Mineral Gübrələr
Ammonyak şorası - NH4NO3 - azot gübrəsidir, tərkibində 33-35% azot elementi var, suda asan həll olur, torpağa bitkilərin əkilməsindən əvvəl verilməlidir, ştillik torpaqları əlavə yemləndirilmələrdən ötrü əlverişlidir. Onu ağzı bağlı qabda, quru və sərin yerdə, oddan aralı saxlamaq lazımdır. Fizioloji turş gübrədir.Tərkibində eyni nisbətdə 34% ammonyak və nitrat azotu vardır. Yüksək dərəcədə hiqroskopik gübrədir, partladıcı xüsusiyyətə malikdir. Ən çox turş olmayan torpaqlar üçün məsləhət görülür.
Ammonium sulfat- (NH4)2SO4 - Ağ rəngli kristal duzdur. Tərkibində 20,8-21% azot olan bu birləşmə suda asan həll olur. Fizioloji turş gübrədir. Buna görə də turş olmayan torpaqlar üçün məsləhət görülür.
Superfosfat - Ca(H2PO4)* H2O - Tərkibində fosforun (P2O5) miqdarı 19-20% təşkil edən bu gübrə toz və dənəvər halda buraxılır. Torpaqda zəif hərəkət edən vəziyyətə asanlıqla keçir. Bütün torpaq tipləri üçün istifadə edilə bilər. Lakin turş torpaqlarda yüngül həll olan formalar, torpaq hissəciklərində möhkəmlənərək çətin həll olan formaya çevrilir. Ona görə də turş torpaqlarda bu gübrə verilməzdən əvvəl torpaq əhənglənməlidir.
Kalium Xlorid - KCl - Tərkibində 53,6-62,5 % kalium vardır, suda yaxşı həll olur, Zəif Tərkibində olan xlor bəzən bitkilərə mənfi təsir göstərə bilir. Ona görə bu gübrə payızda şum altına verilir ki, vegetasiya dövrünə qədər xlorun müəyyən hissəsi yuyulub aşağı torpaq qatlarına keçə bilsin. Torpağın turşuluğunu artırtdığından , turş torpaq əhəngləmə ilə birgə tətbiq edilməlidir.
Ammofos - NH4H2PO4+(NH4)2HPO4 - Ammofos fosfor-azot gübrəsidir, tərkibində 52% fosfor və 12% azot vardır, suda yaxşı həll olur, saxlanır, əsas hazırlamalarda bütün bitkilərin altına verilir, istixanalarda tez-tez istifadə edilir. Fosfor çatışmamazlığı böyük olduqda əlavə yemləmələrdə də istifadə edilir. Həm payızda şum altına və həm də yemləmə şəklində vegetasiya dövründə verilə bilər.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə