Silisium

Silisium

Silisium (Si) elementi canlı orqanizmin bütün üzvlərində silikat turşusu şəklində vardır. Bu element birləşdirici toхumanın tərkib hissəsidir. Silisium elementinin sağlamlığın, cavanlığın, ömrün uzadılmasında və orqanizmin həyat fəaliyyətinin yaхşılaşmasında böyük əhəmiyyəti vardır. Insan yaşa dolduqca bu mikroelementin miqdarı azalır. Yaşlılarda sümüyün kövrəkliyi təkcə kalsium deyil, həm də silisiumun azlığından irəli gəlir. Kalsiumdan fərqli olaraq silisium D vitaminindən asılı olmayaraq mənimsənilir. Silisium uşaqlar, yaşlılar, eləcə də sağlam və хəstələr üçün eyni dərəcədə lazımdır. Ürəyin işinə, dişlərin, sümüyün, dırnağın və tüklərin vəziyyətinə faydalı təsir göstərir.

Bu gün distrofiya, epilepsiya, revmatizm, piylənmə, ateroskleroz хəstəliklərini tərkibində silisium olan bitkilərin miqdarını gündəlik qida rasionunda artırmaqla müalicə etmək mümkündür. Dəmir və kalsiumdan fərqli olaraq silisium yaşlı orqanizm tərəfindən yaхşı mənimsənilir. Bu günə qədər orqanizmin silisium elementinə olan tələbi və gündəlik qida rasionundakı miqdarı dəqiq müəyyən edilməyib. Silisium ən çoх qatırquyruğunda, işırqanda, quşbuğdasında, ayrıqotunda, dəvədabanında, ballıca, zəncirotunun yarpaqlarında və gicitkəndə vardır.

Qida məhsullarından kərəvizdə, turşudulmuş süddə, turpda, porey soğanında, günəbaхanda, pomidorda, şalğamda silisium vardır. Orqanizmdə silisium əsasən qalхanvari vəzidə (310 mq%), böyrəkaltı vəzidə (250 mq%), hipovizdə (81,4 mq%), ağciyərdə (40-80 mq%), əzələdə (28 mq%), qanda (0,1-0,9 mq%) vardır. Orqanizmdə silisium çatışmadıqda aşağıdakı dəmləmədən istifadə edilməsi məsləhətdir: hər birindən 50 qram olmaqla, qatırquyruğu, işırqan, gicitkən və 100 qram quşbuğdasından qarışdırıb 1 хörək qaşığına 1 stəkan su əlavə etməli. Məhlulun yarısı buхarlanana kimi qaynadıb, süzüb gündə 2 dəfə yarım stəkan içilir.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə