Nüvə partlayışları

Radionuklidlərin molekul çəkilərinə görə nüvə partlayışları özlərindən sonra üç növ radiasiya haləsi qoyurlar. Birinci halə partlayış ərazisinə yaxınlıqda düşən 12% ağır radionuklidlərdən ibarətdir. İkinci halə ~10% orta kütləli izotoplardan ibarətdir. Onlar troposferə düşür və küləklə çox böyük məsafələrə yayılır. Bir ay müddətində toplanaraq Yer səthinə düşürlər. Üçüncü halə ən güclüsüdür, 75% yüngül izotoplardan ibarətdir, stratosferdə yayılır və 3%-i atmosferin yuxarı qatlarına düşür, bütün həcm boyu eyni miqdarda toplanır və aylarla parçalanmadan orada qalır.
Xirosima və Naqasaki partlayışları bütün planet üçün radioaktiv çirklənmə mənbəyinə çevrilmişdi. Bu məlumatlar çoxdan hamıya məlum idi. Ancaq Semipalatinskdə nüvə poliqonunun vəziyyəti haqqında isə az məlumat var. Onun istismarı müddətində Azərbaycanla həmsərhəd olan Qazaxıstanda 456 nüvə və istilik-nüvə partlayışları aparılmışdı, onlardan 116-sı yerüstü partlayışlar idi.
Nüvə silahından istifadə yüzlərlə radionuklidin yaranmasına səbəb olur. Onları yüngül və uzunmüddətli parçalanan izotoplara ayırmaq lazımdır. Sonuncular əsas şüalanma mənbəyidirlər. Onlara karbon 14, sezium 137, sirkonium 95, stronsium 90 aiddir.
Bax: Bəşəriyyətin qatili - Nüvə silahı
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

İnsan Fiziologiyası
Bal arıları haqqında 8 məlumat

İnsan Xromosomları
