Sintetik Yuyucu Vasitələri

Sintetik Yuyucu Vasitələri

Suyun səthi gərilməsini azaldan yuma və islatma qabiliyyətinə malik olan maddələrə yuyucu vasitələr deyilir. Bu vasitələrin tərkibində onların istismar xassələrini yaxşılaşdıran başqa maddələr də ola bilər. Ən mühüm yuyucu vasitələr təbii sabun və sintetik yuyucu vasitələrdir. Sabunun tərkibi başlıca olaraq təbii və sintetik yağ turşularının natrium və kalium duzlarından, həmçinin qətran və naften turşularından ibarətdir. Bu duzlar suda həll olur və yuyucu təsiri ilə fərqlənir.

Ölkəmizdə istehsal edilən yuyucu vasitələrdən ən geniş yayılanı yağlı sabunlardır ki, bunlar da yağlarla yeyici qələvilərin qarşılıqlı təsirindən alınır. Bunlar kalium və ya natrium duzlarının yağ turşuları ilə qarışığından, başlıca olaraq stearin C17H35COOH , palmitin C17H31COOH və olien-dən C17H33COOH turşularından ibarətdir. Bərk yağların və onların yağ turşularının natrium qələvisi ilə qarşılıqlı təsirindən bərx sabun, maye yağların və yağ turşularının natrium qələvisi ilə qarşılıqlı təsirindən isə mazaoxşar sabun almır. Kalium qələvisindən istifadə etdikdə, hətta bərk yağlardan və onların yağ turşularından da mazaoxşar və maye sabunlar alınır.

Natrium sabununun kimyəvi, quruluşunu ümumi düsturla R-COONa ifadə etmək olar, burada R /doymuş, yaxud doymamış/karbohidrogen radikalıdır ki, bunun da zəncirində 8-21 karbon atomu olur. Yağların hissələrə ayrılması, yaxud yağ turşularından sabun əmələ gəlmə reaksiyasi ümumi halda aşağıdam kimi ola bilər.

R-COOH + NaOH = R-COONa +H2O

Yağlı sabunlardan fərqli olaraq bir çox sintetik yuyucu vasitələr karbon duzlarında deyil, üzvü sulfat və yaxud kükürd turşulu efirlərdən ibarətdir. Onların kimyəvi quruluşu ümumi halda R-S03Na (sulfat) düsturları ilə ifadə olunur. Buradan karbohidrogen radikalının da yağlı sabunda olduğu kimi təxminən eyni uzunluqda zənciri vardır.

İstifadə üsullarına görə yuyucu vasitələr yüksək köpükyaradıcı (normalaşdırılmayan) və zəif köpükyaradıcı (normalaşdırılan) növlərə bölünürlər. Yüksək köpükyaradıcı xüsusiyyətə malik yuyucu vasitələr əl və aktivator tipli yuyucu maşınlarda, zəif köpükyaradıcı vasitələr isə avtomat və yarımavtomat tipli maşınlarda yuma üçün nəzərdə tutulub.

Normativ–texniki sənədlərin tələblərinə əsasən, yuyucu vasitələrdə hidrogen ionlarının konsentrasiya səviyyəsi 7.5 – 11.5, fosfor duzlarının ümumi payı isə 22%-dən çox olmamalıdır. Yuyucu vasitənin yuyuculuq göstəricisinin 85%, ağardıcılığı 80%-dən aşağı olmasına yol verilmir. Kimyəvi təbiətinə və əsas yuyucu vəsaitin tərkibinə görə bütün yuyucu vəsaitləri 2 əsas qrupa bölürlər:

1. yağlar və onların əsasında alınan yağ turşularından, habelə əvəzedicilərdən hazırlanan sabunlar;

2. qeyri-yağ tərkibli xammallardan alınan sintetik yuyucu vəsaitlər.

Bu qrup yuyucu vəsaitlər bir-neçə ümumi xassələrə malikdirlər, yəni islatma və yuma qabliyyətinə görə. Lakin özünün tərkibinə, təbiətinə, spesifik xassələrinə və çeşidlərinə görə çox fərqlidirlər.

Karboksimetilsellüloza sellülozanın sadə efirli və qlikol turşusundan ibarətdir. O natrium duzu halında, çirkin parçaya resorbsiya olmasının qabağını almaq üçün sintetik yuyucu vasitələrin tərkibinə qatılır. Karboksimetilsellülozanın iştirakı ilə yuyucu məhlul yuyulmuş çirki yaxşı saxlayır və o yenidən parçaya çökmür. Bununla əlaqədar olaraq ağ parçaların ağlığını artır. Karboksimetilsellülozanın təsirinin mahiyyəti ondan ibarətdir ki, o çirk hissəciklərini adsorbsiya edir və onlara özünün yükü ilə birləşir.

Neytral və qələvi mühitində parçalar (pambıq, yun) mənfi elektrik daşıyır, buna görə də mənfi yüklənmiş çirk hissəcikləri onlara çökmür. Karboksimetilsellüloza məsaməli kütlə yaxud toz formasında olur. Məsaməli kütlə xırdalanır qarışdırıcıya doldurulur ki, burada o 40-50°C hərarəti olan suda həll olur. Qatı həlməşiyə oxşar məhlul əmələ gəlir ki, bu da yuyucu vasitənin kompozisiyanın hazırlanması üçün işlədilir.

Alkilolamidlər köpüyün stabilizatorudur və sintetik yuyucu vasitələrin tərkibinə 1-3% miqdarında qatılır. Yag turşularının mono və dialkilolamidlərindən istifadə edilir. Bunlar yağ turşularının dietanolaminlərlə kondensasiyasından alınır. Alkilolamidlər sintetik yuyucu vasitələrin effektivliyini artırır, öpüyün davamlılığını çoxaldır, çirkləri suspenziya edir və onların parçanın üzərinə çökməsinin qarşısını alır. Onları yuyucu vasitənin tərkibinə qatılması aktiv yuyucu preparatın (məsələn, alkilsulfat) miqdarıını azaltmağa imkan verir.

Məişət sintetik yuyucu vasitələr təyinatından asılı olaraq aşağıdakı qruplara bölünür:

1. yun və ipək parçaları yumaq üçün vasitələr (1%-li məhlulun pH 7-8,5);

2. pambıq və kətan parçaları yumaq üçün vasitələr (pH 10-11,5);

3. müxtəlif parçaları, o cümlədən kimyəvi liflərdən olan parçaları yumaq üçün universal tipli vasitələr;

4. kobud və çox çirklənmiş parçaları, əsasən xüsusi geyimləri yumaq üçün vasitələr;

5. tualet məqsədləri üçün vasitələr (saç üçün şampunlar və s.);

6. qablar, avadanlıq, ev şeyləri yumaq üçün vasitələr.

Yun, ipək və başqa qiymətli (nazik və rəngli) parçaları yumaq üçün ilk alkilsulfatlar (C12-C16) və natrium sulfatdan (elektrolit) ibarət yaxşı keyfiyyətli tozlar tətbiq edilir. Bəzən zəif qələvi mühiti yaratmaq üçün az miqdarda teksometofosfat, 3- polifosfat yaxud natrium bikarbonat əlavə edilir (otaq hərarətli və ya isti suda yumaq üçün). Bu tipli vasitəyə məşhur yuyucu toz «Ariel» daxildir. Yun və ipək parçaları yumaq üçün maye preparatlarda elektrolitlər olmur. Onlara alkilamidlər və s. qatılır. Daha ucuz vasitələrdən alkilsulfatın müəyyən hissəsini (yarısına qədər) alkilarilsulfatlar əvəz edir.

Universal təyinatlı yuyucu vasitələr, xüsusən təbii və sintetik liflər qarışığından olan parçalar üçün olub, adətən alkilsulfat və alkilarilsulfatların, OP-nin natrium tripoli- sulfatın, karboksimetilsellüloza və başqaların qarışığından hazırlanır. «Xəz təmizləyən» vasitənin tərkibinə OP-7 və ya OP-10 maddələr, natrium tripolifosfat, susuzlaşdırılmış soda və başqaları daxildir. Ağ rəngli xəzi təmizləmək üçün onu ağardıcı əlavə edilir.

Sintetik liflərin tətbiqi ilə hazırlanan pambıq və kətan parçaları yumaq üçün olan yuyucu vasitələr alkilsulfat və alkilosulfanat əlavə etməklə ən çox alkilarilsulfonatlardan hazırlanır. Bu vasitələrin tərkibinə karboksilmetilsellüloza, alkiloamidlər, natrium tripolifosfat və 10-15%-ə qədər susuzlaşdırılmış soda daxildir.

Qaba və çox çirklənmiş (yağa bulanmış) parçaları yumaq üçün vasitələr alkil və alkilarilsulfatlarından və çoxlu miqdarda qələvi duzlardan (soda, trinatrifosfat, natrisilikat) ibarətdir.

Baş yumaq şampunu (yumaq üçün olan maye vasitə) alkilsulfat əsasında hazırlanır. Onlara həmçinin spirt, qliserin, ətirli maddə və s. əlavə edilir. Döşəmə, divar, şüşə qab, avadanlıq yumaq üçün maye sintetik vasitələr alkilsulfat və spirtin sulu məhlulundan ibarətdir. Belə preparat sintoldur.

Sintetik yuyucu vasitələrin üstün cəhəti yalnız ondan ibarət deyil ki, onlar yağlı sabunu əvəz edib və özünün hazırlanması üçün ərzaq yağları tələb etmir. Həmçinin onlar turşu mühitində və cod yuyucu təsirə malikdir. Suda həll olan zaman qələvi mühiti əmələ gətirmədikdə, onlar yun va ipək parçaları dağıtmır. Onların rənginə təsir etmir buna görə də onlar təbii və süni ipəkdən, yundan, xəzdən, trikotajdan, fetr və başqalarından olan məmulatları yumaq üçün tətbiq edilir. Belə bir sintetik vasitənin (yararlı alavəsi olmadan) yuma təsiri yaxşı olmur. Onların köpük əmələ gətirmə qabiliyyəti və köpüyün davamlılığı sabuna nisbətən aşağıdır, lakin yararlı əlavələrin qatılması köpük əmələ gətirməsini və köpüyünün davamlılığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Bundan sonra sintetik yuyucu vasitələrin hazırlanması və istehsalı təmamilə zərərsiz məişət yuyucu vasitələrinin yaradılmasına və buraxılışına istiqamətləndirilməlidir. Bu cəhətdən düz-zəncirli alkilsulfat əsaslı sintetik yuyucu vəsaitlər yaxşı yuma qabiliyyətinə malikdir, çirkabı sudan tam ayırır, insan dərisi üçün zərərli deyildir.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə