Etilen - İstehsalat həcmi və inkişaf tempi

Etilen - İstehsalat həcmi və inkişaf tempi

Neft kimya məhsulları cəmiyyətin istifadə etdiyi əksər məhsulların əsasını təşkil edir. Onlara tələbat bir çox faktorlarla müəyyən olunur ki, onlardan əsasları əhali artımı, iqtisadiyyatın inkişaf tempi, bu faktorların uyğunluğudur. 
1980-ci ildə yer kürəsinin əhalisi 4,3 milyard nəfər idi, 1995- ci ildə 5,6 milyardı keçdi, 1999-cu ildə 6 milyardı keçdi və 6,8-7,0 milyard nəfər oldu. Hesablamalara görə əhalinin dünyada sayı 2020-ci ildə 8,6 milyard nəfər olmalıdır. Iqtisadi inkişaf etmiş ölkələrdə iqtisadiyyatın inkişaf tempini 1,5-2,5% həddində qiymətləndirmək olar. Inkişaf etməkdə olan ölkələrdə, xüsusən də cənubi-şərqi Asiyada inkişaf tempi 5%-dən çoxdur, hətta bəzi ölkələrdə 7-8%-ə çatır. 
Neft kimya məhsullarının əsas istehlakçıları arasında avtomobil sənayesini xüsusi qeyd etmək lazımdır. Bu sənaye plastik kütlələrə, kauçuklara, qatranlara, laklara və boyalara, mühərriklərin tüstü qazlarını az zərərli etmək üçün katalizatorlara tələbat irəli sürür. Tikinti sənayesində və qablaşdırma materialları sənayesində də neft kimya məhsullarına böyük tələbat var. Elektron və elektrotexnika sənayesinin də neft kimya məhsullarına tələbatı artmaqdadır. 
Neft kimya sənayesinin istehsal və istehlak strukturunda daha çox yer tutan baza neft kimya məhsullarıdır. Aşağıda olefinlərin, aromatik karbohidrogenlərin, sintetik kauçuk sənayesi monomerlərinin, metanolun istehsal həcmi və istehsal həcminin inkişaf tempi haqqında məlumatlar verilir.

Etilen – Neft kimya sənayesinin baza məhsulları arasında istehsal həcminə görə birinci yeri tutur. Onun əsasında üzvi sintezin və polietilen, polivinilxlorid, polistirol, etilen oksid və etilen qlikol, sintetik etil spirti və s kimi əksər məhsullar istehsal olunur. 
Dünyada etilen istehsalı daimi artan dinamika ilə inkişaf edir: 1985-ci ildə -48,0; 1987-ci ildə - 55,0; 1989-cu ildə 58,5; 1991-ci ildə - 61,0; 1993-cü ildə 68,0; 1995-ci ildə - 79,6; 1997-ci ildə - 85,0; 1998-ci ildə - 89,6; 1999-cu ildə - 92,7; 2001-ci ildə - 100,6; 2002-ci ildə - 107,0; 2003-cü ildə - 109,2; 2004-cü ildə 110,6; 2005-ci ildə - 112,9; 2006-cı ildə 117,3; 2007-ci ildə - 119,6 və 2008-ci ildə - 126,7 milyon ton. 

1998-ci ildə etilen istehsalı üzrə güclər dünya üzrə belə paylanmışdı; Şimali Amerika- 33,7; Qərbi Avropa – 22,3; Sərqi Avropa və MDB ölkələri – 8,4; Cənubi Amerika – 3,8; Yaxın Şərq və Afrika – 7,3; Asiya-Sakit okean bölgəsi – 24,5; faiz. 2008-ci ildə etilenin dünyada istehsal strukturu aşağıdakı kimi olmuşdur (%-lə): Şimali Amerika – 28,0; Qərbi Avropa – 19,7; Şərqi Avropa və keçmiş SSRİ ölkələri – 6,8; Cənubi Amerika – 4,0; Yaxın Şərq və Afrika – 15,2; Asiya – Sakit okean bölgəsi - 26,3. Dünyada etilenə tələbat 1998-ci ildə 80 milyon ton olduğu halda 2000-ci ildə 91 milyon ton, 2005-ci ildə 107 milyon ton, 2006-cı ildə 111 milyon ton olmuşdur.
 

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə