Tribologiya Elmi - Tədqiqat Obyektləri
Tribologiya - yunan sözündən alınıb, „sürtünmənin öyrənilməsi haqqında elm“ mənasını verir (tribos- sürtünmə, logos- elm). Tribologiya bir elm kimi tribotexnika, tribofizika, tribokimya, tribotexniki materialşünaslıq, triboinformatika və s. kimi elmi-texniki sahələri əhatə edir.
Maşınlardan səmərəli istifadə olunması və onların keyfiyyəti etibarlılıq səviyyəsi ilə müəyyən olunur və maşınların yüksık etibarlılıq göstəriciləri əsasən qovşaqların tribologiyası ilə müəyyənləşir. Maşınların triboloji inkişafının əsasını, onların yeyilməyə və korroziyaya qarşı davamlığının yüksəldilməsi və mexaniki-triboloji gərginlik vəziyyətində olan maşın hissələrinin sürtünmə əmsalının azaldılması təşkil edir.
Tribologiya termini hadisələrə yeni baxış və yeni yanaşmadır. Ümumiyyətlə, tribologiya maşınların etibarlığının yüksəldilməsi məqsədilə, detalların işçi səthlərini və burada baş verən prosesləri öyrənən bir elm kimi formalaşıb.
Sürtünmənin texnikada tətbiqi ilk dəfə olaraq Leonardo da Vinci tərəfindən oyrənilmişdir. Leanordo Da Vinci-yə görə sürtünmədə müqavimət səthin hamarlıgından asılı olub, səthin sahəsindən asılı deyildir və səthə düşən yükün artmasına mütənasüb olaraq artır. Sürtünmə səthin yaglanması və onlar arasında diyircək yerləşdirməklə azaldıla bilər (LeonardoDda Vinci, Codex Madrid I, 1492).
Sonradan Kolumb 1875- ci ildə eksperimentlə tədqiq etdi ki, hər hansı bir bərk maddəni hərəkət etdirmək üçün, onun hərəkətinə müqavimət göstərən, sürtünmə qüvvəsinə üstün gəlmək lazımdır. Həmçinin, o qeyd etmişdir ki, sürtünmə qüvvəsi ( FS ) toxunma səthinin sahəsinden asılı olmayıb,normal yükə ( FN ) mütənasüb olaraq dəyişir. Belə ki, FS =f * FN ( f - sürtünmə əmsalıdır).
İqtisadiyyata sürtünmə və yeyilmə kimi təsirlər öyrənilərək, bu günkü elm və texnikanın sahəsi olan tribologiya XX əsrin ortalarında belə adlandırılmışdır (Jost - Report, 1966):
Tribologiya – Nispi hərəkətdə olan toxunma sahələrinin və bura aid olan texnologiya və üsulların elm və texnikasıdır. Mühəndis elmlərinə görə tribologiya belə adlandırıla bilər:
Tribologiya – sürtünmə və yeyilmə nəticəsində yaranan enerji və material itgilərini azaltmaqla, mexaniki texnologiyanın optimallaşdırılması üçün qarşılıqlı təsirdə olan ayrı-ayrı sahələrin (kimya, fizika, materialşünaslıq, mühəndis elmləri) məcmusudur.
Son zamanlar yeni elmi biliklər, ölcmə texniki alətlər, kompyuterlərin tətbiqi tribologiya elmini daha da genişləndirərək nanotexnologiya sahəsinə gətirib cıxardı. Belə ki, tribologiyanın məqsədi belə təsvir oluna bilər:
Tribologiya – hərəkət nəticəsində sürtünmə və yeyilməyə səbəb olan, materiya və enerji kimi proseslərin elm və texnikasını, nispi hərəkətdə olan texniki sistemləirin, onların funksiyalarının, kontakt səthlərinin qarşılıqlı təsirlərinin optimallaşdırılmasını öyrənən elmdir.
Tribologiya texnika elmlərinin müxtəlif sahələrini birgə öyrənir və texnikanın bir çox sahələri üçün böyük əhəmiyyətə malikdir. Bu günkü texnikanın ölçüsü ondan çox sahələrə bölünür(Makrotexniki, Mikrotexniki,Nanotexniki).
Makrotexniki ölçüyə (metr) maşınlar, apparatlar, alətlər və texniki qurğular aiddir. Mikrotexnika (mm/mkm) - presizion və mikrosistem texnikasının sahələrini əhatə edir. Nanotexnik (nm)- nanotexniki alət texnikası aiddir. Buna misal olaraq, rasterelektron mikroskopu göstərmək olar. Rasterelektron mikroskop mexatornik piezo-aktor xassəyə əsasən materialın səthini atomar ölçüdə təsvir etməyə və çox kiçik atomar qüvvəni ölçməyə imkan verir.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə