Kizelqur

Kizelqur

Kizelqur (diatomit, infuzor torpaq və diatomat, torpaq, trepel) – çökmüş dağ süxuru, adətən yumşaq, açıq boz və ya rəngli olur. Kizelqur böyük məsaməyə, yaxşı adsorbsiya olunma qabiliyyətinə malikdir. İstiliyi və səsi pis keçirir, turşuya davamlıdır. Kizelqur natrium hidrooksiddə yaxşı həll olan 95% silisium oksidindən ibarətdir.

Kizelqur Alfrod Nobeli (1833-1896) məşhurlaşdırmış və varlandırılmışdır. Partlayıcı trinitroqliserinin təhlükəsiz daşınması üçün kizelqurdan istifadə edilir. Nobelə qədər nitroqliserin mel, kərpic tozu və b. doldurucularla qarışdırılırdı. Nobelin ixtirası trinitroqliserinin diatomit – kizelqurun üzərinə hopdurulmasıdır.

Kizelqurun xüsusi səthi 10-dan 50 m 2 /q-a qədər olur. Kizelquru dəniz və göllərdə toplanmış diatomitlərin milləri əmələ gətirir. Bu süxur adsorbent və toxuculuqda, neftkimya və yeyinti sənayesində süzgəc kimi və antibiotiklərin istehsalında, kağız, müxtəlif plastik materiallar, rənglər, maye şüşə istehsalında xammal və s., tikinti materialında istilik və səs keçirməməyə qarşı, sementə əlavə kimi, mərmər kimi və s. çox geniş istifadə edilir. Bir çox katalitik proseslərin katalizatorları üçün daşıyıcı kimi istifadə edilir.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə