İnsan embrionunun DNT-sindən xəstəliklərin inkişafına cavabdeh olan gen çıxarıldı
Amerika və Cənubi Koreya institutlarından bir qrup alim insan embrionunun DNT-sindən xəstəliklərin inkişafına cavabdeh olan geni uğurlu şəkildə çıxarmağı bacarıblar. Araşdırma Nature jurnalında yayımlanıb. Alimlər Genom redakte etmə aləti olan CRİSPR-CAS9 vasitəsilə hipertrofik kardiomiopatiya (hər 500 nəfərdən birində görülən və qəfil ölümə səbəb ola bilən ürək xəstəliyi) yaradan mutasiyalı geni kəsməyə nail olublar.
Təcübə 58 haldan 42-sində ( 72% ) uğurlu alınıb. Embrionlar 5 sutkalıq inkişafdan sonra məhv edilib. Təcrübənin gedişində alimlər genlərində müvafiq mutasiyanın olduğu kişinin sperması ilə 12 sağlam qadının yumurtalığını mayalandırıblar. Eyni vaxtda onlar yumurtalıqlara CRİSPR-CAS9-u daxil edərək kişi DNT-sindən mutasiyaya səbəb olan geni kəsiblər. Alimlər iddia edir ki, DNT-də heç bir arzuolunmaz dəyişiklik qeydə almayıblar.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat
Əbülhəsən Bəhmənyar kimdir?
İnsan Fiziologiyası