Sianid turşusu
Gübrələmədə, tekstil boya sənayesində, dezinfektan maddə hazırlanmasında istifadə olunan Sianid turşusu 25 dərəcədə qaynayan,rəngsiz, acı badəm qoxusuna sahib çox zəhərli mayedir. Buxarı havadan yüngüldür, diffuziya qabiliyyəti yüksəkdir. Sianidin aldehid və ketonlarla birləşməsindən əmələ gələn sianhidrin birləşmələri təbiətdə(bitkilərdə) qlukozit halında tapılır. Az əvvəl dediyimiz kimi zəhərli olan Sianidin miqdarı 1 lt havada 1milliqram olarsa insan həyatı üçün öldürücü funksiyaya malik olur. Təbiətdə ərik, acı badəm şaftalı,qaysı və gilas çəyirdəyində tapılır.
Sianidin qəbulu daha çox nəfəs yollarından olur ki,sianid olan havada nəfəs alan şəxs zəhərlənir və sianidin miqdarından asılı olaraq zamanla ölür ( miqdarı bir litrdə 0,2-0,3 milliqram olduqda tez,0,1-1 milliqram olduqda isə tədricən öldürür).
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə