Texnogen Şüa Mənbələri
Radioaktiv təhlükənin yalnız nüvə sənayesi müəssisələri üçün xarakterik olduğunu düşünmək yanlış olardı. Qeyri-radioaktiv faydalı qazıntıların alınması və emalı da radioaktiliyin artmasına səbəb olur. Qazıntı ilə əldə edilən istənilən enerji mənbəyində radionuklidlər vardır. Təbii yanacağın yandırılması ilə ətraf mühitə düşdükdə radiasiya mənbəyinə çevrilir.
Neft, kimya, metallurgiya və dağ-mədən sənayeləri radionuklidlərlə çirklənmiş vəziyyətdədir. Məsələn, metallurgiya istehsalında və ya istilik elektrik stansiyalarında yanarkən kömürün tərkibindəki radionuklidlər şlaka və külə keçir.
İnsan həyatı üçün təhlükəli olan radionuklidlərə yalnız bərk tullantılarda rast gəlinmir. İstehsalatın qaz tullantıları da ətraf mühitə böyük zərər vurur. Onlar atmosferə düşərək çox uzaq məsafələrə yayılır. Radioaktiv izotoplar səthə çökməklə qida məhsullarına qarışırlar. Ona görə də istilik elektrik stansiyaları, emal sənaye müəssisələrini tikərkən küləyin istiqaməti mütləq nəzərə alınmalıdır.
Yadda saxlamaq lazımdır ki, əvvəllər faydalı qazıntılar çıxarılan və emal edilən ərazilərdə yaşayış binaları tikmək, yaxud da oradan alınan materialları tikintidə işləmək olmaz. Ona görə də tikinti materiallarına radioaktiv nəzarət üçün normativ aktları hazırlanmalıdır. Əgər sənaye tullantılarından sement hazırlanarsa, ondan yalnız qazma işlərində istifadə etmək olar, yaşayış binaları tikintisi üçün isə yararsızdır.
Radionuklidlərin molekul çəkilərinə görə nüvə partlayışları özlərindən sonra üç növ radiasiya haləsi qoyurlar. Birinci halə partlayış ərazisinə yaxınlıqda düşən 12% ağır radionuklidlərdən ibarətdir.
İkinci halə ~10% orta kütləli izotoplardan ibarətdir. Onlar troposferə düşür və küləklə çox böyük məsafələrə yayılır. Bir ay müddətində toplanaraq Yer səthinə düşürlər.
Üçüncü halə ən güclüsüdür, 75% yüngül izotoplardan ibarətdir, stratosferdə yayılır və 3%-i atmosferin yuxarı qatlarına düşür, bütün həcm boyu eyni miqdarda toplanır və aylarla parçalanmadan orada qalır.
Xirosima və Naqasaki partlayışları bütün planet üçün radioaktiv çirklənmə mənbəyinə çevrilmişdi. Bu məlumatlar çoxdan hamıya məlum idi. Ancaq Semipalatinskdə nüvə poliqonunun vəziyyəti haqqında məlumat isə yalnız bu yaxınlarda yayılmışdı. Onun istismarı müddətində Qazaxıstanda 456 nüvə və istilik-nüvə partlayışları aparılmışdı, onlardan 116-sı yerüstü partlayışlar idi ki, bu da öz gücünə görə Xirosimada atılmış atom bombasından 2500 dəfə artıq idi.
Nüvə silahından istifadə yüzlərlə radionuklidin yaranmasına səbəb olur. Onları yüngül və uzunmüddətli parçalanan izotoplara ayırmaq lazımdır. Sonuncular əsas şüalanma mənbəyidirlər. Onalara karbon 14, sezium 137, sirkonium 95, stronsium 90 aiddir. Ətraf mühitə radiasiyanın təhlükəli təsiri bu radionuklidlərlə bağlıdır. İndiyə kimi atmosferdə aparılan 450 nüvə silahı sınağı seziumun aktivliyini 8,0 MKu, stronsiumunkunu 4,3 MKu-yə çatdırdı. 1 Ku radioaktiv maddənin elə miqdarıdır ki, bu zaman 1san-də 3,7·1010 atom parçalanır.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə