Sənayedə Nitrat Turşusunun Alınması Üsulları

Nitrat turşusu kimya sənayesinin ən mühüm məhsullarından biridir. Adi şəraitdə rəngsiz maye olan turşu sənayedə 2 növ buraxılır: tərkibində 50-60% olan duru və 96-98% olan qatı nitrat turşusu. Turşu haqqında əvvəlki mövzularda məlumat verilmişdir - Bax: Nitrat Turşusu.
Sənayedə nitrat turşusu 3 üsulla alınır.
- Sulfat üsulu ilə nitrat turşusunu almaq üçün bərk NaNO3-ın qatı H2SO4 ilə qarışığı çuqundan hazırlanmış retortlarda qızdırılır:
NaNO3 + H2SO4 = NaHSO4 + HNO3
Sulfat turşusunun miqdarı elə götürülür ki, natrium hidrosulfat alınsın. Onda reaksiya nisbətən aşağı temperaturda gedir, çünki yüksək temperaturda natriumsulfat alınır və alınan nitrat turşusu parçalanır.
4NaNO3 + 2H2SO4 → 2Na2SO4 + 4NO2 + 2H2O + O2
Bu üsulla 96-98%-li təmiz turşu alınır.
- Qövs üsulu ilə nitrat turşusu almaq üçün havanın azotundan istifadə olunur. Belə ki, 3000-35000C istilik verən elektron boşalmasından hava üfürdükdə havada olan azotun bir hissəsi oksigenlə reaksiyaya girərək NO əmələ gətirir. Onu da soyutduqda NO2-yə qədər oksidləşir.Yüksək temperaturda NO oksigenlə reaksiyaya daxil olmur. Əmələ gələn NO2 suda həll olur, bu zaman nitrat turşusu əmələ gəlir və NO ayrılır.
Əgər NO2-nin suda udulması oksigenin iştirakı ilə gedərsə, onda NO2-nin hamısı HNO3-ə çevrilər.
N2 + O2 → 2NO
2NO + O2 → 2NO2
4NO2 + O2 + 2H2O→4HNO3
Bu üsulla alınan nitrat turşusu duru olur və yüksək miqdarda elektrik enerjisi sərf etdiyi üçün geniş tətbiq olunmur.
- Ammonyak üsulu aşağıdakı reaksiyalara əsaslanır.
1)ammonyakın platin katalizatorunun iştirakı ilə NO-ya oksidləşməsi:
4NH3 + 5O2 →,4NO + 6H2O
2)azot-2-oksidin NO2-yə oksidləşməsi:
2NO + O2 → 2NO2
3)azot-4-oksidin su ilə adsorbsiyası:
3NO2 + H2O → 2HNO3 + NO
4NO2 + O2 + 2H2O → 4HNO3
Hər hansı bir konkret sxemdən asılı olmayaraq duru nitrat turşusu istehsalının prinsipial sxemi özündə 6 əsas əməliyyatı cəmləyir. Qarışıqlardan təmizlənmiş ammonyak və hava qarışdırılır və ammonyakın oksidləşmə mərhələsinə göndərilir. Reaksiyanın istiliyi hesabına qızmış qaz qarışığı (nitroz qazları) texnoloji buxarın əmələ gəlməsi ilə utilizasiya qazanında və azot-2-oksidin azot-4-oksidə qismən oksidləşməsinin baş verdiyi soyuducuda soyudulur. Onun sonrakı oksidləşməsi azot-4-oksidin su ilə absorbsiyası prosesində nitrat turşusunun əmələ gəlməsi ilə eyni vaxtda həyata keçirilir. Tərkibində azot-4-oksidin qalığı olan və reaksiyaya daxil olmayan ayrılmış qazlar natrium karbonat məhlulu ilə neytrallaşdırılaraq təmizlənir, daha sonra isə atmosferə tullanır.
Məhsuldarlığın aşağı olması, aparatların böyüklüyü, ammonyak itkisi, absorbsiya dərəcəsinin aşağı olması və bahalı təmizləmə qurğularından istifadə olunması zərurəti olduğundan atmosfer təzyiqi altında işləyən qurğular əhəmiyyətini itirmişdir.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

Əbülhəsən Bəhmənyar kimdir?

İnsan Fiziologiyası
