Kainat 25: Siçanlar üzərində eksperiment
Sosial təcrübə çərçivəsində siçanların populyasiyası üçün ideal şərait yaradılmışdı: limitsiz yemək və içki, yırtıcı və xəstəliklərin olmadığı məkan, və nəsil artımı kifayət qədər sahə. Buna baxmayaraq nəticədə bütün siçanlar məhv oldu.
Amerikan alim-etoloq Conn Kelhoun XX əsrin 60-70ci illərində bir sıra təcrübələr aparmışdı. Təcrübə obeykti kimi Kelhoun gəmiriciləri seçsə də, təbii ki bütün təcrübələrdə olduğu kimi əsas məqsəd bəşəriyyətin gələcəyinə dair proqnozlar vermək idi. Gəmiricilərin üzərində keçirilən müxtəlif təcrübələrdən sonra yeni “davranış çanağı” terminini elmə gətirmişdi. “Davranış çanağı”- sıxlıq və əhalinin sayının normadan çox olması şəraitində destruktiv və azğın davranışa keçidi bildirir. 60-cı illərdə yaşanan beybi-bumdan sonra insanlar əhalinin bu qədər artmasının hansı nəticə verəcəyi haqqda düşünüməsi Conn Kelhounun təcrübələrini daha da aktual etdi.
Kellhoun özünün ən məşhur təcrübəsini 1972ci ildə Milli Psixoloji Sağlamlıq İnstitutu ilə birgə keçirmişdi. “Kainat 25” təcrübəsinin əsas məqsədi əhali sıxlığının gəmiricilərə necə təsir etdiyini öyrənmək idi. Kellhoun laboratoriya şəraitində siçanlar üçün əsl cənnət yaratmışdı. 2x2 metr ölçülü çənin daxili siçanlar üçün əsl nağıl idi: daima olaraq siçanlar üçün +20C tempratur saxlanılırdı, içki və yemək həddindən artıq idi, dişilər üçün çoxlu sayda yuvalar qurulmuşdu. Hər həftə çən təmizlənir və təmiz şəraitdə saxlanılırdı. Mümkün ola biləcək infeksiyaların yayılmasının qarşısı tamamilə alınmışdı. Təcrübə siçanları daima veterinarların nəzarəti altında idilər. Yemək sistemi o qədər yaxşı düşünülmüşdür ki, 9500 siçan narahatlıq yaratmadan eyni anda qidalana bilərdilər. Həmçinin, 6144 siçan heç bir problemsiz eyni anda su içə bilərdi. Siçanlar üçün yer lazım olandan qat-qat artıq idi. Ilkin problemlər yalnız 3840 siçan olacağı təqdirdə yarana bilərdi, lakin təcrübənin sonuna qədər çəndə ən çoxu 2200 siçan olmuşdu.
Təcrübə 4 sağlam cüt siçanın çənin içinə qoyulmasından başlanır. Siçanlara cənnətə düşdüklərini başa düşmək və sürətlə artmaları üçün uzun müddət tələb olunmadı. Dərk etmə müddətini Kellhoun “A” fazası adlandırmışdı, lakin ilk uşaqların yaranması ilə ikinci- “B” fazası başlandı. İdeal şərait yaradılmış çəndə hər 55 gündən bir siçanların sayı iki dəfə artır. Lakin təcrübənin 315-ci gündən başlayaraq nəsil artımı prosesi zəifləyir, və artıq siçanların sayı yalnız 145 gündən bir iki dəfə artırdı. Bununla da “C” fazası başlanır. Bu zaman çəndə 600-ə yaxın siçan yaşayırdı, müəyyən bir iyerarxiya formalaşmış və sosial həyat yaranmışdı. Fiziki olaraq əvvəlkindən daha az yer var idi.
Artıq müəyyən “səfillər” qrupu yaranmışdı. Onlar çox vaxt mərkəzə sıxışdırılaraq aqressiyanın qurbanına çevirildilər. “Səfillər” qrupunu dişlənilmiş quyruqlarına, didilmiş yununa, bədənlərindənki qan izinə görə ayırd etmək mümkün idi. Səfillər əsasən siçan iyerarxiyasında özlərinə sosial vəzifə tuta bilməyən cavan nəsil siçanlarının nümayəndələri idi. Sosial vəzifə tutmaq probleminin əsas səbəbi bu cür izah olunurdu: ideal şəraitdə siçanların uzun müddət yaşayır, qocalan siçanlar cavanlar üçün yerləri boşaltmırdıar. Ona görə də çəndə dünyaya gələn cavan siçanlar daha çox aqressiya qurbanına çevrilirdilər. Qovulmadan sonra erkəklər psixoloji cəhətdən sınır, öz hamilə dişilərini qorumaqdan imtina edir və hər bir sosial vəzifəni yerinə yetirməkdən boyun qaçırırdılar. Onlar ara-sıra digər “səfillər” qrupuna aid olan siçanlara hücum edə bilirdilər.
Dünyaya uşaq gətirməyə hazırlaşan dişilər daha da aqresivləşir, erkəklərin passivliyi nəticəsində onlar daha da təhlükəyə açıq olurdular. Bunun nəticəs kimi dişilər öz nəslini qorumaq uğrunda tez-tez dalaşırdılar. Nə qədər paradoksal olsa da, aqressiya təkcə ətrafdakı siçanlara deyil, öz uşaqlarına qarşı da yönəlirdi. Tez-tez dişi siçanlar öz uşaqlarını öldürür və sonra dünyaya uşaq gətirməkdən imtina edirdilər. Bunun nəticəsi kimi doğum kəskin azalmış, gənc nəslin ölümü isə sürətlə artmışdı.
Artıq sonuncu- “D” fazası və yaxud Conn Kellhounun adlandırdığı kimi ölüm fazası başlanırdı. Bu fazanın əsas simovlu yeni tip siçanların- “gözəl”lərin meydana gəlməsi ilə xarakterizə olunur. Bu kateqoriya siçanlara ərazi və dişi üçün döyüşməkdən imtina edən, konfliktlərdən yan keçən, passiv həyat tərzi sürən erkəklər daxil edilirdi. “Gözəllər” yalnız yeyib, içir və öz qaldıqları yeri təmizləyirdilər. Onlar hər hansı bir sosial vəzifəni icra etməkdən və konfliktlərdən uzaq dururdular. Onlar bu adı digər siçanlardan fərqli olaraq bədənlərində olmayan qan izlərinə görə almışlar. Onlar narsizmi, özlərinə olan sevgisi sərhəd tanımırdı. Ən təəccülbüsü isə, “gözəllər”in nəsil artımından imtina etmələri idi. Bu kateqoriya siçanlar və tək qalan dişilər çənin daha yuxarı hissəsində yerləşən yuvalara qalxaraq çoxluq təşkil etməyə başladılar.
Tədricən gənc nəsil arasında ölüm halı artaraq 100%-ə çatdı, hamilə olan dişilərin sayı 0-a endi. Ölüm ayağında olan siçanlar homoseksualizm və aqressiyaya meylli olurdular. Hannibalizm yaranarırdı, dişi siçanlar yem bolluğuna baxmayaraq öz uşaqlarını böyütməkdən imtina edir və onları yeyirdilər. Siçanlar sürətlə ölürdülər, və təcrübənin 1780-cı günündə siçan cənnətinin sonuncu sakini öldü.
Ən maraqlısı isə odur ki, Con Kellhoun bir neçə “gözəl”i və tənha dişini ümumi qrupdan ayıraraq digər bir ideal şəraitdə olan çənə yerləşdirmişdi. Heç bir azğınlıq və aqressiya müşahidə olunmurdu. Əslində, “gözəllər” və tənha dişilər üçün, təcrübənin əvvəlində olan 4 cüt siçan üçün yaradılan şəraitin tamamilə eynisi yaradılmışdı. Buna baxmayaraq, həmin 4 siçan sürətlə artıb, sosial struktur yaratmışlarsa, sonradan formalaşan “gözəllər” və tənha dişilər öz vərdişlərindən əl çəkmədilər. Nəticədə yeni hamiləlik olmamış və siçanlar qocalıqdan ölmüşlər. Qəribə səslənsə də siçanlar ideal şəraitdə məhv olmuşlar.
Con Kellhoun təcrübənin nəticəsi kimi iki ölüm nəzəriyyəsini yaratmışdı. “Birinci ölüm”- ruhun ölümüdü. Yeni doğulanlara siçan cənnətinin sosial iyerarxiyasında yer tapılmadığında, sosial vəzifələrin çatışmazlığı, köhnə və yeni nəsi arasında açıq mübarizə və kəskin aqresiya müşahidə olundu. Əhalinin artması, sıxlığın artması, fiziki kontaktların artması- bunların hamısı Kellhounun fikrincə yalnız sadə şeyləri bacaran siçan tiplərinin yaranmasına səbəb oldu. Yemin, suyun bol olduğu, xəstəlik və yırtıcılardan uzaq olan şəraitdə siçanların çoxu yalnız yeyib, içir və özlərinin qayğılarına qalırdılar. Siçan adi heyvandı- onun üçün ən çətin həyat tərzi dişinin qayğısına qalmaq, ərazi uğrunda mübarizə aparmaq, nəsli davam etdirməkdi. Psixoloji cəhətdən sınan siçanlar yuxarıda sadalananların hər birindən imtina etmişlər. Kellhoun mürəkkəb davranışlardan imtinanı- birinci ölüm və ya ruhun ölümü adlandırırdı. İlk ölümdən sonra ikinci- fiziki ölmün gəlməsi isə sadəcə zaman məsələsi idi. Ruhun ölümündən sonra hətta cənnət şəraitində belə siçanlar fiziki ölümə məhkumdurlar.
Bir dəfə Kellhoundan “gözəllər” qrupunun yaranmasının səbəbini soruşduqda o, insan ilə birbaşa analogiya aparmışdı. C.Kellhoun bildirmişdi ki, insanın əsas cəhəti- daima təyziq, stress və gərginlik şəraitində yaşamaqdı. Mübarizədən imtina edən siçanlar, ən primitiv davranışları seçərək autistik “gözəllər”ə çevrilirlər. “Gözəllər” ən sadə- yemək və içmək davranışları ilə həyat sürür, dişinin qayğısına qalmaq kimi mürəkkəb davranışlar haqqda düşünmürlər.
Bəs nəyə görə təcrübənin adı “Kainat 25” idi? Bu Corc Kellhoulun siçanlar üçün cənnət yaratmağın 25ci cəhdi idi. Buna qədər də bütün təcrübələrdə bütün siçanlar məhv olmuşdu.
Android tətbiq
Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.
Yüklə