Sinir implantları şüurunu bərpa edəcək
15 ildir davamlı vegetativ vəziyyət(Persistent Vegetative State) halında olan 35 yaşlı bir nəfər sinirlərin xəbərdarlığını göstərən, təkmilləşdirilməkdə olan bir müalicə səbəbindən şüurunun fəaliyyətdə olduğuna dair əlamətlər göstərməyə başladı. 12 aydan çox vegetativ vəziyyətdə olan xəstənin şüuruna qovuşması imkansız idi.
Bir maşın qəzası nəticəsində beyni ciddi şəkildə zədələnmiş xəstə ətraf mühitlə əlaqəsini kəsmişdi. Beyin kökünə - vagus sinirinə xəbərdarlıq etməsi məqsədilə bir implantın yerləşdirilməsi nəticəsində şüurlu olduğunu göstərən siqnallar verməyə başladı. Cisimləri gözləri ilə izləməyə, yanında hekayə oxuduqları zaman oyanıq qalmağa başladı və müşahidəçi üzünü gözlənilməz bir anda xəstənin üzünə yaxınlaşdıranda gözlərini təəccübləndiyini göstərən bir şəkildə açdı. Hətta bir dəqiqəlik müddətə ehtiyac duysa da, başını çevirməsi və başqa sadə istəklərini də yerinə yetirə bilirdi. Lyondakı Mark Cennerod Koqnitiv Elm İnstitutundan Angela Siriqunun dediyinə görə: “O, hələ də iflic vəziyyətdədir, danışa bilmir, amma cavab verə bilər. İndi o daha çox məlumatlıdır.”
Siriqu və komandası eyni üsulu daha aşağı həddə beyin zədələnmələri almış xəstələr üzərində tətbiq edərək daha yaxşı nəticələr əldə etməyi ümid edirlər.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə