Sabun istehsalı üçün xammal

Sabun istehsalı üçün xammal

Ən mühüm yuyucu vasitələr təbii sabun və sintetik yuyucu vasitələrdir. Sabunun tərkibi başlıca olaraq təbii və sintetik yağ turşularının natrium və kalium duzlarından, həmçinin qətran və naften turşularından ibarətdir. Bu duzlar suda həll olur və yuyucu təsiri ilə fərqlənir.

Ölkəmizdə istehsal edilən yuyucu vasitələrdən ən geniş yayılanı yağlı sabunlardır ki, bunlar da yağlarla yeyici qələvilərin qarşılıqlı təsirindən alınır. Bunlar kalium və ya natrium duzlarının yağ turşuları ilə qarışığından, başlıca olaraq stearin C17H35COOH , palmitin C17H31COOH və olien - dən C17H33COOH turşularından ibarətdir. Bərk yağların və onların yağ turşularının natrium qələvisi ilə qarşılıqlı təsirindən bərx sabun, maye yağların və yağ turşularının natrium qələvisi ilə qarşılıqlı təsirindən isə mazaoxşar sabun almır. Kalium qələvisindən istifadə etdikdə, hətta bərk yağlardan və onların yağ turşularından da mazaoxşar və maye sabunlar alınır.

Natrium sabununun kimyəvi, quruluşunu ümumi düsturla R-COONa ifadə etmək olar, burada R /doymuş, yaxud doymamış / karbohidrogen radikalıdır ki, bunun da zəncirində 8-21 karbon atomu olur. Yağların hissələrə ayrılması, yaxud yağ turşularından sabun əmələ gəlmə reaksiyasi ümumi halda aşağıdakı kimi ola bilər.

R-COOH+NaOH = R-COONa + H2

Yağlı sabunlardan fərqli olaraq bir çox sintetik yuyucu vasitələr karbon duzlarında deyil, üzvü sulfat və yaxud kükürd turşulu efirlərdən ibarətdir. Onların kimyəvi quruluşu ümumi halda R-SO3Na (sulfat) düsturları ilə ifadə olunur. Buradan karbohidrogen radikalının da yağlı sabunda olduğu kimi təxminən eyni uzunluqda zənciri vardır.

İstifadə üsullarına görə yuyucu vasitələr yüksək köpükyaradıcı (normalaşdırılmayan) və zəif köpükyaradıcı (normalaşdırılan) növlərə bölünürlər. Yüksək köpükyaradıcı xüsusiyyətə malik yuyucu vasitələr əl və aktivator tipli yuyucu maşınlarda, zəif köpükyaradıcı vasitələr isə avtomat və yarımavtomat tipli maşınlarda yuma üçün nəzərdə tutulub.

Sabun istehsalında üzvi və qeyri-üzvi xammal tətbiq edilir. Sabun ən lazımlı növü bərk, yağlı sabundur. Buna görə əsas üzvi xammal təbii bərk yağlar, duru bitki və balıq yağlarının emalından alınan yağlar, həmçinin piyiəvəzedicilər-sintetik yağ turşuları, kanifol, naften turşuları əsas üzvü xammaldır.

Piylər: yüksək molekulalı yağ turşularının mürəkkəb efirlərindən və qliserindən (triqliserin) ibarət olan təbii üzvi birləşmələrə piylər deyilir. Piylər mənşəindən asılı olaraq bir-birindən kimyəvi tərkibinə və fiziki xassələrinə görə fərqlənirlər. Bitki və heyvan yağları qatılığına görə bərk və duru yağlara bölünür. Bitki piylərinə yağ deyilməsi qəbul edilmişdir.

Heyvan mənşəli bərk piylər və torpaq bitkilərinin meyvələrindən alınan bərk yağlar başlıca olaraq triqliserindən, doymuş yağ turşularından ibarətdir. Bitki və heyvan mənşəli duru piylərin tərkibinə əsasən duru triqliserindən ibarət doymamış yağ turşuları daxildir.

Sabun piy xammalı nə qədər doymuş olarsa, bir o qədər keyfiyyətlidir. Lakboyaq məhsulları üçün əksinə çox doymamış yağlar yaxşı yağ sayılır, bu da onların quruma qabiliyyətilə əlaqədardır. Sabun üçün doymamış piy xammalının tətbiqi onda ciddi nöqsan kimi qaxsımanm əmələ gəlməsinə səbəb olar. Sabunun qaxsıması və bitki yağlarının acıması oksidləşmə prosesi nəticəsində baş verir. Olein turşusundan C17H38COOH olan sabun molekulası rütubətin iştirakı ilə havada törəmə kapril (C7H16COOH) və pelarqon (C8H17COOH) turşularına parçalanır. Bu turşuların aldehidlərinin xoşa gəlməyən iyi var və dəriyə qıcıqlandırıcı təsir edir. Sabunun qaxsıması zamanı aldehidlərin əmələ gəlməsi təbiidir ki, onun keyfiyyətini kəskin şəkildə aşağı salır. Qaxsıma sabunun rənginin solmasına də səbəb olur. Əgər sabunun hazırlamasında olein turşusuna nisbətən daha çox doymamış yağ turşuları ilə xaraxterizə olunan yağ tətbiq edilirsə onun qaxsıma qabiliyyəti artır. İkiqat əlaqəli yağ turşuları: məsələn pambıq yağının tərkibinə daxildir. Buna görə də yağları emaldan keçirmədən (hidrogenləşmə) tətbiq etmək olmaz.

Bərk piylərdə (iç yağı) əsasən oleində az doymamış yağ turşuları var. Koks yağının yağ turşularının tərkibinə doymamış yağ turşuları daxil olmur, çünki onlardan oksidləşməyə davamlı sabun alınır. Heyvan piyləri (mal, qoyun, donuz piyi) əsasən stearin, palmitin və olein turşularının qliseridindən , bərk bitki piyləri (koks və palmoyadro yağı) kapril (C7H15COOH), laurin (C11H23COOH) və miristin (C13H27COOH) turşularının qliseridindən ibarətdir. Bu piylər bərk sabun üçün ən yaxşı piy xammalı sayılır. Bərk heyvan piyləri yüksək keyfiyyətli ərzaq məhsuludur, buna görə də hazırda sabun istehsalı üçün onlar az miqdarda tətbiq edilir. Bərk təsərrüfat sabunları üçün əsas piy xammalı aşağı qiymətli duru piylərin emalından alınan bərk piy məhsullarıdır. Bu bərk piylərə salomas deyilir, bu da duru bitki və balıq yağlarının hidrogenləşməsi prosesində alınır.

Yağ-piy sənayesi tərəfindən ərzaq və texniki salomas buraxılır. Ərzaq salomas yüksək keyfiyyətilə fərqlənir və ondan marqarin hazırlanır. Texniki salomas isə bərk və əl- üz sabunlarının hazırlanmasına işlədilir.

Təsərrüfat sabunlarının xüsusən mazaoxşar və duru sabunların istehsalının piy xammalı-piy sənayesinin əlavə məhsulu, həmçinin ərzaq salomasdır. Başqa piy tərnibli (mətbəx və s.) tullantılar da tətbiq edilir ki, bunlar da əvvəlcədən çirkdən mükəmməl surətdə təmizlənir, bəzən də sərbəst yağ turşularına parçalanır.

Soapstok əsasən sabunlaşdırıcı və neytral piylərdən ibarətdir. Onların tərkibində, həmçinin zülal, boyayıcı və başqa maddələr daxildir. Sabun bişməmişdən qabaq müvafiq təmizlənmə aparılır. Soapstik yaxşı təmizlənməsi və ondan kənar edilməmiş zülal maddələrin ayrılması nəticəsində çox tünd rəngli və xoşa gəlməyən iyli sabun almır. Təsərrüfat sabunu üçün piy qarışığı hazırlandıqda salomasa az miqdarda soapstik əlavə edilir. Əla sortlu əl-üz sabunlarının istehsalında piy qarışığına bərk bitki yağları, mazaoxşar sabunun hazırlanmasında duru bitki yağları kətan, günəbaxan və s. qatılır.

Piyiəvəzedicilər - lazımlı piyiəvəzedicilər sintetik yağ turşuları həmçinin naften və qətran turşularıdır. Sintetik yağ turşuları katalizatorun iştirakı ilə parafinli karbohidrogenlərin havanın onsigeni ilə oksidləşməsindən alınır. Əlavə qatışıqlardan yaxşı təmizlənmə şəraitində onlar təbii piylərdən olan yağ turşularını əvəz edən tam qiymətli xammal ola bilər. Karbohidrogenlərin oksidləşməsi prosesində yağ turşularından başqa tünd rəngli və xoşagəlməyən qətran xarakterli bir çox əlavə qatışıqlar əmələ gəlir ki, bu da sabuna keçir. Bu qatışıqlardan yağ turşularının təmizlənməsi kifayət qədər mürəkkəbdir.

Sabun bişirmə istehsalında sintetik yağ turşularının iki fraksiyasından istifadə edilir. Molekulada karbon atomlarının sayı C10-C15 və C16-C21 olur. Birinci fraksiya əsasən əl-üz və duru sabun istehsalında koks yağını, ikinci bərk təsərrüfat sabunlarını əvəz etmək üçündür. Təsərrüfat sabunlarının yağ əsasına 35-40%-ə qədər sintetik yağ turşuları qatılır. Onların tətbiqinin üstün cəhəti, oksidləşən karbohidrogenlərin molekulasının ölçüsündən asılı olaraq sabunun xassələrini nizamlamaq mümkün olmasıdır.

Parafinli karbohidrogenlərin fasiləsiz oksidləşməsi və alınmış yağ turşularının sabunlaşması üsulları var. Parafinli karbohidrogenlər katalizatorun iştirakı ilə xüsusi oksidləşdirici kolonkalarda havanın oksigenilə 130°-yə yaxın hərarətdə və 2-3 atm təzyiqində oksidləşir. Əmələ gələn oksidatlar fasiləsiz olaraq kolonxalardan sabunlaşmaya köçürülür, bu da susuzlaşdırılmış soda və yeyici natrium məhlulu ilə həyata keçirilir.

Sintetik yağ turşularının keyfiyyətinə verilən tələblər karbohidrogenlərin oksidləşməsi zamanı əmələ gələn tünd rəngli və pis qoxulu maddələrin diqqətlə təmizlənməsindən ibarətdir.

Qətran turşuları sabun bişirmədə, iynəyarpaqlı ağacların şirəsindən alınan kanifol halında tətbiq edilir. Kanifol qətran turşularının qarışığından ibarət olmaqla qələvilərlə qarışdırıldıqda yaxşı köpük əmələ gətirmə və yuma qabiliyyətinə malik, həll olan, mazaoxşar, sabun əmələ gətirir. Kanifol əlavə etməklə piy xammaldan yüksək həllolma və çox köpük əmələ gətirməyə malik təsərrüfat sabunu alınır. Bundan başqa kanifolun əlavə edilməsi sabunun qaxsımasının qarşısını alaraq onu uzun müddət isti və rütubətli şəraitdə saxlamağa imkan verir. Bu xəssə qətran turşusunun havanın oksigenlə daha aktiv əlaqəsindən irəli gəlir.

Bərk təsərrüfat sabununu alınması üçün piy əsasına 12-15% kanifol qatılır (kanifol çox olarsa, tünd rəngli sabun alınır). Əl-üz sabunlarına açıq rəngli və 5%-ə qədər kanifol tətbiq edilir. Əks halda yapışan sabun alınır ki, belə sabunlar da vallarda və exstruderdə çətin emal olunur.

Aşağı sortlu təsərrrüfat sabunlanın bişirən zaman kanifol əvəzinə, bəzən sellülozanın emalından alınan az miqdarda tall yağı işlədilir. Tall yağının tərkibinə qətran və yağ turşuları daxildir. Lakin tall yağının xammalının tünd rəngli və xoşa gəlməyən iyi var və onların tərkibində çoxlu sabunlaşmayan maddələr olur. Buna görə də onlardan əla sortlu sabunlarda tətbiq edilməsi məsləhət görülmür.

Neft və neft məhsullarının tərkibində olan naften turşuları yağ turşularından özünün dövri quruluşuna görə fərqlənir. Neft məhsullarının qələvilə təmizlənməsi nəticəsində sabunnaft adlanan mazaoxşar kütlə alınır ki, bu da naften turşularının qatışığından ibarətdir. Suda yaxşı həll olur. Onu aşağı sortlu təsərrüfat sabunlarının piy əsasına əlavə edirlər. (6% -ə qədər).

Sabunnaftı kükürd turşusu ilə emal etdikdə asidol adlanan qatı yağaoxşar məhsul sərbəst naften turşuları halında ayrılır. Asidol sabunbişirmədə sabunaften əvəzinə tətbiq edilir. Sabunaft və asidolun çox qatılması sabunun keyfiyyətini pisləşdirir (sabunun yumşaqlığını, sürtülməsini və sərfini artırır). Bundan başqa onların tünd rəngini və xoşa gəlməyən iyini sabuna verir.

Qələvili maddələr - Sabun istehsalı üçün qeyri-üzvi xammal qələvili maddələrdir. Bu maddələr neytral piylərin sabunlaşması və yağ turşularının neytrallaşması üçün lazımdır. Bu məqsədlə yeyici natrium NaOH (kaustik soda, kaustik) və susuzlaşdırılmış soda Na2CO3 tətbiq edilir.

Duru və xüsusi növ sabunlar üçün kalium hidroksidi KOH və kalium karbonat (potaş) K2CO3 işlədilir. Hissələrə ayrılmış piylər və piyəvəzedicilərdən sabun bişirməsində natrium və kalium karbonatlı duzları tətbiq edilir. Onlar doymamış piyləri sabunlaşdırmaq qabiliyyətinə malik deyillər. Sabun bişirilməsində qeyri-üzvi qələvi maddələrindən həmçinin natrium silikat işlədilir. O, bəzi sort sabunlarına bərkliyi artırmaq və yapışqanlığı aradan qaldırmaq üçün əlavə edilir.

Natrium silikatın əlavə edilməsi bunların, həmçinin sabunun, səthində soda kristallarının əmələ gəlməsinin qarşısını alır. Natrium silikat çox miqdarda yuyucu tozlarla qatılır, bu onun cod suyu yumşaltmaq qabiliyyətindən asılıdır. Yuyucu tozların hazırlanmasında, həmçinin ortofosfat və bor turşularının (natrium fosfat, bura) qələvili duzları tətbiq edilir.Sabunun keyfiyyətinin formalaşmasına təsir edən əsas amillərdən biri də onun bişirilməsidir.

Mənbə: R.İ. Əhmədov, Mürəkkəb fosfatların sintetik yuyucu vasitələrin istehlak xassələrinə təsirinin ekspertizası

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə