Qatil Göbələklər

Qatil Göbələklər

Qarışqaların istiqamət tapma duyğusu çox güclüdür. Lakin Tayland, Afrika və Braziliyada Componotus Leonardi adlı qarışqalar, bir parazit göbələyi tərəfindən istiqamətlərindən döndərilir. Bu göbələyin sporları, qarışqaya keçdikdən sonrakı bir neçə gün ərzində onun bədənində inkişaf edir. Sonra da qarışqanın beynini tamamilə nəzarət altına alaraq onu özünə ən uyğun mühitə doğru sürükləyir. Qarışqa bir zombi kimi, göbələyin böyüməsi üçün nəm nisbətinin ən əlverişli olduğu, yerdən 25 sm yüksəklikdə ağac gövdəsi üzərində bir yarpağa qarmağını keçirərək ölür. 24 saat içində göbələk qarışqa gövdəsinin içindən çıxmağa başlayır və sporlarını ətrafa püskürdür

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə