Qravitasional Mərcəklənmə
Bir cismin arxasındakı cismi, qarşısındakı cisim yerində qalmaqla, görə bilərikmi?
Einşteynin nisbilik nəzriyyəsinə görə əlbəttə ki, bu mümkündür.
Einşteyn fəza-zaman toxumasının büküldüyü, bu bükülmənin də qravitasiyaya (kütləçəkiminə) səbəb olduğunu deyirdi. 4 tərəfdən çəkilən bir parça düşünün. Bu parçanın mərkəzinə ağır bir cism, məsələn, kürə qoyulduğunu fərz edin. Bu kürənin ətrafına bir qəpik ataq. Düzgün atsanız qəpik kürənin ətrafında dövr edəcək. Müəyyən müddətdən sonra ona yapışacaq.
Fəza-zaman toxumasında da vəziyyət oxşardır. Günəş kimi ağır cismlər Yer kimi kiçik cisimləri ətrafında dönməyə vadar edir. Çünki fəza-zamanı ən çox bükən ən ağır olandır. Bildiyimiz kimi işıq da fəza-zamanda hərəkət edir. Fəza-zaman "parça"sının bükülməsi ona da təsir edəcək. İşıq, bükülmüş bölgədən keçərkən qövsvari olaraq qıvrılacaq. İşıq bu qövsvari qıvrılmasından dolayı ağır cisimlərin arxasındakı cisimləri göstərə bilər. Çünki görmə prosesimiz cisimlərdən əks olunan işığın gözümüzdəki retina adlı bölgəsinə dəyib onu xəbərdar etməsiylə baş verir. Einşteyn, nəzəriyyəsini isbatlanmaq üçün Günəş tutulmasını belə gözləmişdi(Günəşin işığndan dolayı).
Elmi mənbələrdə bu hadisəyə "Qravitasional Mərcəklənmə" deyilir və qravitasiya gücü böyük olan cisimlərin (qara dəliklər də daxil) ardındakı hadisələri göstərir.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə