Fridrix Vilqelm Ostvald
Alman alimi Fridrix Vilqelm Ostvald Riqada (Tallində) anadan olmuşdur. 1872-ci ildə Derptski Universitetində (Tartu adlanır indi) kimya fakültəsinin tələbəsi olmuşdur. XIX əsrin 70-ci illərində alman alimi üzvi molekulların sintezi, xassələri və quruluşunu tədqiq etmişdir. O dövrlərdə yaddan çıxmış fiziki kimyanın inkişafına böyük təkan verdi. İon dissosasiya nəzəriyyəsinə əsaslanaraq, Ostvald zəif turşu və əsasların katalitik xassəyə malik olmasını göstərmişdir.
Kimyəvi tarazlıq halında düzünə və əksinə gedən reaksiyaların sürəti eyni olur. Ostvald sübut etmişdir ki, katalizator iştirakı ilə reaksiyanın sürəti hər iki istiqamətdə eyni sürətlə artır. Ostvald göstərmişdir ki, sistem az dayanıqlıq halından yüksək dayanıqlıq halına keçir və həmişə tam dayanıqlıq halına nail olur. Bu asılılıq Ostvaldın durulaşma qanunu adlandırılmışdır. Katalitik proseslər sahəsində olan biliyini tətbiq edərək ammoniakın sintezi prosesi üçün hidrogenin istifadəsində katalizator kimi dəmir naqillərini tətbiq etmişdir.
1909-cu ildə Ostvald kataliz sahəsində və kimyəvi tarazlıq və reaksiya sürətinin təmizlənməsinin əsas prinsiplərinin tədqiqinə görə Nobel mükafatı almışdır.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə