Neft məhsullarının karbamid vasitəsilə parafinsizləşdirilməsi

Əvvəli məqalədə (buradan bax) göstərdik ki, n-parafin karbohidrogenləri karbamidlə (sidik cövhəri ilə) kristallik addukt əmələ gətirir. Neft fraksiyasını 10-400C temperaturda karbamidin suda (və ya spirtdə) məhlulu ilə qarışdırdıqda kristallik qalıq əmələ gəlir ki, bu da filtrdən süzüldükdən sonra isti su və ya su buxarı ilə qızdırıldıqda karbamidə və n-parafin karbohidrogenlərinə parçalanır:
Neftin n-parafin karbohidrogenləri ilə zəngin olan fraksiyaları parafinsizləşdirildikdə kristallaşma həddindən artıq qatılaşmaması üçün onların kristallaşması yüngül həlledici (metilenxlorid) iştirakı ilə aparılır. Kristallaşmadan çıxarılmış metilenxlorid yenə də təmizlənərək prosesə qaytarılır. Bu prosesdə ən vacib və təkmilləşmiş məsələ 70-800C-lə karbamidin doymuş suda məhlulundan istifadə edilməsidir. Az miqdarda götürülmüş suyu addukt özündə kristallaşma suyu kimi saxlayır, beləliklə, kristallaşma zamanı üçüncü bir faza yaranmır. Karbamiddən bir çox neft məhsullarının (benzin, kerosin və yüngül qazoyl) parafinsizləşməsində istifadə oluna bilər. Neft məhsullarının karbamid vasitəsilə parafinsizləşdirilməsi üsulu geniş yayılır. Bu üsulun çatışmayan cəhəti proses nəticəsində qismən izo-parafin və bir çox uzun zəncirli karbohidrogenlərin cəzb edilməsidir.
Neft məhsullarının karbamidlə (metilenxlorid iştirakı ilə) parafinsizlədşirdirilməsinin texnoloji sxemi aşağıdakı şəkildə verilmişdir.
Neft məhsullarının karbamid vasitəsilə parafinsizləşdirilməsinin texnoloji sxemi
1-kristallizator;2,6,11,13-kondensatorlar;3-filtr (sentrifuqa);4-şnek; 5-parçalanma aparatı; 7-həlledici tutumu;8-separator; 9,10 buxarlandırıcı kalonlar; 12-buxarlandırıcı aparat
1 kristallizatoruna təxminən eyni həcmdə parafinlə zəngin olan neft məhsulu, metilenxlorid və sulu karbamidin 70-80%-li məhlulu verilir. Alınmış kristallik addukt aşağı çökür və əmələ gələn istilik metilenxloridin buxarlanması hesabına aşağı düşür. Metilenxloridin buxarları 2 kondensatorunda soyudularaq yenə kristallizatora qaytarılır, ona görə də kristallizatorda temperatur daima 35-400C saxlanılır. Əmələ gəlmiş kütlə 3 filtrində (yaxud sentrifuqada) süzülərək, çöküntü metilenxloridlə yuyulur. Alınmış kristallik addukt 4 şneki vasitəsilə 5 aparatına buxarla parçalanmağa göndərilir.
Kristallarla tutulmuş metilenxlorid distillə olunaraq 6 kondensatorunda soyudulur, 7 tutumuna tökülür. 5 aparatından axan maye 8 separatorunda çökdürülür. Separatorda əmələ gəlmiş üst qat parafin, alt qat karbamidin suda məhluludur. 8 separatorunda alınmış isti parafin və 3 filtrindən parafinsizləşdirilmiş neft məhsulları müvafiq 10 və 9 buxarlandırıcı kalonlarına daxil olur. Bu kalonlarda distillə edilən həlledici 11 kondensatorunda kondensləşərək 7 həlledici tutumuna tökülür. Parafin və təmizlənmiş neft məhsulları 10 və 9 nömrəli kalonları kubundan çıxarılır. Beləliklə, 8 separatorunda işlənilmiş karbamidin suda məhlulu 12 buxarlandırıcı aparata təkrar qaytarılaraq, orada yenə də 70-800C temperaturda karbamidin doydurulmuş suda məhlulu hazırlanaraq katalizatora göndərilir.
Neft məhsullarının karbamid vasitəsilə parafinsizləşdirilməsi nəticəsində alınmış parafinin tərkibində maye yağlar və aromatik karbohidrogenlər olur, axırıncılar müxtəlif üsullarla təmizlənir. Təmizlənmiş parafinin tərkibində 0.5% aromatik karbohidrogenlər, 0.01% kükürdlü birləşmələr və 10%-ə qədər izo-parafin karbohidrogenləri ola bilər.
Mənbə: "Qaz xammalları əsasında üzvi maddələrin kimyası və texnologiyası" dərsliyi, S.Ə.Məmmədxanova
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

İnsan Fiziologiyası
Bal arıları haqqında 8 məlumat

İnsan Xromosomları
