loading...

Süni İntellekt və Tibb

İnsanoğlu elm və texnologiya sahəsindəki biliyini kəşflər və elmi araşdımalarla daha da irəli aparmışdır. Bunun sayəsindədir ki,hal-hazırda insan demək olar hər sahədə istifadə oluna bilinən texnoloji maşınların istehsalını həyata keçirir və işlərin yüngülləşdirilməsinə nail olur. Bu gün insan irqi nəhəng texnologiya irqinə dönməkdədir. Hazırda insanlıq düşünə bilən süni zəkanın yaradılması üçün qollarını çırmalayıb.

CBİnsights’ın son araşdırmasına görə şirkətlər böyük bi iştahla süni zəka sektoruna meyllənmişdir. Araşdırmaya görə süni zəkanın tibb sahəsində xəstələrin sağlamlığının bərpası üçün tətbiqinə daha çox cəhd vardır. Onu da qeyd edək ki, araşdırmada qarşımıza çıxan şirkət isimlər bu sahədəki ciddiyəti görməyimizə səbəb verir. Bu sahədə çalışan nəhəng şirkətlərdən Google,Apple kimi şirkətləri misal göstərmək çox yerinə düşər.

Süni Zəkanın önündəki Əngəllər

Google şirkətinin “Deep Mind” isimli süni zəkalı komputeri göz xəstəliklərinin müəyyən olunmasında çox böyük rola sahibdir. Əldə edilən məlumatlar əsasında bu xəstəliklərlə mübarizə üçün istifadə olunan dərman preparatlarının – dərman sektorunun inkişafına gətirib çıxarır.

Aparılan araşdırmalardan birində xərçəng hüceyrələrinin müəyyən olunması məqsədilə 100 000 rəsm həm mütəxəssislə həm də süni zəka tərəfindən araşdırılmağa başlandı. Süni zəka qalib gəldi!

Təbii ki bu qədər müsbət hallar qarşısında mənfi olaylar və proseslər baş verir. Süni zəkanın qarşısındakı ən böyük əngəl xəstələrin məlumatlarının standart formatda saxlanıla bilməməsidir. Habelə tibb müəssisələrinin ortaq məlumatlar bazasının olmaması süni zəkanın tətbiqinin qarşısında əngəllərə çevrilir.

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.