Son vaxtlar ABŞ-ın gündəmində olan “Nibiru Fəlakəti“
ABŞ-da baş verən qasırğalardan sonra ABŞ gündəmini “Nibiru Fəlakəti“ teoriyası zəbt edib. Bu inanca görə sonuncu şənbə-23 sentyabrda qiyamət gələcək. İddialara görə Nibiru adlı planet sentyabrın 23-ü planetimizlə toqquşaraq qiyaməti qoparacaq.
Niyə məhz 23 sentyabr?
Xristianlar İsa Məsihin 33 il dünyada olduğuna inanır və bu səbəbdən 33 rəqəmi onlar üçün müqəddəs bir rəqəmə çevrilmişdir. İsa məsihin çarmıxa çəkildiyi gün isə günəşin batışı yoxa çıxması kimi qiymətləndirən xristianlar 21 avqustda günəş tutulmasından 33 gün sonra sentyabrın 23-ü şənbə günü(sonuncu şənbə) qiyamətin gələcəyini iddia edirlər. Qasırğadan sonra daha çox insanın "Nibiru Fəlakəti" iddiasına inanmağa başladı.
Nasa bu xəbəri yalanladı. Nasa elm adamlarından David Morrison insanları bu cür yalan xəbərlərə inanmamağa çağırıb.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə