Günəş sisteminin doqquzuncu planetinin varlığı haqqında açıqlama verildi

Nasa günəş sistemində doqquzuncu planetin varlığı haqqında açıqlama verdi. Hal hazırda kəşf olunmayan amma varlığını sübut edə bilən vacib dəlillər tapıldı. Alimlər planetin varlığını sübut edən 5 dəlil göstərdi. Kaliforniya Texnologiya Universitetində işləyən astrofizik Konstantin Batygin planetin varlığını sübut edə biləcək 5 fərqli dəlilin olduğunu dedi. Bu dəlillərdən əksəriyyəti planetin Koyper qurşağındakı göy cisimlərinə göstərdiyi cazibə qüvvəsi ilə əlaqəlidir. Koyper qurşağındakı 6 göy cisminin eyni istiqamətdə elips çevrələrinin olduğu göstərildi.
Alimlərin növbəti addımı isə planetin kəşfi yönündə olacaqdır. Planetin kəşfi üçün Havayidəki Mauna Kea rəssədxanasında olan Subaru teleskopundan istifadə olunur.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

İnsan Fiziologiyası
Bal arıları haqqında 8 məlumat

İnsan Xromosomları
