İngilis Dili Öyrənməyin 9 yolu

İngilis dilini sürətli,zövqlü və asan öyrənmək bir çox insanların xəyalıdır. İngilis dili asan bir dil olsada öyrənilməsi bəzi hallarda çətin ola bilər. Düzgün strategiyanı istifadə etsəniz ingilis dilini sürətli,zövqlü və asan öyrənə bilərsiniz.
Necə sürətli ingilis dilini öyrənə biləcəyimizə dair bir araya gətirdiyimiz 9 tövsiyyəni tərtib etdik və beləliklə siz də ingilis dilini daha yaxşı öyrənə bilərsiniz.
1. Tapa bildiyinin hər şeyi oxuyun.
Klassik ədəbiyyat, kitabların arxa qapaqları, qəzet, internet saytları, e-mailler, ictimai mediadakı xəbər axışı, qıdalanma qutularının üzərindəki yazıları. Niyə deyə sual verərsinizsə. Çünki bu mətnlər onsuzda bildiyiniz sözlər xaricində söz xəzinənizi inkişaf etdirmək üçün köməkçi olacaq. O sözləri fərqli mətnlərdə görmək sizi sözün istifadəsiylə əlaqədar məlumatlandıracaq və daha sürətli irəliləyiş etməyinizdə koməkçi olacaq.
2. Yeni sözləri qeyd edin
Bu tövsiyyənin klassik olmasının səbəbi həqiqətən yararlı olmasıdır. Bəzən bəzi sözlər və ya ifadələr o qədər xoşumuza gəlir ki, əsla unuda bilməyəcəyimizi düşünürük. Amma əmin olun ki, bəzən xatırlamağa ehtiyac duyulur. Yeni sözləri qeyd etməyi bir vərdiş halına gətirmək üçün yanınızda gözəl bir dəftər daşıya və ya mobil telefonunuzda qeyd edə bilərsiniz. Hər yeni bir söz və ya deyim eşitdiyinizdə danışığın məzmununu və sözün nə mənada istifadə edildiyini qeyd edin: beləcə daha sonra qeydlərinin üzərindən keçərək "Bu söz yaxud kəlimə nə mənada istifadə edilmişdir?" deməzsiniz.
3. İnsanlarla danışın.
Dil ünsiyyət qurmaq üçün deyildirsə bəs nədir? Təbii ki, ictimai media və “Whatsapp” kimi tətbiqlər sağ olsun, artıq ağzımızı açmadan ünsiyyət qurmaq mövzusunda mütəxəssisləşmişik. Unutmayın ki, xarici dili danışmaq, oxumaq və yazmaqdan daha yaxşı ağılda qalıcıdır. Yəqin ki,bir çox insanın "İngilis dilini anlayıram ama danışa bilmirəm" dediyini sizdə eşitmisiniz. İngilis dilini öyrənməyə çalışan bir çox insan dialoq qurmağı gözündə böyüdərək böyük bir fobi halına gətirir. Xahiş olunur bunu etməyin. Bunun yerinə ana dili ingilis dili olan birini tapıb onunla biraz söhbət edə bilər, bir kursa yazıla bilər və ya onlayn ingilis dili təhsili ala bilərsiniz.
4. Dostlarınızdan faydalanın
Sosial mediada İngilis dilində paylaşım edən dostlarınız var? Paylaşdıqları mövzuları oxumadan keçməyin: onları gözdən keçirin və gündə bir və ya ikisini oxumağa çalışın. Bu paylaşımlar xəbər, jurnal məqalələri,videolar, danışıqlar, bloq yazıları, mahnılar və ya hər hansı başqa bir şey ola bilər: İngilis dilindədirsə və sənin maraq dairənə girirsə faydalı olacaqdır.
5. Çoxlu sual verin.
Maraq pişiyi öldürür deyirlər. Lakin maraq eyni zamanda bir dil öyrənənin də axıcı olmasını öyrədir. İngilis dilini öyrəndiyiniz müddətcə ağlınızda çox sayda sual işarələri yaranacaqdır. Bu sual işarələrini ortadan qaldırın! Əgər ingilis dili dərsinə gedirsinizsə bununla əlaqədar müəlliminizdən kömək istəyə bilərsiniz. Əgər ingilis dilini özünüz öyrənirsinizsə sualların cavablarını bloqlarda, veb səhifələrində, ingilis dilini öyrənən başqa insanlarla əlaqəyə girərək və ya forumlarda tapa bilərsiniz. Bunu etdiyinizə peşman olmayacaqsınız.
6. Ulduzları izləyin
Öyrənmə prosesində sevdiyiniz bir aktyor və ya musiqiçini seçərək rəngləndirin. İndi internetə daxil olun seçdiyiniz ulduzun verdiyi reportajları açın və onları izləyin. Əvvəl bəhs edilənləri bir dəfə izləyin, ikinci dəfə istifadə edilən ifadələri və sözləri qeyd edin. Bir reportajda eşidəcəyiniz deyimlər, zarafatlar, heykayələr, lətifələr söz xəzinənizə əlavə edəcəyiniz məlumatları təqdim edəcəkdir. Bunu sevərək edəcəyiniz üçün həm ingilis dilini öyrənəcəksiniz həmdəki sizin üçün əyləncəli olacaqdır.
7. Hədəf seçin
Əgər özünüzə bu dili niyə öyrənmək istədiyinizə dair səbəbləri davamlı olaraq xatırladarsınızsa, ingilis dilini daha tez öyrənəcəksiniz. Xaricdə oxumaqmı istəyirsiniz? O halda oxuduğunuz sahə ilə əlaqədar sözləri oxumağa hədəflənin. Beynəlxalq konfransamı qatılacaqsınız? Digər işttirakçılarla çıxışa başlamaq üçün cümlələrin üzərindən keçin. Təhsilinizə bir il ara verib xaricəmi getmək istəyirsiniz? Bu vəziyyətdə turizm ilə əlaqəli sözlərə hədəflənməlisiniz. İnsanların əksəriyyəti qısa müddət ərzində ingilis dilini öyrənmək istəyir, lakin bu mümkün deyildir. Çünki ingilis dilini öyrənmək üçün vaxtınızın çox hissəsini səbr və təmkinli şəkildə ingilis dili öyrənməklə keçirməlisiniz.
8. Texnologiyadan istifadə edin
Android tətbiqlərin həyatımıza girdiyi bir zamanda niyə ingilis dili öyrənməkdə onlardan istifadə etməyəsiniz? Elə isə "İngilis Dilini Öyrənməyin Ən Asan Yolu" tətbiqini yoxlayın. İngilis dili öyrənməyin ən asan yolu gündəlik məşğuliyyətlər zamanı sizə təqdim etdiyimiz tətbiqetmədən istifadə etməkdir. Tətbiqetmə ilə cümlə qəlibləri, ən çox istifadə olunan sözlər əzbərləyə, ingilis dilində hekayə, nağıl və əsərlər oxuya bilər, öyrəndiklərinizi test edə, müxtəlif oyunlar oynayaraq ingilis dili biliklərinizi təkmilləşdirə bilərsiniz.
Tətbiqetməyə keçid : İngilis Dili Öyrənməyin Ən Asan Yolu
9. Əhvalınızı pozmayın
Göstərdiyimiz cəhdlərin qarşılığını ala bilmədiyimizi və ya kifayət qədər irəliləmə görmədiyimizi hiss etdiyimizdə hamımız bu hislərə qapanırıq - ona görə də “mən bunu bacara bilməyəcəm” və ya "heç vaxt ingilis dilində danışa bilməyəcəm” deməyin. Hətta bu cümlələri özünə qadağa qoyun! Bu mənfilik yalnız sizin irəliləmənizi görmənizə maneə törədəcək və ingilis dilini axıcı bir şəkildə danışma hədəfinə çata bilməyəcəyinizi fikirləşmənizə səbəb olacaqdır. Bunun yerinə, öz-özünüzə "ingilis dilini öyrənirəm və hər gün irəliləyiş müşahidə edirəm”, ” hər vaxt asan olmasa da öyrənməyə dəyər”, "3 ay əvvəlkindən daha da yaxşıyam" və bənzər cümlələr quraraq böyük hədəfi görməyə çalışın.
Bonus!!!
Saytımızın Dil Öyrən bölməsindən təqdim etdiyimiz proqramlar vasitəsilə öyrənə bilərsiniz.
Bölməyə keçid: Dil Öyrən
Uğurlar !!!
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

İnsan Fiziologiyası
Bal arıları haqqında 8 məlumat

İnsan Xromosomları
