Eynşteyn-Rozen körpüsü
1935-ci ildə Albert Eynşteyn və Nathan Rosen, Ümumi Nisbilik Nəzəriyyəsindən istifadə edərək fəza-zaman içərisində körpülərin var olması fikrini irəli sürdülər. Fəza-zamanda iki fərqli nöqtəni bir-birinə bağlayan və nəzəri olaraq qısa keçidlər meydana gətirərək məsafəni və səyahət müddətini azalda bilən bu qısa yollar Eynşteyn-Rosen körpüsü və ya soxulcan dəlikləri adlanır. Soxulcan dəliyi əslində fəza-zamanın nöqtə dizaynı və zamanda bir qısa yol olan nəzəri topolojik bir xüsusiyyətidir. Ümumi olaraq ağ dəliklər və qara dəliklər arasındakı keçidə soxulcan dəliyi deyilməkdədir. Bir soxulcan dəliyinin bir boğaza bağlı ən az iki çıxışı vardır. Əgər soxulcan dəliyindən keçmək mümkündürsə, maddə soxulcan dəliyinin girişindən keçib çıxışından çıxa bilər. Soxulcan dəliyi adı fenomeni açıqlamaqda istifadə olunan analogiyadan gəlir. Əgər bir soxulcan bir almanın üzərində səyahət edirsə, bütün almanın ətrafını gəzmək yerinə içindən keçərək bir kəsə yol tapmış olur.
Eynşteynin Ümumi Nisbilik nəzəriyyəsi riyazi olaraq soxulcan dəliklərinin var olduğunu təxmin edir, lakin bu günə qədər heç bir soxulcan dəliyi kəşf edilməmişdir. Mənfi kütləli bir soxulcan dəliyi ətrafından keçən işığa cazibəsi ilə təsir etdiyinə görə təyin oluna bilər.
Nəzəriyyəyə görə Soxulcan dəliyinin hər iki ağzı Qara Dəliyə çıxar. Bəzilərinə görə isə ağızlardan biri Qara Dəlik , digəri Ağ Dəliyə çıxar. Lakin Ağ Dəliklər sübut edilməmiş və nəzəri baxımdan var olan fenomendir. Bir ulduzun ölümü nəticəsində yaranan Qara Dəlik tək başına soxulcan dəliyi əmələ gətirə bilməz. Soxulcan dəliklərində səyahəti elmi-fantastik kitablarda, filmlərdə və ya seriallarda bəzən çox bəsit verilir, bir çoxunuza elə gəlir ki, “elə bir ağzından girib o biri tərəfindən rahat çıxacağıq”. Lakin reallıq bundan çox uzaqdır və bu prosess olduqca mürəkkəbdir . Şübhəsiz ki, səyahət zamanı başımıza bir sıra hadisələr gələ bilər və səyahət zamanı problemlər yaşaya bilərik.
İlk problem ölçü problemidir, belə ki, ilk soxulcan dəliklərinin mikroskopik səviyyədə təxminən 10-33 santimetr ölçüsündə olduğu qəbul edilir. Lakin kainat genişləndikcə bəzilərinin da çox daha böyük ölçülərə genişlənmiş olması olduqca mümkün görünür. Alimlər düşünürlər ki, əgər soxulcan dəliyinin bir ağzının yerini dəyişə bilsək onda zamanda səyahət etmək mümkün olar. Lakin ingilis kosmoloq Stephen Hawking bunun mümkün olmadığını düşünür. NASA-dan Eric Christian isə belə deyir: “Soxulcan dəliyi zamanda keçmişə getmək üçün deyil, bu yalnız çox uzağı yaxına gətirən bir qısa yoldur”.
Mənbə:
http://www.space.com/20881-wormholes.html
https://www.fizikist.com/nedir-bu-solucan-delikleri
http://rezonanss.com/soxulcan-d%C9%99liyi-v%C9%99-ya-eynsteyn-rozen-korpusu/
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə