Gündəlik Su Tələbatı

Gündəlik Su Tələbatı

Sağlamlılığı və orqanizmin düzgün fəaliyyətini davam etdirmək üçün vücuddakı su miqdarı sabit səviyyədə olmalıdır. Beləliklə, vücuddakı balansı qorumaq üçün gündəlik itirilən su miqdarına bərabər su alınmalıdır. Fərqli insanlarda fərqli su ehtiyacı olduğu da şübhəsiz nəzərə alınmalıdır. Bu bir neçə faktordan asılıdır: fiziki aktivlik, ətraf mühit temperaturu, sağlamlılıq vəziyyəti (istilik, mədə xəstəlikləri, qanaxma), fizioloji vəziyyət (hamilələlik, laktasiya), yaş və cins (kişi və ya qadın).

Oturaq həyat tərzə sahibi, sağlam yetişkin bir insan otaq temperaturunda (18°C – 20°C), gündəlik ortalama 2,5 litr su itirir. Bu su itkisi əsasən:

- Böyrəklərdə, sidik atılması vasitəsilə (1,5 litr günlük)

- Ağciyərlərdə, tənəffüs vasitəsilə (0,35 litr)

- Dəridə, tərləmə yolu ilə (0,45 litr)

- Bağırsaqlarda, ifrazat formasında olur (0,2 l).

Dehidrasiyadan qaçınmaq üçün insanlar itirdiyi qədər də su qəbul etməlidir. Su əsasən 3 yoldan qəbul olunur:

Qidadakı su : 0,7 litr

Metabolik su (bədəndə biokimyəvi reaksiyalar vasitəsilə əmələ gəlir): 0,3 litr

İçmə: 1,5 əlavə litr.

Su orqanizm hidrasiyası üçün ən tövsiyə olunan maddədir. Sağlıqlı hidrasiyanı bədənə başqa elementləri daxil etmədən su təmin edir. Şəkərli içkiləri su ilə əvəzlətdirmə vücudun sağlamlılığına nəzarət etməyə imkan yaradır və piylənmənin qarşısını alır. Mübadilə prosesində fəal iştirakına baxmayaraq fizioloji baxımdan su inertdir.

Su - molekul və ionların yenidən qurulması, biokimyəvi prosesləri yerinə yetirən üzvi birləşmələrin əmələ gəlməsi, molekulların dissosiasiyası, birləşmələrin hidrolizi və oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə