Taurin turşusu

Taurin turşusu

Taurin və ya 2-aminoetansulfonik turşusu C2H7NO3S kimyəvi formuluna malik amin turşusudur. Taurinin adı "Taurus" (öküz) sözündən götürülmüşdür. Belə adlandırılmasına səbəb ilk dəfə 1827-ci ildə alman alimləri Friedrich Tiedemann və Leopold Gmelin tərəfindən öküzün ödündən əldə edilməsidir.

Təbii taurin ətdən, balıqdan və süddən qəbul edilir, başqa bir halda süni əlavələr şəklində də ola bilər. Taurin insan orqanizmində də təbii olaraq əmələ gəlir. İinsan bədəninə tamamilə müsbət təsir edir. Əzələ ağrılarını və stresi aradan qaldırır, hüceyrələrin enerji dəyərini artırır, beyin hüceyrələrini aktivləşdirir və tam energetik olmağa səbəb olur. Bədəndə nevroloji funksiyaları və nevroloji ünsiyyət mexanizmini gücləndirir, qandakı mineral duz və su tarazlığını tənzimləyərək antioksidant xüsusiyyətləri göstərir. Taurin xolesterini normaya salır və piy mübadiləsini normallaşdırır.Orqanizmdə taurin azlığı bir sıra sağlamlıq problemlərinə (ürək xəstəlikləri, görmə problemləri, əzələ problemləri, fiziki zəiflik və s.) səbəb ola bilər.

Bununla belə taurinin zərərləri də mövcuddur. Belə ki, gündəlik 3000 mq taurin adətən "təhlükəsiz" sayılır. Ancaq energetik içkilərin hər bankasında 1000-2000 mq taurin olduğunu nəzərə alsaq həmin rəqəmin aşılması çox da çətin deyil. Artıq taurin böyrəklər tərəfindən süzülüb bədəndən atıldığı üçün ilk zərər böyrəklər üzərində olur. Uzun müddət gündə 3-4 banka energetik içki içmək bir müddət sonra böyrəklərdə ciddi problemlərə səbəb olacaqdır. Hamiləlik və uşağa süd vermə dövründə energetik içkilər qəbul edilməməlidir. Həkimin tövsiyəsi olmadığı müddətcə uşaqlar energetik içkilər içməməlidir. Çox miqdarda taurin uşaqların normal fiziki və zehni inkişafını əngəlləyə bilər. Kofein həssaslığı olanlar, depressiya, narahatlıq müalicəsi alan insanlar, qaraciyər və böyrək xəstəliyi olanlar, ürək xəstəliyi olan insanların energetik içkilər istehlak etməsi tövsiyə edilmir.

Azerbaijan Chemical Society

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə