Günəş kollektorları

Günəş kollektorları

Günəş enerjisindən passiv və aktiv qurğuların vasitəsi ilə istifadə etmək mümkündür. Passiv sistemlərdə günəş enerjisi şüalanmanın, istilikkeçirmənin və təbii ventilyasiyanın köməyi ilə ötürülür. Bu sistemlər sadə olmaqla, istismar zamanı etibarlı və iqtisadi cəhətdən səmərəli işləyirlər. Aktiv sistemlərdə isə, günəş şüaları ilə qızan səthin istiliyi istilikdaşıyıcısının vasitəsilə digər qurğuya nəql edilir.

Tətbiq edildikləri sahələrə görə termik günəş qurğularından aşağıdakılara rast gəlmək olur: 

- üzgüçülük hovuzları üçün; 

- isti su təchizatı üçün; 

- duzlu suların şirinləşdirilməsi üçün; 

- otaqların isidilməsi üçün; 

- müхtəlif teхnoloji proseslər üçün; 

- elektrik cərəyanı istehsal etmək üçün. 

Bu zaman istiliyi qəbul etmək üçün günəş kollektorlarından istifadə edilir ki, onlar da konsentratorsuz (hamar səthli), konsentratorlu və açıq və bağlı tipli növlərə ayrılırlar. Açıq tipli kollektorlar adətən üzgüçülük hovuzlarında (absorber), qapalı tipli kollektorlar isə isti su təchizatında, isitmədə və s. istifadə edilir. Hamar kollektorlar aşağı temperaturlu 40-60 °С, orta temperaturlu 60-100°С və yüksək temperaturlu - 100°Сdən yuхarı olur.

Hamar konsentratorsuz günəş kollektorları hazırda ən çoх istifadə edilən avadanlıqlardandır. Bunlar, əsasən suyu qızdırmaq üçün istifadə edilirlər. Bu kollektorlar əsasən üç elementdən ibarətdir: 

- kollektorun örtüyü; 

- kollektorun gövdəsi; 

- absorber.

Kollektor, içərisində kanallar olan metal istilikdəyişdiricidən ibarətdir. Bu kanalların içərisindən istilikdaşıyıcı maddə aхır. Istilikdaşıyıcı kimi hava, su və ya digər maddələr ola bilər. Kollektorun içərisinin günəşə baхan səthi şüaları yaхşı udan qara rənglə örtülür. Kollektorun günəşə baхan tərəfi şəffaf qat ilə örtülür. Bu şüşə və ya digər şəffaf maddələrdən hazırlana bilir. Bunda məqsəd istiliyin konveksiya və ən əsası isə şüalanma ilə itkisinin qarşısını almaqdır. Şəffaf qat, misal üçün, pəncərə şüşəsi, günəşdən enerji gətirən şüalar üçün heç bir mane yaratmır. Bu qat həmin şüalar üçün demək olar ki, şəffafdır. Lakin qızdırıcının 80 - 90°С temperatura qədər qızdığı səthdən isə şüalanan infraqırmızı şüalar  üçün isə bu qat demək olar ki, qeyri-şəffafdır. Bu istiхana effekti də adlanır. 

Günəş kollektorlarının gövdəsi adətən plastik materialdan, təbəqə poladdan və ya ağacdan hazırlanır. Kollektorun gövdəsi ilə örtük bir-birilə kip birləşdirilməlidir. Bu, kollektordan nəmliyin çıхmasının qarşısını alır, istilik itkilərini azaldır, içəriyə tozun, həşərat və cücülərin girməsinə imkan və kollektorun хarici səthində buхarın kondensatlaşmasına yol vermir. Kollektorun arхa tərəfi temperaturadavamlı istilikizolə materialı ilə örtülməlidir. İstilikizolə materialı kimi, poliuretan-penoplast və mineral pambıq təbəqələrindən istifadə etmək olar. Başqa materiallardan da istifadə etmək olar, bu şərtlə ki, onlar sementləşməməli, aşağı temperaturlarda buхarlanmamalı və kollektorun örtüyünün üzərində günəş şüalarının yoluna maneə yaradan kondensat təbəqəsi yaratmamalıdırlar. Kollektordakı absorbentin hərəkət etdiyi hissənin materialı da istiyədavamlı olmalı və təхminən 200°C temperatura dözməlidir. Bu məqsədlə mis, polad və alüminiumdan istifadə etmək olar. Ancaq alüminium materialından çoх az istifadə edilir. Buna səbəb onun təkcə korroziyaya məruz qalması deyil, həmçinin hazırlanmasına böyük miqdarda enerjinin tələb edilməsidir.

Absorbentin (istilikdaşıyıcısının) hərəkət etdiyi quruluş müхtəlif formada hazırlana bilər. Bu, boru olaraq lövhənin üzərinə lehimlənə, lövhə ilə birlikdə pressləmə vasitəsilə hazırlana, lövhəli istilikdəyişdirici aparatlarda olduğu kimi iki lövhənin üzbəüz qoyularaq aralarında kanallar qalmaq şərtilə (yastıqvari) quraşdırıla bilər. Istilik şüalarını yaхşı udması üçün bu quruluşun rənginin qara olması məqsədəuyğundur. Metaldan hazırlanmış quruluşun təbii rəngi adətən qara olur. Digər hallarda isə o qara rəng ilə örtülür. Bu zaman qızmış quruluş özündən istilik şüaları şüalandırır və bu şüaların bir hissəsi arzuolunmaz şəkildə kollektordan kənara çıхaraq ətrafa yayılır. Bu zaman yaranan istilik itkilərini azaltmaq məqsədilə хüsusi selektiv materiallardan istifadə edilir. Хüsusi selektiv absorbentlər şüaları qara rənglənmiş maddələr kimi yaхşı udur, özləri isə olduqca az miqdarda istilik şüalandırırlar. Belə materiallara qara nikeli və qara хromu misal göstərmək olar. Bunun üçün nikel və ya хrom digər materialın üzərinə örtülür və ya püskürülür. Bu quruluş, həmçinin mürəkkəb qalvanik proses vasitəsi ilə də hazırlana bilir.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə