loading...

İnsan embrionunun DNT-sindən xəstəliklərin inkişafına cavabdeh olan gen çıxarıldı

Amerika və Cənubi Koreya institutlarından bir qrup alim insan embrionunun DNT-sindən xəstəliklərin inkişafına cavabdeh olan geni uğurlu şəkildə çıxarmağı bacarıblar. Araşdırma Nature jurnalında yayımlanıb. Alimlər Genom redakte etmə aləti olan CRİSPR-CAS9 vasitəsilə hipertrofik kardiomiopatiya (hər 500 nəfərdən birində görülən və qəfil ölümə səbəb ola bilən ürək xəstəliyi) yaradan mutasiyalı geni kəsməyə nail olublar.

Təcübə 58 haldan 42-sində ( 72% ) uğurlu alınıb. Embrionlar 5 sutkalıq inkişafdan sonra məhv edilib. Təcrübənin gedişində alimlər genlərində müvafiq mutasiyanın olduğu kişinin sperması ilə 12 sağlam qadının yumurtalığını mayalandırıblar. Eyni vaxtda onlar yumurtalıqlara CRİSPR-CAS9-u daxil edərək kişi DNT-sindən mutasiyaya səbəb olan geni kəsiblər. Alimlər iddia edir ki, DNT-də heç bir arzuolunmaz dəyişiklik qeydə almayıblar.

Chemistry Engineer / Kimya Mühəndisi

Əlaqəli postlar

Bizi izləyin

Abunəlik

Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.