Kliniki ölüm və “İşıqlı tunel“
Alimlər insanlarda kliniki ölüm vaxtı meydana gələn görmələrin səbəblərini aydınlaşdırmağa çalışıblar. Hər kəsə məlumdur ki, bir çoxları belə halları "digər dünya" ilə əlaqələndirir. Kliniki ölüm zamanı həyatla bioloji ölüm arasındakı keçiddir. Xəstənin ürək fəaliyyəti və tənəffüs prosesi dayanır. Orqanizmin həyati funksiyalarının bütün xarici əlamətlərinin itməsi müşahidə olunur. Kliniki ölüm vaxtı bəzən qəribə hallar qeydə alınır ki, bunları da müasir elm dəqiq olaraq izah edə bilmirdi. Bu prosesdən keçmiş bir sıra insanlar öz bədənləri üzərində uçduqlarını xatırladığını iddia edirlər. Digərləri isə vəfat etmiş qohumları ilə görüşdüklərinə əminliyini bildirir. Belə hallardan biri də insanı özünə çəkən gur işıqlı tuneldir. Bəs bunun səbəbi nədir?
Belçikalı nevroloq Stiven Loureysin başçılıq etdiyi elmi komanda kliniki ölüm təcrübəsi yaşamış 400 xəstənin göstəricilərini analiz edikdən sonra əldə edilmiş məlumatlar əsasında kliniki ölüm anında beynin nevroloji fəaliyyətinin gücləndiyi və bunun nəticəsi kimi beyində təkrar olunan müxtəlif həyat anlarından ibarət bir növ "film" nümayiş olunduğu qənaətinə gəliblər. Alimlərin fikrincə, oxşar görmələr şüuraltı fəaliyyətinin məhsuludur. Nəticələr göstərir ki, görmələr baş verdikdə gicgah və təpə nahiyələrinin qovuşduğu beyin bölgəsində aktivləşmə meydana gəlir. Tədqiqatçılar iddia edirlər ki, belə vəziyyəti süni olaraq əldə etmək olar - bunun üçün hiperventilyasiyanın köməyi lazımdır. Kliniki ölüm zamanı xəstələrin gördüklərini alpinist və pilotlar da müşahidə edə bilər. Bir sıra pilotların havada özlərini təyyarədən kənarda hiss etmiş olduqları kimi hallara rast gəlinir.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat
Əbülhəsən Bəhmənyar kimdir?
İnsan Fiziologiyası