Nanohissəciklərin sintezi - Radiasiya-kimyəvi reduksiya

Nanohissəciklərin sintezi - Radiasiya-kimyəvi reduksiya

Kimyəvi sistemə yüksək enerji təsiri şəraitində metal nanohissəciklərin alınması yüksək reduksiyaedici elektronların, radikalların və həyəcanlanmış hissəciyin yaranması ilə əlaqədardır. Radiasiya-kimyəvi reduksiyası kimyəvi üsula nisbətən müəyyən üstünlüyə malikdir. Bu üsulla alınan nanohissəciklər yüksək təmizliyə malik olurlar, burada kənar qatışıqlar olmur. Bundan başqa radiasiya-kimyəvi reduksiya ilə nanohissəciklərin sintezini bərk mühitdə və aşağı temperaturda aparmaq olur.

Radiasiya-kimyəvi reduksiya (radializ) üsulu ilə aktiv metal hissəciklərini qeyri adi oksidləşmə dərəcəsində almaq olur. Yüksək oksidləşmə-reduksiya potensialına malik hidratlaşmış elektron e-aq ilə proses belə sxem üzrə gedir

M+ e-aq  -> M (n-1)+

Radiasiya–kimyəvi reduksiyada ilkin atomlar və kiçik metal klasterləri (məsələn: Ag+2 , Ag+4 ) alınır, hansı ki, sonradan nanohissəciklərə çevrilirlər. Kimyəvi metodda olduğu kimi onların stabilləşməsi üçün əlavələr daxil edilir.

Radializ istifadə etməklə bimetallik və trimetallik nanohissəcik metallarının nüvə örtük quruluşunun alınma üsulu işlənmişdir. Nanohissəciklər iki və daha çox müxtəlif metallardan ibarət olduqda yeni xassəli maddələrin alınmasına maraq artmış olur.

Duz məhlullarını radiasiya reduksiya etməklə alınan nanohissəciklər iki və üç metaldan ibarət olurlar. Məsələn, Au-Hg hissəciyi iki mərhələdə sintez olunur. İlk növbədə radiasiyalı reduksiya ilə 46 nm ölçülü qızıl hissəcikləri alınır. Sonra qızıl zolu Hg(Cl4)2 və izopropil spirti əlavə olunur. Bunun nəticəsində civə ionlarının üzərinə qızıl hissəciklərinin çökdürülməsinə gətirib çıxarır və sonradan radializ zamanı yaranmış sərbəst radikallarla civə ionları reduksiya olunur.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə