Bir zamanlar ayda atmosferin olduğunu bilirdinizmi?

Bir zamanlar ayda atmosferin olduğunu bilirdinizmi?

Earth and Planetary Science Letters-in yaydığı məlumata görə 3-4 milyard il əvvələ qədər Ayın atmosferi var imiş. Elmi araşdırmaya görə vulkanik partlamalar nəticəsində ay öz atmosferini itirib. Aya teleskopla baxdıqda vulkanik bazalt səthləri görmək olur.

Apollo kosmik gəmisinin aydan götürdüyü nümunələr maqmanın karbon dioksid, su, kükürd və digər uçucu maddələri saxladığını göstərir. NASA Marshal Kosmoik Uçuş Mərkəzindən baş elm adamı Dr.Debra H.Nidham lavalardan çıxan qazların Ayda toplanaraq keçici atmosfer yaratdığını deyir. Bu atmosfer 3.5 milyard il əvvəl yaranmış və yox olmadan 70 milyon il var olmuşdur.

Mənbə: Debra H. Needham, David A. Kring. Lunar volcanism produced a transient atmosphere around the ancient Moon. Earth and Planetary Science Letters, 2017

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə