Bevel Gear Reducers - Konik dişli reduktorlar

Bevel Gear Reducers - Konik dişli reduktorlar

Konik dişli reduktorlar haqqında ümumi melumat ve bəzi sade hesabatları



Konik dişli reduktorlar, mexaniki sistemlərdə fırlanma sürətinin və momentin dəyişdirilməsi üçün istifadə olunan cihazlardır. Bu reduktorlar konik dişli cütlüklərdən ibarətdir və adətən 90 dərəcə bucaq ilə yerləşən millər arasında güc ötürməsini təmin edir. Konik dişli reduktorlar, müxtəlif sürət və moment tələbləri olan tətbiqlərdə geniş şəkildə istifadə olunur.


Konik Dişli Reduktorların Əsas Xüsusiyyətləri

Örnək Bir konik dişli reduktor sistemində

Giriş çarxının dişlərinin sayı =20
Çıxış çarxının dişlərinin sayı=60
Giriş çarxının sürəti =1500 dövr/dəq
Giriş çarxının fırlanma momenti =10 Nm
Məhsuldarlıq = 0.95%

Burada məhsuldarlıq faizi reduktora girən mexaniki enerjinin ne qədərinin çıxışa faydalı iş olaraq ötürüldüyünü göstərən bir ölçüdür.
Məhsuldarlıq = (Çıxış Gücü / Giriş Gücü) x 100%
Burada:
Çıxış Gücü: Reduktorun çıxış milinden alınan güc (watt vəya kW )
Giriş Gücü: Reduktora giren güc (watt veya kW )


Ötürmə ədədi :Çıxış Çarxının diş sayının Giriş çarxının diş sayına bölünməsi ilə hesablanır.

Məsələn çıxış çarxının diş sayı 60 , giriş çarxının diş sayı 20 olan konik dişli reduktorda ötümə ədədi 3 dür.

3. çıxış çarxının sürəti: Giriş çarxının sürətinin ötürmə ədədinə nisbəti ilə hesablanır. Yəni yuxaridaki 
sistemdə 1500/ 3 = 500 dövr/dəq

4. Çıxış çarxının fırlanma momenti : giriş çarxının fırlanma momentinin ötürmə ədədinə və məhsuldarlıq faizinə hasili ilə hesablanır. Yəni yuxarıdaki sistemə görə 10*3*0.95 =28.5 Nm

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə