Turşu yağışı nədir?
Neft və kömür məhsullarının yanması nəticəsində havaya qarışan kükürd dioksidin atmosferdə olan nəmlə, rütubətlə birləşərək sulfat turşusu əmələ gətirərək yağış və ya qar ilə birgə yağması prosesi turşu yağışı adlanır. Eləcə də avtomobil mühərriklərindən çıxan azot dioksid qazı da turşu yağışı üçün bir mənbədir. Azot dioksid havanın nəmi ilə birləşərək nirtat turşusu əmələ gətirir.
Turşu yağışı havanın tərkibində olan kükürd və azot oksidlərinin su molekulları ilə birləşərək turşu əmələ gətirməsinə görə baş verir. 1970-ci ildə bəri havadakı kükürd-dioksidin miqdarının azaldıması üçün səy göstərilir. Azot oksidləri təbiətdə ildırım çaxması zamanı kükürd-dioksid isə vulkan püskürmələrindən əmələ gəlir. Turşu yağışındakı kimyəvi maddələr dəmir qurğuların korroziyasına və daş heykəllərin erroziyasına səbəb olur.
Torpağın turşuluğunun yüksəlməsi bitkilərin qidalanması üçün mineral elementlərin azalmasına, onun strukturunda və su-hava rejimində arzuedilməz dəyişikliklərə, bunların nəticəsi kimi isə münbitliyin azalmasına şərait yaradır. Torpağın turşulaşması asanlıqla torpaq məhlullarına keçə bilən ağır metal ionlarının qatılığının yüksəlməsi ilə müşayiət olunur ki, onların da yüksək qalıqda olması mikroorqanizmlərin fəaliyyətini zəiflədir. Ağır metalların duzları nəinki bitkiləri zəhərləyir, eləcə də üzvi maddələrin parçalanmasında iştirak edən bakteriya və göbələkləri məhv edir. İnsanlar da atmosfer çirklənmələrinin təsirinə məruz qalır. Avropada turşu yağışlarından hər 40 ağacdan biri ziyan çəkir.
Bizim mədəniyyət nümunələrimiz binaların, tarixi və mədəni abidələrin metaldan, betondan və ya əhəngin istifadəsindən hazırlanan konstruksiyaların ovunması səbəbindən dağılır. Havada kükürd və azot oksidlərinin olması parçalanma prosesinin sürətlənməsinə səbəb olur. Belə təsirə ən çox əhəngli materiallar, mərmər və qumluqlar məruz qalır.
Turşu yağışlarının düşməsi səbəbindən torpaqda tərkibində azot oksidi olan azotlu birləşmələrin miqdarının artması və azot gübrələrinin qalıq miqdarı azot sevən və azotadavamlı növlərin sayının artması və ekosistemdən digər növləri sıxışdırıb çıxarması ilə bioloji müxtəlifliyin azalmasına səbəb olur. Körfəzlərdə, göllərdə, su anbarlarında və dənizdə azotun qatılığının yüksəlməsi yosunların gur inkişafına və oksigenin suda miqdarının kəskin azalmasına - avtrofiyaya səbəb olur.
Demək olar ki, kükürd qazının və azot oksidinin əksər hissəsi üzvi yanacağın yandırılması ilə bağlı olan texnoloji proseslərdə əmələ gəlir. Bu proseslərdə eyni zamanda karbon qazı və su buxarları da, qlobal iqlim dəyişikliyinə səbəblər yaranır.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə