Hansı alkoqollu içkilər aqressiv davranışlara səbəb olur?
Hər bir alkoqollu içkinin özünəməxsus şəkildə ruh halı yaratdığı və davranışlara yol açdığı ingilis psixoloqlar tərəfindən təsdiqləndi.
BMJ Open-in verdiyi xəbərə görə Böyük Britaniya Beynəlxalq Səhiyyə Xidmətindən Mark Bellis "Rom, vodka, cin və digər sərt alkoqollu içkilərin tarixi şiddətlə doludur. Bu qlobal araşdırma bu gün belə bu spirtli içkilərin istifadəsi zamanı insanların aqressiv davranışları artığını göstərir"-deyə açıqlama verib.
Araşdırma zamanı 21 ölkədən qatılan təxminən 29 min gənc qadın və kişiyə bəzi suallar verilərək anket düzəldildi. Gənclərə hansı içkini istifadə etdiklərini,hansıları sevdiklərini və bu içkilərin onlarda yaratdığı hisləri,içki məkanlarında dava-dalaşla qarşılaşıb qarşılaşmadıqları soruşulub.
Araşdırmadan məlum olub ki, qırmızı şərab və pivə sevənlər qırmızı şərab və pivə içdikdə yorğunluq hiss etdikləri halda sərt içki sevənlər də bu cür hal yaşanmıyıb. Sərt içki sevənlər qırmızı şərab və pivə içdikdə özlərində cəsarət və qarşı cinsə qarşı meyillilik hislərinə qapılırlar. Ən bəlirsiz içki ağ şərabdır ki,onun yaratdığı təsir çox qarma-qarışıq olur.
Araşdırma nəticələrinə görə ən çox aqressiv davranışlara yol açan içkilər vodka, cin və romdur.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə