Surroqat toyuqlar yaradılıb

Surroqat toyuqlar yaradılıb

Edinburg üniversitetinin alimlər heyəti genetikası dəyişdirilmiş surroqat toyuqlar yaradıblar və bunun vasitəsilə bütün toyuq növlərini qorumaq mümkündür. Araşdırmanın müəllifi Maykıl Makqruvun dediyinə görə bu araşdırmada tədqiqat obyekti olaraq toyuğun seçilməsinin səbəbi hal hazırda onların ən çox istehlak edilən heyvan olmalarıdır. 
Bundan əlavə "surroqat ana" anlayışı insanlarda da mövcuddur. Bu zaman hər hansı könüllü qadın tərəfindən başqa bir cütlüyün övladı saxlanılır. Bu hadisə necə baş verir? Qadın orqanizmində yumurta hüceyrəsi hazırlayaraq, ovulyasiyaya yaxın onu yumurtalıqdan xaricə çıxarırlar. Eyni zamanda qadının həyat yoldaşından da sperma alınır. Xüsusi laborator şəraitdə (sınaq borusu şüşəsində) yumurta hüceyrəsini spermatozoidlərlə birləşdirirlər. Mayalanma baş vermiş olarsa, bir neçə gündən sonra rüşeymi digər qadının (surroqat ananın) uşaqlığına daxil edirlər. Bir növ “inkubator” rolunu daşıyan surroqat ana tərəfindən müvafiq dövr (9 ay) keçdikdən sonra doğulan uşagı onun bioloji valideynlərinə verirlər.

 

 

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə