Jan Ken Pon oyunu

Jan Ken Pon oyunu

Uşaqlıqda hər kəsin oynadığı bir oyun var idi - Daş-Kağız-Qayçı oyunu. Bu oyunun orijinal adı Jan Ken Pon-dur. Bu oyunu oynayarkən heç bir ləvazimata ehtiyacınız yoxdur-təkcə əlləniz. Seçimlər edildikdən sonra qaliblər bu qaydalara əsasən müəyyən olunur:

Daş qayçını sındırır - Qayçı kağızı kəsir - Kağız daşı örtür

Aparılan araşdırmalardan görünür ki, insan beyni təsadüfi davranışlar barədə çox da uğurlu sayılmır. Hə, ilk dəfə eyni şərtlər altında hansısa birini seçə bilərsiniz. Daha sonrakı seçimlərdə isə zehində bir çox riyazi əməliyyat və psixoloji təcrübə baş verir.

Bu strategiya Çinin Zheijang Universitetində təşkil olunan iri miqyaslı daş-kağız-qayçı oyunu yarışmasında üzə çıxarıldı və Nyu-Yorkun Cornell Universitetinin kitabxanasına aid olan Arxiv.org saytında yayımlandı. 

Çində bir qrup elm adamı Zhejiang Universitetindən 360 şagirdi 60 nəfərlik 6 qrupa ayıraraq təxminən 2 saat qarşılıqlı olaraq bu oyunu oynadılar və nəticələri qeydə aldılar. Məqsədləri oyunun arxa planındakı strategiyanı riyazi şablona yerləşdirmək idi.

Araşdırma bizə iştirakçıların seçdiyi strategiyanın təsadüfi görünməsinə baxmayaraq əslində düşünülə bilən qəliblərdən ibarət olduğunu göstərdi.

Oyunda qalib gələn iştirakçı ona qələbə gətirən seçimlə oynamağa davam edir, yəni daşla qələbə qazandısa daşla, qayçı ilə qələbə qazandısa qayçı ilə oynayır. Məntiq bir dəfə işə yaradısa yenidən işə yarayır. 

Oyunda qələbə qazanmaq üsulu belədir:

A və B adlı 2 iştirakçı təsadüfi seçimlərlə oyuna başlayırlar. A adlı iştirakçı daşı, B adlı iştirakçı isə kağızı seçirsə A məğlub olur. İkinci turda A B-nin yenidən kağızı seçəcəyini ehtimal edir və qələbə qazanmaq üçün qayçıdan istifadə edir. Üçüncü dəfə isə A B-nin məğlub olduğu üçün bu dəfə qayçıdan istifadə edəcəyini düşünür və ümumi oyunda qələbə qazanır.

Əlbəttə ki, bu yazdıqlarımızla qələbə qazanmaq fikrində olsanız rəqibinizin bu strategiyadan xəbərsiz olması lazımdır.İzah olunan, sizə riyaziyyatdan daha çox psixoloji araşdırma kimi gələ bilər, amma əslində hər ikisi də doğrudur. Çünki qərarlar və strategiyaların araşdırılması riyaziyyatda oyun teoreminin işidir.

Mənbə:

https://arxiv.org/abs/1404.5199

https://elmazerbaycan.com/das-kagiz-qayci-oyununda-qalib-gelmeyin-riyaziyyati.html

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə