Bioloji Silahlar

Bioloji silahlar digər canlılar üzərində zərərli təsirlər yaratmaq məqsədi ilə istifadə edilən bakteriya, virus və s. yoluxucu agentlərdir. Bu tərif ümumiyyətlə bioloji olaraq əldə edilən toksinləri və zəhərləri də əhatə edəcək şəkildə genişləndirilir. Bioloji döyüş vasitələri, yaşayan mikroorqanizmləri (bakteriya, protozoa, riketsia, virus və göbələk) ehtiva etdiyi kimi bitkilər və heyvanlar tərəfindən çıxarılan toksinləri (kimyəvilər) də əhatə edir. Bəzi mütəxəssislər toksinləri kimyəvi olaraq qəbul edərkən, əksəriyyəti 1972-ci il Bioloji Silahlar Konvensiyasında (Convention on the Prohibition of the Development, Production and Stockilling of Bacteriological (Biological) and Toxin Weapons on Their Destruction) da ifadə edildiyi kimi bioloji agent kimi qəbul edir.
Silah kimi istifadə olunabiləcək bioloji agentləri aşağıdaki kimi sıralaya bilərik:
Bakteriyalar
Kiçik-sərbəst yaşayan orqanizmlər olub, əksəriyyəti qatı ya da maye halında olur. Bu orqanizmlər stoplazma, hüceyrə pərdəsi və nüvə materiallarını ehtiva edən bir quruluşa malikdir. Sadə bölünmə ilə törəyirlər. Meydana gətirdikləri xəstəliklər sadəcə xüsusi antibiotik müalicələrə cavab verirlər.
Viruslar.
Öz daxillərində çoxalabiləcəkləri canlı orqanizmlərə ehtiyac duyan orqanizmlərdir. Viruslar ümumiyyətlə antibiotik müalicələrə cavab verməyən, lakin antivirusa və bir sıra preparatlara cavab verən xəstəliklərə səbəb olurlar.
Riketsialar.
Həm bakteriyaların həm də virusların ümumi xarakterlərini daşıyan mikroorqanizmlərdirlər. Bakteriyalar kimi metabolik fermentlər və hüceyrə membranından ibarətdirlər. Riketsialar oksigen istifadə edirlər və geniş diametrli antibiotiklərə qarşı həssasdırlar. Yaşayan hüceyrələr içərisində törəmələrinə görə də virusları xatırladırlar.
Klamidya
Öz enerji qaynaqlarını istehsal edə bilmirlər. Klamdiyalar zəruri hüceyrə içi parazitlərdir. Bakteriyalar kimi geniş spekturumlu antibiotiklərə cavab verirlər. Çoxalmaq üçün viruslar kimi yaşayan hüceyrələrə ehtiyac duyurlar.
Göbələklər
Fotosintez edə bilməyən, anaerob böyümə qabiliyyətinə sahib və çürüyən bitki mənşəli faktlardan qida ehtiyaclarını karşılayan primitiv bitkilərdir.
Toksinlər
Yaşayan bitkilər, heyvanlar və ya mikroorqanizmlərdən əldə edilən və ya çıxarılan zəhərli maddələrdir. Bəzi toksinlər kimi kimyəvi formaları da mövcuddur.
Toksinlərə xüsusi antiserum və seçilmiş farmakologiya ilə qarşı qoyula bilər.
Müasir dövrdə ədəbiyyatda çoxlu sayda bioloji döyüş agentlərinin adlarını çəkirlər. Onlara nümunə olaraq: Bacillus Anthraksis, Botulinum toksinini, Brucella Species, Vibrio Cholera, Clostridium Perfirenges, Salmonella Typhi və s. göstərə bilərik.
Bioloji agentlərin silah olaraq istifadə potensialına təsir edən bəzi xüsusiyyətləri; enfektivite, virülans, toksiklik, patojenite və stabillik. Bioloji agentlər, uyğun ətraf mühitdə və bədəndə təsirlərini qatlayaraq artırırlar və mühitdə uzun müddət qalırlar.
Kimyəvi silahlar kimi biioloji silahlar da çox ölümcül ola bilər. Məsələn; Bacillus antraksis basılının yol açdığı şarbon xəstəliyində tənəffüs yolu ilə havadan alınan bakteriyalar ağciyər içərisində açılaraq çoxalır. Qısa müddətdə də öldürücü hallar baş verir. Inhalyasiya nəticəsində inkişaf edən sistemik şarbonda digər tərəfdən Botulinum toksinin üç milyon dəfə daha təsirli olduğu ifadə edilməkdədir. Botulinum toksininə məruz qalan kəslərdə fərqli dərəcələrdə əzələ iflici baş verir, hansı ki, 60%-i ölümlə nəticələnir.
Tarix boyunca təbii olaraq ortaya çıxan yoluxucu xəstəliklər, xəstəlik faktorlarının hərbi əməliyyatlarda istifadə oluna biləcəyi düşüncəsini meydana gətirmişdir. Bioloji agentlər yaxın dövrdə ikinci dünya müharibəsində məhdud şəkildə də olsa istifadə olunmuşdur. Ancaq bioloji silahların istifadələri antik çağlardan başlayır. Belə ki e.ə. VI əsrdə asiyalılar düşmənlərinin su qaynaqlarına xəstəlikli çovdar dənəsi qatmışdılar. Müxtəlif bitkilərdən və heyvanlardan əldə edilən bioloji toksinlərin mizraq və oxların uclarına vurularaq insan öldürmək məqsədi ilə istifadə edildikləri də bilinməkdədir. Tarix qeydlərində insan bədəninin də bir bioloji döyüş vasitəsi olaraq istifadə edildiyi görülməkdədir.
Orta çağ savaşlarında çiçək və vəba xəstəliyi səbəbiylə ölmüş şəxslərin cəsədlərinin düşmən qüvvələrinin arasına mancanaqla atılması başvurulan bir üsul olmuşdur. Avropalıların Amerikan yerlilərinə qarşı istifadə etdikləri qırğın üsullarından biri də, çiçək ya da qızılca səbəbiylə ölmüş kəslərin əşyalarını onlara satmaq olmuşdur. 1797-ci ildə, Napolyon İtaliya səfərində olduğu zaman Mantua şəhərində yaşayanlara qızdırma xəstəliyi yoluxdurmağa çalışmışdır. Biotexnoloji inkişaflar ilə I Dünya Müharibəsindən bu yana inkişafına başlanan bioloji silahların hər iki dünya müharibəsində də regional istifadə edildiyi (Yaponiya Mancurya və s.) aşkar olunmuş, ancaq istifadə edən tərəflər bunu qəbul etməmişdirlər.
Bioloji silahlardan Qorunma.
Bioloji silahlardan qorunma bir-biriylə əlaqəli beş mərhələdən ibarətdir:
Qarşısının alınması: Bioloji silahların istifadəsinə maneə törətmək üçün müxtəlif işlər aparılır. Beynəlxalq tərksilah və təftiş rejimləri bioloji silahların bioloji döyüş vəziyyətində istehsalını və istifadəsini azaltmaqdadır. Kəşfiyyat işləri nəticəsində potensial təhlükələr təyin olunaraq lazımi önləyici tədbirlər alınmışdır.
Təyin etmə: Körfəz döyüşü əsnasında Birləşmiş dövlətlər və müttəfiq güclər etibarlı bir bioloji agent kəşf sisteminin yoxluğunun qorxusunu yaşayırdılar. Bununla birlikdə bir neçə kəşf sistemi ortaya çıxıdı:
- SMART (Sensitive Membrane Antigen Rapid Test)
- JBPDS (Joint Biological Point System)
- BIDS (Biological Integrated Detection System)
- IBAD (Interim Biological Agent Detector)
Qorunma: Bioloji agentlərə qarşı qorunma üsulları məhduddur. Qoruyucu paltarlar, maskalar qorumanı təmin edə bilər. Bununla bərabər, şarbon kimi fəaliyyətini uzun müddət qoruya bilən agentlər üçün bu tədbirlər yalnız ilk mərhələdə faydalı olabilər. Bioloji agentlərin yoxlama testləri də tətbiq olunmaqdadır. Məsələn; şarbon üçün PCR ilə bakteriya DNT-sinin təsbiti, şarbon basillerine məruz qalındığını ortaya qoyarkən DNT-nin təsbit edilə bilməməsi infeksiyası istisna olmaqla, profilaktik antibiotik müalicəsi həyat qurtarıcı olmaqdadır.
Açılmamış şübhəli məktub ya da “şarbon" kimi təhdid mesajı daşıyan paketlərə necə yaxınlaşmağı Amerika Xəstəlik İdarə və Qoruma Mərkəzləri (CDC) tərəfindən bu şəkildə açıqlanmışdır.
a) zərfi silkələməyin və açmayın,
b) zərfi plastik bir torba və ya axma və ya sızıntıya məruz qalmayaq bir qabın içinə qoyun,
c) Əgər torba və ya qab tapmasanız, zərfi hər hansı bir şeylə (kağız, parça və s) əhatəliyin,
d) Olduğunuz otaqdan çıxın, qapını möhkəmcə bağlayın və başqalarının girməsinə icazəverməyin,
e) Əllərinizi su və sabunla yaxşıca yuyun,
f) Təhlükəsizlik orqanlarını hadisədən xəbərdar edin,
g) Əgər zərf içindəki toz yerə tökülər ya da üstünüzə bulaşarsa; dərhal tökülən tozun üstünü örtün və otaqdan çıxın, geyimlərinizi çıxarın və bir torbaya qoyub ağzını möhkəmcə bağlayın.
Müalicə: Müalicə üsulları infeksiya inkişaf edən kəslərdə məruz qalınan agent aşkarlanması ilə bağlıdır. Əgər aşkarlana bilmirsə geniş spektrli yüksək doza antibiotik müalicəsi tətbiq olunmalıdır. Agent müəyyən olunması vəziyyətində isə həssas antibiotiklər seçilərək müalicəyə başlanmalıdır. Məsələn şarbon faktoru aşkarlanmışsa; hər iki saatda bir, pensilin müalicəsi tətbiq oluna bilər. Toksinlərə qarşı uyğun antidotlar varsa istifadə edilməli, yoxsa dəstək müalicəsi tətbiq olunmalıdır.
Bioloji Döyüş agentlərinin inkişafı ilə birlikdə dünyada bu silahların istifadəsi və istehsalını məhdudlaşdırmaq məqsədi ilə 1925-ci ildə Cenevrə Protokolu, 1972-ci ildə Bioloji Silahlar Konvensiyası (BWC-Biological Weapons Convention) imzalanmış, fərqli tarixlərdə bu Konvensiyanın nəzərdən keçirildiyi yığıncaqlar baş tutmuşdur. İnsanların bu cür silahların istehsalını düşünməsi belə ürküdücüdür. Ancaq bu təəssüfki artıq düşüncədən kənara çıxmışdır. Bir çox ölkə bioloji silahları istehsal etməklə qalmayıb, həm də istifadə etmişdir.
Ola biləcək bir bioloji silah hücumuna qarşı, yüksək texniki təhsil almış qruplar mövcuddur. Həmin bu qruplar beynəlxalq əməkdaşlıq ilə potensial bioloji silah istehsalçısı və istifadəçilərinin yaxından izlənilməsi, xəstəxanalarda bu tip hücumlar üçün xüsusi təchizatlı xidmətlər yaradılması, ediləcək olan milli fəlakət planlarının hazırlanmasında yaxından iştirak edir.
Dünya Təbiblər Birliyi 1990-ci ildə, 42-ci iclasında kimyəvi və bioloji silahlar mövzusunda Bəyannaməni qəbul etmiş, Tokio Bəyanatı ilə də sağlamlıq xidməti verməsi gözlənilən həkimlərin, kimyəvi və bioloji silahların araştırılmasına qatılmasını, fərdi və elmi məlumatlarını bu silahların kəşfin və istehsalında istifadə etmələrinin etik olmadığını bildirmişdir.
Digər bir sıra bioloji silahlar:
Anthrax-Bu bakteriyalar daha çox canlılara yara və sıyrıqlardan yoluxur. Lakin tənəffüs və həzm yolu ilə də yoluxma şansı var. Ölümcül təsirlidir. Müharibədə hücum zamanı sprey formasında istifadə olunur. Tənəffüs yolu ilə alinan Anthraxın bədəndəki inkubasiya dövrü 1-6 gündür. Əlamətləri: Qızdırma, yorğunluq, öskürək və sinə ağrısıdır. Hər hansı bir tədbir görülmədiyi təqdirdə 24-36 saat sonra ölüm gerçəkləşir. Həmdə Antraxa qarşı heçbir peyvənd yoxdur. Sadəcə bəzi xüsusi antibiotiklərin təsiri ola bilər.
Botulinium Toksini-Bu bakteriyalar daha çox konservləşdirilmiş məhsulların tərkibində olur və həzm yolu ilə orqanizmə daxil olur. Bu toksin ölümcül təsirlidir. Xəstəliyin əlamətləri olan gücsüzlük, göz qapaqlarının bağlanması, baş dönməsi, ağız quruluğu və s. zəhər udulduqdan 12-36 saat sonra ortaya çıxmağa başlayır. Bunların ardınca isə tənəffüs çatışmamazlığı və iflic halları baş verir. Təəssüfki, bu toksinin qarşısını heçbir dərman preparatı ala bilmir.
Brucella-Bu bakteriya çox vaxt pastorizə edilmiş süd məhsullarından bulaşır. Bu bakteriyadan da hazırda bir çox sahədə bioloji silah kimi istifadə olunur. Yoluxmanın əsas əlamətləri qızdırma, yoğunluq, baş ağrısı, depresiya və s. dir. Brucella ya qarşı heç bir peyvənd təsirli deyil. Xüsusi antibiotiklərin köməyi ilə sağala bilər.
Vəba-Normalda vəba siçanların üzərində yaşayan bitlərdən yoluxur. Xüsusilə infeksiyalı siçanların üzərində olan bitlərdən bulaşır. Müharibə zamanlarında sprey formasında istifadə olunur. Vəbanın əsas əlamətləri qızdırma, ürək bulanması, qan qusma və s.dir. Vəbanın qarşısının alınması üçün həm xüsusi peyvəndlər, həm də antibiotiklər mövcuddur.
Tulyaramiya-Bu daha çox bəzi heyvanların dişləməsindən bulaşır. Müharibə zamanı sprey formasında istifadə olunan bakteriyalar arasındadır. Xəstəlik başladıqdan ən geci 24 saat sonra müdaxilə olunmalıdır. Əks təqdirdə ölüm halları baş verə bilər. Bunun üçün zərərçəkmişlərə tulyaramiyaya qarşı olan peyvəndlərdən vurmaq lazımdır. Bundan sonra isə həmin şəxs ən yaxın tibbi məntəqəyə çatdırılmalıdır.
Müəllif: Kərimova Səma
Mənbə:
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə
Kağız İstehsalı haqqında ümumi məlumat

İnsan Fiziologiyası
Bal arıları haqqında 8 məlumat

İnsan Xromosomları
