Müəssisədə məhsulun keyfiyyətinin planlaşdırılması

Müəssisədə məhsulun keyfiyyətinin yüksəldilməsinin planlaşdırılması hər şeydən əvvəl məhsula olan cari və perspektiv tələbin səviyyəsinə, məhsulun istismar zamanı vəziyyəti haqqında istehlakçıların rəylərinə, sifarışçilərlə müqavilələrin yenidən baxılmasına əsaslanmalıdır.
Keyfiyyətin yüksəldilməsi planında, həmçinin məhsulun sertifikatlaşdırılmasının nəticələri, qüvvədə olan texniki şərtlərin və standartların nəticələri, elmi tədqiqatların nəticələri, patent materialları, lisenziyalar, elmi – texniki işlər haqqında informasiyalar, istehlakçıların tələbləri də nəzərə alınmalıdır.
Şəxsi elmi tədqiqat şöbələrinə malik olan iri firmalar öz məhsullarının carı və perspektiv planlaşdırılması ilə kifayətlənməyərəq, məhsulun proqnozlaşdırılmasını da həyata keçirirlər. Bununla belə, məhsulun səmərəlilik və faktiki keyfiyyət göstəricisi, normativ – texniki sənədlər, patentlər, elmi araşdırmalar və materialların ekspert qiymətlərindən məlumat mənbəyi kimi istifadə olunur.
Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə planlaşdırılan öhdəlik və vəzifələr, müəssisənin digər şöbələrinin planları ilə razılaşdırılmalı, və lazım olan material, əmək və maliyyə resursları ilə təmin edilməlidirlər. Məhsulun keyfiyyətinin yüksəldilməsinə dair həyata keçirilən tədbirlərlə əlaqədar olan, məhsulun maya dəyərində, mənfəətdə, istehsalın rentabelliyində, işçilərin sayında, onların əmək haqqında, kapital qoyuluşlarının həcmində ( baş verəcək ) planlaşdırılan dəyişikliklər, müvafiq hesablamalarla təsdiq olunmalıdır.
Müəssisə öz məhsulunun keyfiyyətinin yüksəldilməsi planında nəzərdə tutulanları təmin etmək üçün , öz tədarükçülərindən, gətirdikləri xammal, material, yarımfabrikat, komplekt materiallar, ehtiyat hissələri və son məhsulun digər komponentlərinin keyfiyyətinin yüksəldilməsini tələb etməlidir.
Müəssisənin məhsulunun keyfiyyətinin yüksəldilməsi planının tərkibinə ayrı – ayrı göstəricilərlə bərabər, keyfiyyətin yüksəldilməsinə istiqamətlənmiş bütöv tədbirlər kompleksi də daxildir.
Bir çox hallarda müəssisədə məhsulun keyfiyyətinin yüksəldilməsi planının əsası aşağıdakı vəzifələrdən ibarət olur :
- ən yaxşı yerli və xarici məhsul nümunələrinin keyfiyyət və texniki səviyyəsinə çatmaq və daha da yüksəltmək;
- sertifikatlaşdırılmış məhsulların buraxılışını artırmaq;
- buraxılan məhsulun ayrı – ayrı keyfiyyət göstəricilərini yaxşılaşdırmaq;
- rəqabətqabiliyyətini itirmiş məhsulları ya modernləşdirmək, ya da ümumiyyətlə istehsaldan çıxarmaq;
- tələb olunan keyfiyyət səviyyəsinə çatmaq üçün konkret tədbirlərin işlənib hazırlanması və reallaşdırılması və s.
Müəssisədə məhsulun keyfiyyətinin yüksəldilməsinin planlaşdırılması müstəqil istiqamət olaraq, adətən aşağıdakılarla fərqlənir :
- Məhsulun keyfiyyətinin firmadaxili (istehsalatdaxili) planlaşdırılması;
- Müəssisədə keyfiyyətin idarəedilməsi sisteminin tətbiq edilməsinin planlaşdırılması;
- Məhsulun keyfiyyətinin yüksəldilməsinin kadr təminatının planlaşdırılması;
- Müəssisədə daxili və xarici zay məhsul itkilərinin planlaşdırılması;
- Müqavilə və sazişlərdə məhsulun keyfiyyətinin planlaşdırılması.
Son illərdə məhsulun keyfiyyətinin yüksəldilməsinin əsas istiqamətlərindən biri buraxılan məhsulun ( iş, xidmət ) və keyfiyyət sisteminin hazırlanmasının planlaşdırılması hesab edilir.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

İnsan Fiziologiyası
Bal arıları haqqında 8 məlumat

İnsan Xromosomları
