Kainatdakı sirli enerji

Kainatdakı sirli enerji

1998-ci ildə iki ayrı elmi araşdırma qrupu hər kəsi təəccübləndirməyi bacardı. Bu qalaktikaların bir-birinə nəzərən çox sürətlə uzaqlaşmasından ibarət idi. Onlar bunu açıqlamaq üçün boş kosmosa yayılmış ”qaranlıq enerji” terminini yaratdılar. Havaya tennis topu atdığınızı düşünün. Topun Yerdən uzaqlaşdığını görsəniz ağlınıza ilk olaraq nə gələrdi? Şübhəsiz ki, çox təəcüblənər və fizika biliklərinizə sadiq qalaraq getdikcə sürəti azalan topun geri qayıtmasını gözləyərdiniz. Oxşar hal kainatımız üçün də mövcuddur. Kainatımız 13.8 milyard il əvvəl ”Böyük Partlayış” olaraq bilinən hadisə ilə yaranıb. Həmin dövrdən bu yana qalaktikalar bir-birindən sürətlə uzaqlaşır. Tennis topu nümunəmizdəki kimi elm adamlarının gözləntisi bu qalaktikaların bir-birindən uzaqlaşma sürətinin cazibə qüvvəsinin təsiri ilə getdikcə azalması istiqamətində idi. 1998-ci ildəki araşdırmalar göstərdi ki, qalaktikalar getdikcə artan sürətlə bir-birindən uzaqlaşırlar. Elm adamları əvvəllər bu yeniliyə şübhə ilə yanaşdılar. Lakin bir neçə il ərzində bir-birindən asılı olmayan 3 mənbədən gələn məlumatlar (İA növlü uzaq supernovalardan, fərqli uzaqlıqlarda yerləşən qalaktikaların arasındakı böyük ölçülü korrelyasiyalardan gələn məlumatlar nəzərdə tutulur) şübhələri aradan qaldırdı. Hawkingin məsələ ilə bağlı fikirləri bunlar idi:

Kainatın genişlənmə sürəti o qədər kritik nöqtədədir ki, Big Bangdan sonrakı birinci saniyədə bu nisbət yüz milyonda bir dəfə kiçik olsaydı kainat indiki hala gəlmədən çökərdi. 

Mənbə : Elm Azərbaycan

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə