Tərkibin sabitlik qanunu
Bu qanun müasir şəkildə aşağıdakı kimi ifadə olunur:
Hər bir təmiz molekulyar birləşmənin miqdari tərkibi alınma üsullarından asılı olmayaraq sabitdir.
Bu qanun fransız alimləri J.Prust və K.Bertolle arasında uzun sürən (1801-1808) mübahisə nəticəsində meydana çıxmışdır. Prust alınma üsullarından asılı olmayaraq maddələrin tərkibinin sabitliyini irəli sürdüyü halda, Bertolle əksinə, maddələrin tərkibinin alınma üsullarından asılı olaraq qeyri-sabit olduğunu iddia edirdi. Tərkibin sabitliyi qanunu kimyanın inkişafında böyük rol oynayaraq öz əhəmiyyətini hal-hazıra kimi saxlamışdır. Lakin müəyyən edilmişdir ki, heç də bütün birləşmələr bu qanuna tabe deyildir.
1912-1913-cü illərdə N.S.Kurnakov müəyyən etmişdir ki, bir sıra birləşmələr tərkibin sabitlik qanununa tabe olmayıb dəyişən tərkibə malik olurlar. Kurnakov belə birləşmələri bertollidlər adlandırmışdır. Bertollidlərə bir çox kristallik maddələr: oksidlər, karbidlər, nitridlər, fosfidlər və s. daxildir. Məsələn, alınma üsulundan asılı olaraq titan oskidin tərkibi TiO0,6-dən TiO1,25-ə qədər dəyişə bilər.
Tərkibin sabitlik qanununa tabe olan birləşmələri isə N.S.Kurnakov daltanidlər adlandırmışdır.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə