzün sonuna qədər bu seçim sizə təsir edəcək . Sizin maddi vəziyyətinizi, insanlar arasındakı statusunuzu və bunun kimi bir çox şey. Onun üçün bunu yaşamış biri kimi sizi əmin edirəm ki, sevdiyiniz peşənin arxasınca gedin.

2. Siz kimə nə qədər lazımsınız? İxtisasınız elə bir ixtisas olmalıdır ki, hal hazırda və gələcəkdə siz kimlərəsə lazım olasınız. Bunu yaxşı düşünün. Siz kənd təsərrüfatı inkişafı olmayan bir ölkədə aqronom və ya neft qazı olmayan bir ölkədə neft qaz mühəndisi də ola bilərsiniz.  Bunun üçün seçdiyiniz ixtisası sorğulayın ki, mən kimə lazım olacam !?

3. Gələcəyi düşünün . Çox maraqlısı burasındadır ki, 20-25 il əvvəl komputer sistemlər ilə əlaqəli heç bir ixtisas yox idi. Amma indi olmayan bir çox ixtisas da var idi. Buradan çıxan nəticə isə dostlar bizə yavaş gəlsə də dünya çox sürətlə dəyişir . Bir zamanlar telefonlar ancaq əlaqə üçün idisə indi şəkil çəkmək, video çəkmək kimi, internetə girmək kimi funksiyalarından istifadə edirik . Diqqət edirsinizsə çox tez öyrənirik hər şeyi. Dünya dəyişir və bu dəyişən dünyadan geri qalmamaq üçün daha geniş analizlərə ehtiyacınız var. Texnologiyanın inkişaf etdiyi zamanda insanlar avtomobil istehsal edir, ancaq avtomobillər artıq ağıllıdır (süni intelekt). Özü hərəkət edir, qəza anında özü dayanır, hətta bizə yol göstərir. Əvvəl yol kənarında insanlardan yol soruşardıq, indi bizə proqram deyir ki, 150 metrdən sonra sola dön biz də düşünmədən dönürük. Hər şey bir anda necə də dəyişir elə deyilmi? Bir  zamanlar insanlar bir işi görmək üçün ya insan gücündən ya da heyvanlardan istifadə edirdi, indi isə bu işi görən robortlar istehsal olunur.  Bu dəyişimlərə  hazır olmaq lazımdır deyə sizə gələcəyi düşünərək ixtisas seçin deyirəm.

4. Sizlər müəllim, həkim, hüquqşünas və ya mühəndis ola bilərsiniz, lakin bütün bunları seçərkən ətrafınızdakı bu sənəti seçənlər necə bir həyat yaşayırlar deyə bir fikirləşin. Başqalarının həyatından təcrübə qazanmaq çox asandır. Sadəcə müşahidə edin və düşünün. İşsiz müəllim, fəhlə mühəndis və ya kredit mütəxəsisi işləyən hüquqşünas nə dərəcədə normaldır deyə bir baxın. Həkim olub da başqa işdə işləyən və ya savadsız həkim ümid edirəmki yoxdur. Ümidlə bərabər xahiş edirəmki olmasın. Uzun sözün qısası ən lazımlı ixtisasın ən yaxşısı olmağa çalışın.

5. Məsələn əgər həvəsiniz varsa, yəni ən sadəsi bir telefon istifadə edərkən  görəsən bunu necə ediblərki ekrana toxunan zaman telefonum bir rəqəm yazır və ya kompüterlə bir oyun oynarkən bu oyunu necə yaradırlar deyə düşünürsünüzsə və bu sizə maraqlı gəlirsə "İnformasiya Texnologiyaları" ilə bağlı ixtisaslara yönələ bilərsiniz . Bu gün gördüyümüz çox şeydə - ən sadəsi bir marketdə kassa belə bir programla idarə olunur . Amma əsas məsələ görmədiyimiz bir çox şeydə də bu ixtisas olacaq. Məsələn süni intellekt kimi. Bir xəyal qurun ağıllı bir soyuducu öz kamerası ilə  meyvənin olub olmadığını yoxlayır və süni intelekti ilə olmadığına qərar verib öz sahibinin telefonuna meyvənin bitdiyini bildirir. Bu ki inanılmazdır. Lakin İnformasiya texnologiyaları sahəsi inkişaf etdikcə başqaları sistemi xarab etməsin və problemlər olmasın deyə informasiya texnologiyaları təhlükəsizliyi kimi iş sahələri ortaya cıxır. Gördüyünüz kim ehtimallar çoxdur. Biz bu ehtimallarda necə bir yol alacağıq bu bizdən asılıdır.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə