İşıq sürəti haqqında

İşıq sürəti haqqında

1975-ci ildən bu günə qədər alimlərə görə İşığın vakumdakı sürəti saniyədə 299.792.458 metrdir.

17-ci əsrin əvvələrində işığın sürəti haqqında dəqiq bir məlumat yox idi buna görə də "bir anda var olduğu və sonra yox olduğu" fikiri ortaya çıxmışdır. 1600-cü illərdə, bu fikirə ciddi şəkildə meydan oxundu. İlk dəfə 1629-ci ildə Hollandiyalı alim Isaac Beeckman, bir barıt partlaması ətrafına bəzi güzgülər yerləşdirdi. Məqsəd müşahidəçilərin hər hansı bir ani işıq parlaması fərq edib edə bilməyəcəklərini görmək idi. Təəssüf ki, Beeckman və elmin irəliləyişi baxımından bu səylər nəticəsiz qaldı.

Lakin 1676-ci ildə Danimarka astronomu Ole Romer, bir illik bir müşahidə sonunda Yupiterin peyklərindən birinin tutulma zamanlarında qəribə dəyişikliklər fərq etdi. Bu vəziyyət, Dünya Yupiterdən uzaq olduğu üçün, işığın Yupiterdən bura daha uzun müddət yol qət etdiyinə görə idi. 

1800-cü illərin ortalarında fizik Ceyms Klerk Maksvell, vakuumda elektrik və maqnit sahələri ölçmə üsullarından ibarət Maxwell tənliyini qarşıya qoydu. Maxwellin tənlikləri boş kosmosda elektrik və maqnit xassələri aid problemləri həll edərək və kütləsi elektromaqnetik radiasiya dalğalarının sürətinin, qarşıya qoyulan işıq sürətinə çox yaxın olmasına da diqqət edərək, bu iki sürətin eyni ola biləcəyi fikrini ortaya atdı. Maxwell haqlı çıxdı və ilk dəfə kainatdakı sabitlərə əsaslanaraq işığın sürətini ölçməyi bacardılar.

Eyni zamanda Maxwell işığın da bir elektromaqnetik dalğa olduğunu şiddətlə müdafiə etdi. Maxwellin bu fikri də doğrulandıqdan sonra, 1905-ci ildə Albert Eynşteyn xüsusi nisbilik nəzəriyyəsi üçün bu fikirdən faydalandı. Həmçinin qeyd etmək lazımdır ki, İşıq sürəti eyni zamanda kütlə cazibə dalğalarının sürətinə də bərabər və məşhur düstur E = mc2'dəki eyni c ilə ifadə edilir.

Kvant nəzəriyyəsi kainatın əslində düşündüyümüz qədər sabit olmayacağının ipuclarını verir. Kvant sahə nəzəriyyəsi, vakumun əslində tamamilə boş olmadığını iddia edir. Boşluq sürətli bir şəkildə var olan və yox olan təməl zərrəciklərlə doludu. Bu hissəciklər kosmos boyunca elektromaqnit dalğalanmaları yaradır və hipotezə görə işıq sürətində potensial dəyişmələrə səbəb olur. Bu görüşlər üzərindəki işlər hələ davam edir və hansının doğru, hansının səhv olduğundan hələ əmin ola bilmirik. Hələlik işıq sürəti əsrlər boyunca olduğu kimi sabit qalmağa davam edir.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə