Nüvə stansiyası Banandan daha təhlükəsizdir
Nüvə stansiyalarının yaydığı illik radiasiya, bir bananın təbii olaraq ehtiva etdiyi kalium-40 (K40) izotopu səbəbi ilə yaydığı radiasiyaya bərabərdir. Bu səbəbdən nüvə stansiyalarının yaydığı radiasiyadan qorxmağa ehtiyac yoxdur.
Bananın yaydığı radiasiyadan da qorxmağa ehtiyac yoxdur. Elm insanları zaman zaman bu mövzularda banan nümunəsini verirlər.Yeni bir şey deyil. Belə ki məşhur elm ədəbiyyatında radiasiyanı ölçmək üçün banan vahidi (banana equivalent dose) deyə bir vahid vardır. Burada cisimlərin yaydığı radiasiya bananın yaydığı radiasiya ilə müqayisə olunur. Bir banan ortalama 0.1 mikro Sievert radiasiya yayır, bu bir banan radiasiyasıdır.
İnsana ölümcül zərər verən radiasiya dəyəri 35.000.000 (milyon) banan vahidinə bərabərdir. Yəni bananın radiasiyasının sizə ciddi zərər verməsi üçün 35.000.000 (milyon) banan yeməniz lazımdır. Ümumiyyətlə 1.000.000 banan radiasiyasının altındakı radiasiya dəyərlərinin sağlamlığı təhdid etmədiyi güman edilir. Yəni ancaq 1.000.000 banan yesəniz ya da o qədər bananla eyni mühitdə qalsanız bax o zaman narahat olmaq lazımdır.
Biz onsuzda hər gün 100 banan şiddətində radiasiyaya müxtəlif qaynaqlardan məruz qalarıq. Normal çalışan bir nüvə stansiyanın yayacağı radiasiyanın illik ortalaması 1 banan şiddəti kimi az bir dəyərdir. Ən pis şərtlərdə belə bir nüvə stansiyası 2500 banan radiasiyası yaya bilər ki bu 1.000.000'la müqayisədə çox kiçik rəqəmdir. Onu da deyim ki, sağlamlıq məqsədliylə çəkdirdiyiniz bir tomoqrafiyada 70.000 banan radiasiyasına məruz qalırsız.
Mənbə: The Theory Of Everything
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə